Рейтинг
+74.88

kayzen.az saytının rəsmi bloqu

50 üzv, 48 topik

Postun müvafiq bloqa yerləşdirilməsi

Saytda məqalə yerləşdirməyə başladığım ilk vaxtlar qarşılaşdığım çətinliklər az olmayıb, bəzilərini soruşub öyrənmişəm, bəzilərini də səhv edə-edə. Zaman-zaman istifadəçilər tərəfindən verilən suallardan məşhuru — «topiki müvafiq bloqa necə yerləşdirim?» sualıdı. Şəxsi mesajda aydınlaşdırmaq halları da yaxşıdı, amma məsələni birdəfəlik həll etmək üçün topik hazılamaq qərarına gəldim.

Saytda sizin maraq dairənizə uyğun məqalələr yerləşdirmək istəyirsinizsə, ilk görəcəyiniz iş lazımi bloqlara üzv olmaqdı. Bunun üçün "Bloqlar" bölməsinə daxil olmaq lazımdır:


Daxil olduğunuz bölmədə tibbi bloqlardan tutmuş evdarlıq, kulinariya, marketinq, musiqi… — demək olar hər kəsin maraq dairəsinə uyğun zəngin bölmələr var.
Bloqa üzv olmaq üçün etməli olduğunuz, sadəcə, gördüyünüz + işarəsinə klikləyib   onu rəngləndirməkdir. 
 

Bu mərhələdən sonra «yazmaq» bölməsinə daxil olub məqaləni müvafiq bloqa əlavə etmək olar.

Davamı →

"Ən yaxşı məqalə" müsabiqəsinin qalibləri

Hörmətli kayzençilər

Elan etdiyimiz kimi "Ən yaxşı məqalə" müsabiqəsi 10.01.2015 tarixində tamamlandı. Müsabiqə 1 ay ərzində davam etdi və qaliblərə alsevin.az və stilim.az öz hediyyə kuponlarını təqdim edir.

Zəhmət çəkərək yazdığınız orijinal və tərcümə olunanan yazıların içərisindən ən yaxşıları seçmək çətin olsa da, bu işin öhdəsindən gələ bildik ;)

Əvvəla hər kəsə, məqalə nəşr edənlərə də, şərh və mikrotopik müəlliflərinə də, sayta daxil olub və yaxud kenardan izləyən, bu yazılara səs verən bütün istifadəçilərə fəallığından ötrü təşəkkür edir və bu fəallığınızı müsabiqəsiz günlərdə də görmək istəyimizi ürəkdən arzulayırıq. Müsabiqəmiz sonuncu deyil davamli olacaqdir.

Məqalə və yazılar maraqlı olduqları qədər onları seçmək də çox çətin idi. Bir ay ərzində diqqətlə izlədiyimiz bu yazıların qalibilərini elan edirik.
Ardı →

2014 yekunlar

Keçən il ərzində saytın statistik göstəriciləri sabit qaldı.Yayda aşağı düşmə olsa da (bu həmişə bizdə qeydə alınır), ilin sonuna doğru dinamika artdı:

2014-cü ilin çox maraqlı göstəricisi- mobil telefonlardan istifadənin oyaının artmasıdır. Android və iOS istifadə edən istifadəçilərimiz çoxdur:

Ən populyar brauzer Google Chrome olsa da, mobil brauzerlərin payının yüksəldiyini də görürük:

2014-cü ildə saytda 2951 yeni topik nəşr olunmuş,onlara 6594 şərh yazılmışdır.
Ən əsası, neçə-neçə insana fayda verilmiş, onların dünyagörüş və elminin artmasında yardım olunub. Xüsusən də tələbələrin ən sevimli maarifləndirici saytına çevrilməsində bu il böyük uğurlar əldə etmişik.
2014 həm də problemlər ili oldu: saytda texniki funksiyaların  bir çoxunda nasazlıqlar olub.

Yeni 2015-ci ildə daha böyük uğurlar əldə edəcəyimizə inanırıq: saytda yeni yüksək keyfiyyətli məqalələr,maraqlı şərhlər görmək arzusu ilə.
Hamının bayramını təbrik edir,bol uğurlar arzulayırıq.
Davamı →

"Ən yaxşı məqalə" müsabiqəsi

Uzun müddətli fasilədən sonra kayzen.az-ın rəsmi bloquyla yenidən qarşınıza çıxdıq. 3 ay da keçsəydi əgər, son rəsmi anonsumuzla bu gün arasında 2 il fərq olacaqdı. Bu qədər uzun fasilə nə üçün? 
Əsas səbəb budur ki, nə vaxt istifadəçilər arasında müsabiqə keçirsək və həmin müsabiqənin qaliblərini seçsək, həmən istifadəçilər hədiyyələrilə birgə burdan çıxıb gedirlər. Nümunə üçün göstərə bilərik, müxtəlif vaxtlarda qalib olmuş mr13, Nailə Rzayeva, Mason, Xrizoberil, ctrlA… illərdir saytda görünmürlər. Bəzi qalib istifadəçilərin isə sayta gəlişləri səngiyib. Deməli, müsabiqə keçirmək «Kayzen»ə düşmür. Buna baxmayaraq ənənəmizdən vaz keçmirik, risk edirik. ;) 

Soyuq dekabr günlərində içinizi az da olsa isidəcək bir müsabiqəyə başlayırıq. Mütəmadi olaraq keçirilən və aktiv fəaliyyət göstərən qalib istifadəçilərə təqdim olunacaq mükafatlar bu dəfə alsevin.az və stilim.az - dan olacaq. 


Ardı →

Rəsmi anons- 25 fevral 2013

Hörmətli sayt istifadəçiləri!
İlin ən qısa ayında sizi salamlayırıq.
Mütəmadi olaraq keçirilən aktiv sayt istifadəçilərinin mükafatlandırılması davam edir. Bu dəfə Gənclər günü haqqında maraqlı məqalə müəllifi olmuş ctrlA və saytda maraqlı məlumatlar yerləşdirməklə fərqlənmiş Barlelita müvafiq olaraq ilk yerləri bölüşdürürlər. Onlara stilim.az tərəfindən hər birinə dəyəri 50 AZN civarında olan istədikləri çanta-dəri məmulatı hədiyyə olunur.

Sayt administrasiyası hamının nəzərinə çatdırır ki, sayt istifadəçilərinin könüllü ictimai fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. Sayt administrasiyası xeyriyyə, sponsorluq, ictimai dəstək işlərini tamam başqa formada və fərqli miqyasda aparır.

Fevral ayında da sayt yenə də müvəqqəti olaraq fəaliyyətinə kiçik fasilə vermişdi,lakin hər şey yoluna düşdü. Sayt işləmədikdə yaxud onun fəaliyyətində nasazlıq hiss edən kimi [email protected] ünvanına müraciət edə bilərsiniz.
Davamı →

Rəsmi anons-25 yanvar

Hər ayın sonuna yaxın saytımızda anons vermək ənənəsinə yenə də sadiq qalırıq.
Son ay ərzində aşağıdakı məqalələr qalib kimi saytın ideyası ilə uyğun olan və insanı ruhlandıran İstək, inam — əngəl tanımır məqaləsinin qalibi olan pascal seçilir. O, 50 AZN dəyərində Sizin MArketdə alış-veriş etmək imkanı qazanır.
İkinci yerin sahibi kimi həvəsləndirici mükafatı (BLBS kursunda 100 AZN dəyərində xarici dil kursu) isə İncəsənət nümunəsi olan dəhlizlər fotopostunun qalibi olan BaRLeLiTa qazanır.
Bu ay ərzində saytda ən çox maraqla qarşılanan topiklər arasında bunları da qeyd edə bilərik:
Səttar Bəhlulzadə
Çeburaşka
Vacib qərar

Gələn ay qalib olanlara isə daha maraqlı hədiyyə gözləyir stilim.az-dan (www.fb.com/stilim.az) dəyəri 50 AZN olan kişi yaxud qadın çantası (ayaqqabı) ilk 2 yerin sahibinə veriləcək. Xatırladaq ki, stilim.az sizə qadın çantalarının və ayaqqabılarının online satışı ilə məşğuldur, həmçinin kişi çantaları da təklif olunur, sifariş olunan istənilən model sizə 1 gün ərzində ünvanınıza pulsuz olaraq çatdırılır, bütün təklif olunan çanta və ayaqqabılara tam zəmanət verilir, qaliblər (hər biri) 50 AZN dəyərində hədiyyəni seçə biləcəklər.  Onu da qeyd edək ki, stilim.az kayzen istifadəçilərinə 10%-ə qədər endirim təklif edir, safariş zamanı bunu qeyd etməyiniz kifayətdir.

Bu ay saytda mikrobloqda yazmaq üçün maksimum simvol sayı istifadəçilərin təşəbbüsü ilə 250 simvola çatdırıldı.
Bu ay sayt tam normal fəaliyyətdə oldu və heç bir texniki problem müşahidə olunmadı:)
Davamı →

Yeni il-2013

Dostlar!
Daha bir ili arxada qoyuruq.
Yəqin ki,bu il hamı üçün uğurlu olub. Uğurlu olmayıbsa da, gələn ildə yaxşı olacağı diləyi ilə sizin görüşünüzə gəlirik:

  • 2012-ci ildə saytda 2799 yeni məqalə nəşr olundu.
  • 2012-ci ildə saytı ümumilikdə 1,361,552 insan ziyarət etdi.
  • 2012-ci ildə sayta orta hesabla hər ay 136000 insan daxil oldu, son dekabr ayı ərzində isə bu 215000 insan oldu.
  • 2012-ci ildə sayt 5 dəfə işləmədi:) Hətta bir dəfə qeyri-işlək müddət 2 gün çəkdi.
  • 2012-ci ildə saytda ilk dəfə böyük texniki yenilənmə oldu, yeni funksiyalar əlavə olundu və bir sıra özünü doğrultmayan funskiyalar saytdan yığışdırıldı.
  • 2012-ci ildə bir çox istifadəçiləri itirdik və eyni zamanda 2012-ci ildə bir sıra istifadəçiləri qazandıq.
  • 2012-ci ildə saytda Əlaqə formu vasitəsilə təşəkkür,şikayət,təklif və əməkdaşlıq istəkləri aldıq. Qızla tanış olmaq istəyən oğlanlar, Mehriban Əliyevaya şikayət yollayanlar,Afrikadan spam göndərənlər,əri ilə sevişməkdə problemi olan və tibbi məsləhət istəyən qadınlar, saytda məqalələrini görmək istəyən müəlliflər bizi bu il darıxmağa qoymadı.
Ümid edirik ki, saytımızın uğurları gələn 2013-cü ildə daha parlaq olacaq.

2013-cü iliniz mübarək


Davamı →

Rəsmi anons- 25 dekabr 2012

25 dekabr yalnız İsaak Nyutonun və İsa peyğəmbərin doğum günü deyil, o həm də kayzen.az saytında daha bir aylıq rəsmi anonsun verildiyi gündür.
Xatırlayırsınızsa, düz bir ay əvvəl elan verilmişdi ki, ay ərzində ən maraqlı məqalə müəllifi sayt administrasiyası tərəfindən hədiyyə qazanacaq.

Sayt administrasiyasının qərarına və istifadəçilərin verdiyi səsə görə, Məktəb həyatı...Həyat məktəbi adlı məqalənin müəllifi (daha doğrusu əziyyətlə tərcümə etmiş) olan istifadəçimiz _BUMERANQ_ yarışmanın sponsoru olan Sizin Marketdən 50 AZN dəyərində alış-veriş kuponu əldə edir.

Yarışmamız yenə də dava edir. Yenə də ən maraqlı məqalə müəllifi gələn ayın sonunda 50 AZN dəyərində alış-veriş imkanı qazanacaq.
İkinci yerin sahibinə isə BLBS xarici dil kursunda 100 AZN dəyərində dərs öyrənək seçimi hədiyyə olunacaq.
Davamı →

Rəsmi anons-25 oktyabr 2012

Hörmətli sayt istifadəçiləri!
Nəzərinizə çatdırırıq ki, bugündən etibarən saytımızda "Ən yaxşı məqalə" yarışması keçirilir.
Mükafat «Sizin Marketdə» 50 AZN dəyərində alış-veriş kuponudur.

Ay ərzində ən maraqlı topik müəllifi qalib olacaq. Maraqlı, orijinal, sosial şəbəkələrdə çox paylaşılan, fotoşəkillərlə zəngin yazılara xüsusi diqqət yetiriləcək. Qalibin seçilməsi zamanı həm ona verilmiş reytinqlər,həm də sayt administrasiyasının rəyi nəzərə alınacaq.

Nəzərənizə çatdırırıq ki, yarışın sponsoru olan Sizin Marketdə başqa supermarketlərdən fərqli olaraq qiymətlər daha sərfəlidir.

Kayzen.az saytıda həmişə maraqlı və faydalı məqalələr yerləşdirilib. Lakin sayt administrasiyası bir müddət sayta lazımınxa diqqət yetirə bilmirdi: qlobal istiləşmə, Yaponiyada zəlzələ, Braziliyada bəzi quşların nəslinin kəsilməsi və s. problemlərlə əlaqədar başı qarışıq olan sayt rəhbərlik nəhayət ki, saytla daha yaxından maraqlanmağa qərar verib:)
Bundan sonra saytda məqalələrin keyfiyyəti, istifaədçilərin fəallığının artması,saytın daha da populyarlaşdırılması üçün tədbirlər görüləcək. Bu işdə istifadəçilərimizin də bizə yardım etməsi,fəal olması arzu olunur.

İndi isə ruhi zövq almaq üçün Andre Boçellinin ifasında gözəl musiqiyə qulaq asaq:

Davamı →

Rəsmi anons-09.04.2012

Hörmətli istifadəçilər,
Yarandığı dövrdən bəri Kayzen.az saytı ən böyük yenilənməni həyata keçirdib.
Artıq bir çox dəyişikliklər var.
Saytda yenilənmə tam həyata keçməyib. Xüsusilə saytın əks olunmasında və dizaynında bir sıra dəyişikliklər olacaq.
Saytda rast gəldiyiniz bütün problemlər, nasazlıqlar barədə şərhlərdə məlumat verməyiniz xahiş olunur.
Edilmiş yeniliklər haqqında yaxın zamanda sizə məlumat veriləcək.

UPD.
Qalereya tam dəyişilib. Artıq fotoşəkil əlavə etmək və s. hamısı yenilənib.İndi albomlara baxmaq daha rahat olacaq.
Şəxsi mesajda indi artıq qeybət etmək müzakirə aparmaq olar. Müzakirəyə sonradan yeni adamı da cəlb etmək olar.Söhbətdə kiminsə olması xoşunuza gəlmirsə,onu sonradan silmək də olar.
Şəxsi mesa qutusunda artıq çoxsaylı mesajları göndərənin adına, məktubun başlığının adına, göndərilmə tarixinə görə filtrləşdirmək olar.
Saytda filtr bloku və mobil versiya ləğv edildi.
Saytda qeydiyyat tam çətinləöşdirilib. İnvayt sistemi aktivləşdirilib, hətta yeni bir funksiya da əlavə olunub.


Davamı →