Reytinq yarışının nəticələri

İstifadəçilərdən xahiş olunur ki,səs verərkən layiqli posta səs versinlər. Nikkolo Makiavellinin "Hökmdar" əsəri bloqunda yazılan postlarla Nailə Rzayevanın postları arasında fərq böyükdür. Ona görə də çalışın müsbət xal verərkən diqqətli olun. İnsanın əməyinə, düşüncə qabiliyyətinə səs verməyi öyrənin. Bir var kiminsə əsərini qoymaq,bir də var öz intellekti ilə nəsə yazmaq...
Bildiyiniz kimi Sakura turniri üçün sual qəbulu başlamışdı. Nədənsə maraqlı suallar verilmir. Ona görə də bu ay verilmiş suallar içində istifadəçilərin özünün göndərdiyi suallardan qalib seçilmədi. Amma qalib kimi TM-çi hesab olunur(50 AZN). Sabahkı yarışda onun sualı oynanılacaq. Odur ki onun sabah Sakura turnirində oynanılmaması lazımdır.
Hazırda reytinq sistemi normal işləyirdi, amma bəzi xoşagəlməz məqamları qeyd etmək lazımdır. Artıq reytinq saxtakarları yaranıb.
Çalışın rəqabət aparmayın,aparırsınızsa da düzgünlük olsun. Nikkolo Makiavellinin "Hökmdar" əsəri bloqundakı yazılara baxın. Mr13 və papatürk eyni yazıları yazıblar. Lakin buna baxmayaraq müəllifi mr13 olan postların qiyməti +5,papatürk olanlarınkı isə -3(https://kayzen.az/blog/makiavelli/1499/23-f%C9%99sil.html) . Bu saytda hər iki istifadəçiyə böyük hörmət var. Saytın bel sütunu sayılan tarix sahəsinə papatürk baxır,hələ sayt təzə yarandığı günlərdə o tarix,politologiya ilə bağlı materiallarla saytı təmin edəcəyini bildirmişdi. mr13 isə qalereyada ən aktivdir, maraqlı postlar yazır, NHN bloqunda fəallıq edir, saytın inkişafı üçün çalışır. Provokasiya üçün reytinq fırıldağı etməkdənsə həmin istifadəçilərin özləri papatürk yaxud mr13-ün səviyyəsinə çatmaq üçün can atsa daha yaxşı olar. Yəqin ki belə hallar sonuncu dəfə olacaq.
Bir nəfər yeni qeydiyyatdan keçmiş adamın hesabı isə bağlandı və silindi. Həmin istifadəçi  papatürkün postlarını minuslayırdı. Ona görə də qeyri-sağlam keçən reytinq yarışması may ayının 30-dak təxirə salınır. Lakin ən yaxşı fərdi bloq müəllifi olan və bu sahədə ən maraqlı Skafandr və kəpənək postunu yazmış bloqçuya 100 AZN hədiyyə verilir. Digər istifadəçilərin maraqlı fərdi bloq yazmaları tövsiyə olunur. Kayzen intellektuallar üçündür. Amma bu o demək deyil ki burada ancaq quru elm yazılmalıdır. Elə olsa Vikipediyadan fərqimiz olmaz. İstifadəçilərin çoxu fərdi bloqlarda aktiv deyil. Şuşanın işğalı mövzusunda bir qədər tərpənmə oldu, ümumiyyətlə isə fərdi bloqlar hələ ki lazımi səviyyədə deyil.
Malı-mala qatmaq istəmirik, ona görə saytdakı davranış ilə bağlı məsələlərin hamısını bu postda qoymuruq. Amma yaxın zamanlarda saytda davranma ilə bağlı bir vacib post administrasiya tərəfindən yazılacaq. Özü də təzə istifadəçilər üçün yox, saytın təcrübəli, aktiv istifadəçiləri üçün. Axır vaxtlar bəziləri demokratiya ilə anarxiyanı səhv salıb. Böyüklük maniyası, dostbazlıq yavaş-yavaş baş qaldırıb. Bir mənasız, dəyəri olmayan şərhə görə adamın şəxsi profilində plyus verilir,reytinqdə qabaqda olduğuna görə haqsız yerə onun topikləri minuslanır, amma əziyyət çəkən qızın postu diqqətdən kənarda qalır. Çalışın əsl kayzençi kimi hərəkət edin.

Bu ay bir yenilik edilib Facebook-da səhifə açıldı. Nə dərəcədə məqsədəuyğun olduğunu zaman göstərəcək. Əgər doğurdan bunu bəyənirsinizsə,o zaman Facebookda hesabı olanlar səhifəni like etsin. Yox, lazımsızdırsa onda bəri başdan bildirin.
 

29 şərh

tutmos

Ən yaxşı bloq yazana pulun verilməsi yaxşıdır.Amma ən yaxşı albom,ən yaxşı şərh yazana da mükafat verilsə yaxşı olar.

2ral
qalereyada böyük aktivlik yoxdur,ona görə də hələlik oxu saxlayırıq. Qalan şeyləri gələcəkdə edərik.
Westsider
Ən çox NHN sualı tapana da:)

Zarafatdan kənar, bir var:
Sakura üçün yazılan suallara görə mükafat verilir? Məsələn, NHN-də turnir keçirildiyi zaman bir sualın qiyməti 3-8 dollar arası ola bilər. Burda elə şey var?

Bir də ki, saytın ən yaxşı tənqidçisinə nəsə düşür?)))
2ral
Hər suala görə 3 dollar vermək sərfəli deyil.Hələlik ay ərzində ən yaxşı sual göndərmiş adamların nəticəsi götürülür.Ona görə Sakura turnirində soruşulur ki,ən yaxşı sual hansıdır? Bu ay ərzində sualların demək olar ki hamısını özüm hazırlamışdım. Lakin ay ərzində gödnərilən suallardan TM-çinin maraqlı sualı var. Ona görə də qlaib kimi 50 AZN alır. Yaxşı suallara ehtiyacımız böyükdür.
Westsider

3 misal gətirdim. 1 manat da olar))

Çalışacam yaxşı 1-2 sual yazım göndərim, bəlkə bir şey uddum)) Yeri gəlmişkən, mükafatları qaliblərə necə verirsiniz ki?

2ral
Şəxsən nağd şəkildə və elektron köçürmə yolu ilə(Webmoney)
papatürk

Nə isə. Artıq söz demirəm.


bloqçunun Mən terrorist deyiləm adlı bloqu da maraqlıdır

mr13

Nikkolo Makiavellinin «Hökmdar» əsəri bloqunda yazılan postlarla Nailə Rzayevanın postları arasında fərq böyükdür.


Bəli fərq böyükdür. Birin Makiavelli yazıb digərini isə hansısa gəlir qazanmaq istəyən jurnalın redaksiya heyyəti. Makiavellini dünya tanıyır Aləm jurnalını 1-ci dəfədir eşidirəm. Məncə materialların ilk baxışdan gözəl görünməsindən başqa tutumu və sambalı da hesaba alınmalıdır. «Hökmdar» əsəri Azərbaycan dilində internetdə demək olar ki yox idi. Məncə bu kitabı axtaran və ya rus dilində kitaba rast gəlib rus dilini bilməyənlər üçün, bu postlar böyük tapıntıdır. Gəlir xətrinə yazılmış jurnal yazıları isə gündə çap olunur və əksəriyyəti də internetdən və ya digər dildə olan jurnallardan eyni ilə köçürülür tərcümə olunur (əksər zaman da səhvlərlə dolu) və çap olunur. Bu bənzətmənizi 2ral bəy heç bəyənmədim. bir də öz intellekti məsələsinə qaldıqda onda heç bir əsəri oxumayaq ki, kimsə yazıb və onun öz fikiridir. Bir də kimsənin 10 dəqiqəyə yazdığı kəndi intellekt məhsulu və kimlərinsə min əziyyət bahasına saatlarla üstündə əlləşdiyi, «copy»  olunması mümkün olmayan və ya "əndrabadi" şriftlərlə yazılmış yazını abırlı hala salmasını eyniləşdirmək lazım deyil. Biz də heç az əziyyət çəkmirik desəm daha düz olar.


Əgər reytinq saxtakarlığı dayandırılmasa istifadəçilər özündən küssün.Sözüm həm papatürk və tərəfdarlarına,həm də Sumqayıt uşaqlarınadır.


Saxtakarlığa qaldıqda onu hələ araşdıracam. Neçə gündü başım işdə çox qarışıq idi. Bir də mr13 üçün olunan saxtakarlığı izah etdiniz, bəs papatürk üçün olunan saxtakarlıq nədən ibarət idi?


2-cisi mən hələ o vaxt bankirin reytinq yarışmasında iştirakının əleyhinə idim amma heç nə demədim. papatürkün, təpəgözün də iştirakına və Leylanın da Sakura yarışlarında iştirakının əleyhinəyəm. Sayt moderasiyasının belə deyək idarə heyyətinin nə işi var yarışlarda (yəni bu kimisə günahlandırmaq deyil. səhv başa düşməyin.). Onda I yer Admini elan edək və pulu ona verək və yaxud da 2rala.

2ral
Heç kim sizin əməyinizi yerə vurmur.Sizə göndərdiyim astronomiya haqda kitablar da bilirəm ki necə çətindir.Köhnə Azəraycan şriftləri ilə yazılan yazılardakı problemi də yaxşı başa düşürəm.Lakin
öz dşüncəsi ilə yazılan postlar daha qiymətli sayılır bizim üçün.Mən bloqçunun postlarını daha yüksək qiymətləndirirəm nəinki özümün Olimpiya oyunlarının tarixinə aid yazılardan.Bu uzun bir mövzudur,onu digər bir postda müzakirə edərik.
Məni narahat edən postun keyfiyyətindən çox ona verilən qiymətdir. Əgər siz ikiniz də dünyaca məşhur Makiavellidən eyni yazıları qouyursunuzsa,niyə bir postun qiyməti +5,biri isə -5 olur? Əsas məsələ budur.Məhz buna görə reytinq yarışdırmasının müddətini uzatdım.Sağlam rəqabət olmalıdır.
Papatürk haqqındakı saxtakarlıq isə eynilə sizinki kimidir.Sadəcə onun bütün postlarına dalbadal birdən-birə səs verən  istifadəçilər başqasını minuslmaayıb.

Əgər o vaxt əleyhinə idinizsə bu barədə deyə bilərdiniz.Açıq şəkildə olmasa da şəxsi mesajla.Məncə aramızda kifayət qədər səmimi münasibət var.Bankir o vaxtkı mükafatı udmağa layiq adamdır.Çünki bu adam boş vaxt tapan kimi gəlib saytda şərh yazır,onun yazıları da kifayət qədər maraqlıdır.Ən azı Makiavellinin postları qədər.
Saytdaxili moderasiyanın sual tərtibatından xəbəri yoxdur.Sualların hamısını bir-bir özüm əziyyətlə tapıram.Yolda bir dilənçi görəndə də fikirləşirəm ki,görəsən bunu NHN turnirində necə vermək olar? Amma onsuz da onların səlahiyyətləri getdikcə azaldılacaq. Yarışda iştirak üçün mütləq sual verilmələri tələb olunacaq.Mən heç kimə yarışda oynamağı qadğa edə bilmərəm.Əgər kimsə onlar kimi intellektini daha yaxşı işlədə bilmirsə bu papatürkün və s. günahı deyil. Mən ancaq onu edə bilərəm ki,həmin istifadəçilərdən əvəzində maraqlı sual hazırlanmasını istəyim.
Onsuz da dünən xşagəlməz bir hadisə olub və mənə bir çox iştirakçılar haqqında xoşagəlməz şeylər deyilib. Amma yaddan çıxarmaq olmaz ki,sayt təzə yarananda onu test edən,məqalə yazan,sayt haqqında dost-tanışa məlumat verən,saytın çətin günlərində ona dayaq olanlar məhz Saytdaxili moderasiyanın uşaqları olub.
Onsuz da bu yaxında lesya,nərgiz və wizard o qrupdan çıxarılıb.Yəni gördüyünüz kimi,kim lazımi aktivlik etmirsə ordan çıxır.bilmək olmaz,bəlkə qalanları da nə vaxtsa çıxdı?
Əgər kimsə kayzen saytının qaydaları ilə razılaşmırsa onu burda zorla saxlayan yoxdur.Kim istəsə təklif verə,tənqid edə bilər.Özünüz də bilirsiniz ki,buna həmişə açıq olmuşuq.Amma saytı günahlandırmayaq.Sayt administrasiyası,onun yaradılmasında payı olanlar xeyli əziyyət çəkib.Gəlin bu əziyyətin üstündən xətt çəkməyək.Onsuz da çətin olan vaxtlarımızda bizə artıq problem yaratmayın,əksinə,özünüz də kömək olun. Əgər reytinq saxtakarlığı olmasaydı,bugün daha 3 nəfər əlavə mükafat alacaqdı.Ümid edirəm ki,belə hallar təkrarlanmayacaq.
tutmos

Yeri gəlmişkən,niyə görə Fidan xanım saytda yoxdur?

2ral
Arada inciklik olub. O da acıq edib gedib.
mr13

Bankir o vaxtkı mükafatı udmağa layiq adamdır.Çünki bu adam boş vaxt tapan kimi gəlib saytda şərh yazır,onun yazıları da kifayət qədər maraqlıdır.


Mən heç kəsin əməyini yerə vurmaq istəmirəm. amma bir məsələ də var. bankirin əvvəl boş vaxtları az olurdu, amma mükafatlanmaya bir neçə gün qalmış birdən boş vaxtı çoxaldı? Eyni ilə papatürk də mükafatlanmaya bir neçə gün qalmış aktivləşdi. Bunlar da sayt iştirakçılarına örnək olacaq userlər. Pul önəmli deyil deyə deyə əksini etmək məncə yaxşı deyil. Bu lap bizim Renessans komandasının suallarından birinə bənzədi. daha dəqiq desəm 65-ci suala. Sayt üçün əziyyət çəkməyə qldıqda isə, onlar işləyib biz də əlimizi salıb oturmuşuq?… eh nəisə...

bankir
Mən pis adam adam sayılıramsa,siz örnək olun:-)
Bir ay əvvəl yarışın axırında çox post yazdım,aktivlik etdim və mükafatı aldım. burda pis şey var?
Amma mən durub başqalarının postuna minus verməmişəm. Çalış qələbə çal,amma başqasına da mane olma.gəlin pula görə artıq söz-söhbət yaratmayaq.
bloqçu,təbrik edirəm.həqiqətən də postların yaxşıdır.
IDEAL
Yox bankir elə demə sən qələbə qazananda məni kifayət qədər minuslayıblar. Bu səbədən kiməsə mane olmamaq məsələsini qarışdırmayaq. Sehv başa düşmə demirəm sən etmisən ancaq kimsə edib hər halda. Hətta axırıncı minusu alanda əməlli başlı küsdüm ki kimə nə etmişəm və kimə nə pisliyim dəyib ki məni minuslayır? Bu yarışın son həftəsində ən yüksək reytinq məndə idi və rəqiblərdəndə kifayət qədər qabaq idim. Ancaq gecəyə iki minus alırdım. Bu səbəbdən minusdan şikayət etməyə ehtiyac yoxdu. Mən hamıdan qabaq 8 yaylıq götürüb ağlayaram. Minusduda kim vurub canı sağ olsun. Kaş elə dərdimiz minus dərdi olaydı.
Leyla
Mən NHN yarışlarından çıxıram.Görürəm ki bəzilərinin xoşuna gəlmir. 25 manat böyük şey deyil mənim üçün.Onsuz da qızlara qarşı ayrıseçkilik yaranır saytda. Bu ay da IDEAL uda bilərdi və buna haqqı çatırdı.
Bloqçunu isə təbrik edirəm. Doğurdan da onun yazılarını oxumaq maraqlıdır.
Xahiş olunur hamı Facebookda aktiv olsun.
ramzes
Məncə yalnız bu iki istifadəçini fərqləndirmək düzgün deyil, kimsə nəsə yaxşı yazıbsa başqasının yanında nə kayzendə nə də başqa yerdə üstün sayılmamalıdır, pirat postlarla reytinq qazanıb ilk beşliyə düşmək asandır, reytinqi də imic üçün deyil pul qazanmaq üçün topladıqları da məlumdur.
Dior
Bir söz deyim heç kim mənə gülməsin.
Bilmirdim ki,reytinqi çox olana mükafat verirlər.Yəni öncədən hardasa məlumatım var idi.Ancaq sonralar elə bildim ki ləğv olunub.
bankir

Mən güldüm:-)

Erudit
Lakin buna baxmayaraq müəllifi mr13 olan postların qiyməti +5,papatürk olanlarınkı isə -3
Iş təkcə yazıları yazib sayta yerləşdirməkdə deyil. Yaxşı ticarətçi malını nə vaxt bazara çıxartmaq lazım olduğunu bilməlidir. Yəqin mr13 bunun üçün düzgün vaxt seçib.
Bir də ki açığınım desəm mən az-az girirəm netə. girən kimi də kayzenə baş vururam. xüsusən mr13ün postlarını oxumağa. Çünkü başqaları inciməsin ən rəngarəng postlar mr13dən gəlir çox vaxt və digər yazarların ancaq üzdə olan postlarını gözdən keçirirəmsə mr13ün heç bir postunu nəzərdən qaçırmamağa çalışıram.
Elsamir

Eruditlə razıyam


heç kim də fikirləşməsin ki burada Sumqayıtlılar birbirini dəstəkləyir


ona qalsa bizim sayımızdan 10-20 dəfə çox bakılı var burda

papatürk

Heç kim demir ki dəstəkləmə olmasın.Əksinə,dostlar bir-birini dəstəkləməəlidir.amma bu gərək başqasına pis məqsədlə olmasın.Mənim reytinqimin neçə olmasının fərqi yoxdur.Mən ona təəəssüflənirəm ki,çox vaxt baş səhifəyə çıxan postlarımın hamısına dalbadal minus veriblər.Mənim demək olar ki,bütün postlarım,şərhlərimin çoxu müsbət idi.İndi isə ən adi şərhlərimi belə minuslayıblar.


Qismətdən qaçmaq olmaz deyiblər. Nəysə. Məncə artıq reytinq sistemi özünü doğrultmur.təklif edirəm ki elə post müəlliflərinə verilsin.Mükafat məbləği 5 hissəyə bölünsün və ən yaxşı 5 yazı müəllifinə verilsin.


Yenə də deyirəm,söhbət pulda deyil. Onsuz keçən dəfə də düşmədi.Mən minusa görə əsəbiləşirəm.


O ki qaldı saytdaxili moderasiyaya,biz sadəcə köməklik edirik.Əgər onun xeyri yoxdursa nəyə görə həmin bloqda olmalıyam? sonra da adıma söz çıxır. Məni bu sayta çağıranda böyük ümidlərlə gəlmişdim.İstəməzdim ki belə olsun.

bloqçu
Tesekkurler! Cox sevindim.

Kompda dille bagli problem var, bu sebebdendir ki oz herflerimizle yaza bilmir, 2 gundur postlar da yerlesdire bilmirem-xahis edirem uzurlu sayin.
Nailə_Rzayeva
Mən reytinq üçün məqalə qoymuram, ya da ki, şərh yazmıram, ümumiyyətlə heç reytinqə fikir də vermirəm.  Əgər diqqət yetirsəniz görərsiniz ki, mən çox nadir hallarda məqalələr qoyuram, o da sadəcə olaraq məqaləni bəyəndiyim və sizlərlə də paylaşmaq istədiyim üçündür. Həmçinin çox nadir hallarda da şərh yazıram. Xahiş edirəm adımı mübahisələrdə hallandırmayın.
mr13,  əvvəla «Aləm» jurnalı yox, " Ailəm" jurnalı, ikincisi isə mən yazdığım bütün məqalələr məhz o jurnaldan deyil. Həmçinin onu da qeyd etmək istəyirəm ki, sizin yazdığınız məqalələr tamam başqa istiqamətdədir, mənimkilər isə tamam fərqli istiqamətdə. Mən bu barədə sizə iradlarımı bildirmirəm ki? Sizdən də eyni münasibəti özümə qarşı gözləyirəm.
mr13

bənzətməni mən yox 2ral aprmışdı


İstifadəçilərdən xahiş olunur ki,səs verərkən layiqli posta səs versinlər. Nikkolo Makiavellinin «Hökmdar» əsəri bloqunda yazılan postlarla Nailə Rzayevanın postları arasında fərq böyükdür.

Westsider
Mən isə reytinqə görə yazıram, çünki istəyirəm istifadəçilər siyahısında birinci səhifədə olum)))
2ral
Özünəməxsus "şərəf lövhəsi" Gülümsəyir
2ral
Əgər çox minuslamaqdan şikayətlənirsinizsə,gələcəkdə elə funksiya olsun ki,sənə kim minuslayıb onu biləsən. Əminəm ki,minus reytinqdən şikayətlənənlərin çoxu narazı olacaq bunaGülümsəyir
Axır vaxtlar sayt haqqında xoşagəlməz fikirlər gəzir. Sayt administrasiyasında olan 2 (əvvəl 3 idi) admindən,kayzen layihəsinin yaradılmasında iştirak edən 4 əsas insandan biri,saytın özünün yaradılmasında iştirak edən çoxlu insanlardan biri kimi deyə bilərəm ki,bu sayt yalnız intellektual səviyyəsi deyil,həm də mənəvi səviyyəsi yüksək olan insanlar üçündür.Sayt yaradılanda dostlardan,tanışlardan ən yaxşıları bu layihə üçün cəlb olunub. Həm Azərbaycan,həm ölkə xaricində(Britaniya) olan dostlarımızla böyük əziyyət çəkilib,söhbət aparılıb.İndi  fırıldaqda saytı hallandırmaq istəyən bir-iki istifadəçilərin nəzərinə: nəsə xoşunuza gəlmirsə açıq deyin,ya da çıxıb gedin saytdan. Kim istəyir o vaxt da gedir.Əvvəl saytda aktiv olmuş,indi isə saytdan getmiş dostlarım da var.
gəlin saytın inkişafı üçün çalışaq. Saytdaxili moderasiya heyətini nədəsə ittiham etmək lazım deyil.Gələcəkdə saytın aktiv üzvlərinin real görüşü də təşkil ediləcək.Hər şey siz istifadəçilərin özünüzdən asılıdır.