Рейтинг
+74.88

kayzen.az saytının rəsmi bloqu

50 üzv, 48 topik

Sayt icmalı-mart

Mart ayı artıq geridə qaldı. Nəticələri yekunlaşdırmaq vactıdır.
1.Saytda ən böyük yenilik- əlbəttə ki,NHN və Sakura turnirinin keçirilməsi oldu.
2.Saytda ən çox topik yazan (2ral və Fidan çıxılmaqla) papatürk oldu.
3.Saytın ən sentimental istifadəçisi-Nailə Rzayeva. Onun məqalələrini oxumaqdan əvvəl dəsmal hazırlamaq lazımdır:-)
4.Saytın ən qalmaqallı istifadəçisi- mizantrop.
4. Saytın tanıtımında çox rolu olanlar-administrasiyanın  öz marketinqindən əlavə sayt istifadəçiləri də əlindən gələni edir. Arzt,Leyla,mr13,Wizard,ramzes və s. təşəkkürlər.
5. coğrafi seqmentasiya-istifadəçilər arasında Çin,Almaniya və s. var. Xarici ölkələr arasında Böyük Britaniya və Türkiyədən daxil olanlar çoxluq təşkil edir.
6.Saytda problemlər- istifadəçilərin baq-reportundan sonra brauzer məhdudiyyətlərinin hamısını aradan götürməyə çalışmışıq. Həmişə deyildiyi kimi,Mozilla Firefox yenə də ən yaxşı seçim olaraq qalır. Qalan brauzerlərin işlənməsində olan çətinliklər aradan qaldırılıb.
7.Saytın ilk təqvim ayının sona çatması şərəfinə aktivlikləri ilə seçilən ilk 30 nəfərin reytinqi +3 vahid qədəri ilə qalxacaq.
Davamı →

Qaydalar və saytda davranma haqda

Artıq sayt bir aydır ki,fəaliyyət göstərir. Çalışılıb ki,saytda maksimum dərəcədə qaydalara riayət olunsun və intizamlı istifadəçilər olsun. Demək olar ki,məqsədə nail olunub.
Kayzen inkişaf deməkdir. O tələb edir ki,hamı yavaş-yavaş inkişaf etsin,təkmilləşsin.Odur ki,istifadəçilərin də getdikcə təkmilləşməsi üçün davranma haqda bəzi qeydləri etmək lazımdır.

1.Bundan sonra Təşəkkürlər yığışdırılacaq.bəli,bir adam maraqlı topik yazanda hamı istəyir ki,ona təşəkkür etsin,çəkdiyi əməyə görə minnətdarlıq etsin.Xüsusilə də qızlar bundan çox istifadə edir(Zərrə,Dior və s.).Bəs reytinq sistemi nə üçündür?Xoşun gəlir reytinqə plyus ver.Sözlə təşəkkürlər,maraqlı idi yazmağa ehtiyac yoxdur.Bundan sonra elə yazanlar minuslanacaq ki,qoy istifadəçilər bir qədər də intizamlı olsun))
Ardı →

Novruz bayramınız mübarək!

kayzen.az sosio-bloq servisi adından bütün istifadəçiləri təbrik edirəm. Onlara kayzen ideologiyasına uyğun mükəmməl insan kimi olmağı arzu edirəm.

Heç bir ay belə tam fəaliyyətinə başlamasa da,kayzen.az artıq öz ətrafında kiçik,lakin mədəni-intellektual səviyyəsi yüksək olan icma toplayıb. Onların hər birinə qarşıdan gələn ildə bol-bol nailiyyətlər arzulayırıq,
kayzen.az bu il yeniliklərlə istifadəçiləri sevindirəcək. Dizayn,reytinq sistemi, kontent,yeni texnologiyaların tətbiqi və s. ilə aktiv bloqqerlərimizi sevindirməyə çalışacağıq.

Bir daha özümüz-özümüzü təbrik edirik,çünki artıq biz bir kayzen.az ailəsiyik.

Davamı →

Səhifə böləni yaxud kat

Saytda yazılan bir çox topiklərin həcmi çox böyük olur. Məsələn bu uzun topik əgər baş səhifəyə yaxud öz bloqunda tam halda çıxsa,istifadəçilərə çox narahatlıq yaradar. Saytın səhifəsi çox uzun olar ki,bu həm istifadəni çatəinləşdirir,həm də internet-traffik üçün ziyandır. Odur ki, saytının əsas hissəsinin Ardı( «Читать дальше...») yazısından sonra oxunması üçün səhifə bölənini işlətmək tələb olunur.
Redaktorda yeni bir topik yazandan sonra birinci abzasdan sonra yaxud məqalənin nə haqda olacağı haqda qısa məlumat verəndən sonra səhifə böləni düyməsini basın. Səhifə bölənindən əvvəlki hissə baş səhifədə yaxud topikin aid olduğu bloqun səhifəsində qısa halda veriləcək. səhifə bölənindən(bu zaman redaktorda uzun nazik xətt yaranır) aşağıdakı hissə isə Ardına basandan sonra tam halda oxunacaq.
Ardı →

Ən çox reytinq yığan mükafatlanacaq

kayzen.az administrasiyası saytın inkişafı və istifadəçilərə daha rahat şəraitin yaradılması üçün müzakirədən sonra yeni bir qərara gəlib. fidanın təklifi və digər istifadəçilərlə razılaşmadan sonra qərara alındı ki, saytın ən yüksək reytinq qazanmış istifadəçiləri mükafatlandırılsın. Mart ayının 15-dən sonra saytda ən çox aktiv olmuş,ən çox reytinq yığmış şəxs istifadəçilərin təklifi ilə başlanğıc üçün 250 USD mükafatlandırılsın.
Sayt administrasiyasından admin, 2ral və fidan reytinq yarışmasında iştirak etmir. Reytinq sistemi ilə bağlı https://kayzen.az/page/faq/reytinq oxumaq məsləhət görülür.
Davamı →

8 Mart

Saytın özünün və onun kişi üzvlərinin adından saytımızın gözəl,ağıllı,sağlam,nümunəvi,zəngin(yaxud da olmaq istəyən) qızlarını təbrik edirik. Onlara ən xoş arzularımzı bildirir, bütün çətinliklərdən asanlıqla qurtulmağı, hər bir işdə uğur qazanmalarını arzu edirəm.
fidanAynurLeylanərgizAzalesyANailə Rzayeva, Səbinə, niqulya və digər adları çəkilməyən xanım istifadəçilərimizi təbrik edirik. Siz qadınlar olmasanız, bizim həyatımız maraqsız olar. Daha doğrusu həyatımız özü olmaz,çünki bizi dünyaya gətirən də qadınlardır. Ona görə saytın inkişafında əməyi olan hər bir kişi istifadəçinin də analarını təbrik olunanlar siyahısına qatırıq.
Ardı →

Saytdaxili müraciət və ünsiyyət barədə

Yeniə fəaliyyətə başlayan saytımız artıq istifadəçilərlə zəngin olmağa başlayır. Yeni istifadəçilər isə təbiidir ki,saytda özünü bir qədər narahat hiss edirlər(эффект новичка). Saytdaxili müraciət də mühümdür. Beləiklə,aşağıdakıları sayt ictimaiyyətinin nəzərinə çatdırıram:
1. müraciət zamanı yalnız istifadəçi adı işlənir.qaqaş, Leyla xanım, ay qız, brat kimi müraciət formaları bundan sonra olmasın. İstifadə edənlərin reytinqinə minus veriləcək.
2. Maksimum dərəcədə nəzakətli olmaq. çox işləyən adama eşşək kimi əlləşib-vuruşur demək olmaz.
3. tənqidlər tez düzələndirsə,bunu şəxsi mesajla müəllifə çatdırmaq. Post yazılan kimi hipertoniya sözündə r hərfini yazmadığına görə müəllifi tənqid atəşinə tutmaq lazım deyil.
4. kat( səhifə bölənindən) istifadə etmək. Məqalə uzundursa yaxud içində şəkil varsa, mütləq səhifə bölənindən istifadə edilməlidir.
5. sitat gətirərkənkursiv, nəyisə vurğulamaq istərkən qalın formatlama olsun.Redaktordan düzgün istifadə olunsun.
6. Microsoft Wordd'n istifadə etməyin. Sadəcə mətni ordan götürüb copy-paste etməklə günah işlətmiş olursuz. Nə yazınız varsa,redaktorda yazın.
7. Saytda bir nəfər kişi istifadəçinin(yəqin ki,elədir) qızlara şəxsi mesajda tanışlıq təklif etməsi və s. olmuş və qızlar bundan şikayət etmişdi. Bilməyənlər bilsin,bilənlər də təkrarlasın. Bura mamba,loveplanet,evlənmə bürosu və s. deyil. Hər iki tərəf könüllü tanış olmaq istəyirsə,buyursun.amma spam yazmaq,insanlara narahatlıq vermək qəti qadağandır.

Kimin nə əlavəsi varsa desin.
Davamı →

Saytla tanışlıq

Yenicə yaranmış saytımız təbii ki,bir çoxları üçün fərqli və qeyri-standart görünə bilər. Kimin texniki problemlər ilə bağlı sualı varsa,bildirsin. Nəzərə alaraq ki, əlaqə formu bir çoxları üçün bir qədər çətin və uzun yoldur, ona görə də, qərara aldıq ki, bir bloqda istifadəçilər öz suallarını verə bildirsin.
Əgər saytda kritik səhv tapmısınızsa yaxud bu təhlükəsizlik ilə əlaqədardırsa, onda əlaqə formu ilə bunu bildirməyiniz daha yaxşı olar.
Çalışın sualları verməzdən qabaq FAQ oxuyasınız. Əminəm ki,bir çox sualların cavabı orda tapılacaq.

Davamı →