Рейтинг
+94.67

Kitablar və mütaliə

142 üzv, 128 topik

Azərbaycanlılar kimin kitabını oxuyur

“Günə 20-30 manatlıq kitab satsaq, bu, böyük şeydir. Oxucuların sayı azala-azala gedir. Ali məktəblərin tətilə getməsi işimizi daha da çətinləşdirir. Cavanlar qurşanıblar mobil telefona, internetə… Nə yaxşı ki, hələ də kitab soraqlayan adamlarımız qalıb” — Elmlər Akademiyası metrosunun həndəvərində 7 ildir səyyar kitab satışı ilə məşğul olan Mərdan kitab bazarının taleyi haqda söhbətimizə bədbin notlarla başlayır. Reportajımızı Mərdan və onun kolleqalarına həsr etməkdə məqsəd kitab bazarını gözdən keçirmək idi.


Ardı →

Ən çətin oxunan əsərlər

Elə kitab və ya əsər olubmu ki, oxumağa gücənəsiniz və yarıda qatlayıb rəfə qoyasınız? Oxunaqlı olmayan əsərlər arasında dünyaca tanınmış müəlliflərin də işlərinə rast gəlmək olur. Hətta “şedevr” adlandırılan əsərlər də. «Listverse.com» portalı dünya ədəbiyyatında ən çətin oxunan 10 əsəri müəyyənləşdirib.
Ardı →

Stephenie Meyer

stephenie meyer
Məşhur Twilight Saga kitablarının müəllifi Stefeni Meyer 24 dekabr 1973-cü ildə Connecticut'da anadan olmuşdur. 1997-ci ildə Brightam Young Univeristetinin ingilis ədəbiyyatı fakultəsini bitirmiş və hal-hazırda həyat yoldaşı və üc oğlu ilə birlikdə Arizonada yaşayir. Onun ilk romani Twilight(Toran) 2005-cı ildə çap olunmuş və sonralar ardıcılolaraq New Moon(yeni ay) 2006-ci, Eclipse(günəşin tutulması) 2007-ci və Breaking Dawn(Şəfəq) 2008-ci illərdə çap edilmişdir.Bu kitablar beynalxalq nomrə bir ən çox satan kitablar adını alıblar.Yuxarıda qeyd edilen ilk üç romana film şəkilmişdir və breaking dawn'a da çəkiləcəyi gözlənilir.

Bu kitabları .pdf formatda istəyənlər aşağıdakı linklərdən əldə edə bilər.

Ardı →

Dünyanın ən çox qazanan yazıçıları

Hazırda dünyada ən çox qazanan yazıçı amerikalı Ceyms Pattersondur, axır 1 ildə onun gəliri 70 milyon dollar olub. 63 yaşlı detektiv ustası Patterson indiyəcən 65 kitab yazıb. Onun ən populyar obrazı vaxtilə polisdə işləmiş psixoloq Aleks Krossdur.

İkinci yerdə vampirlər haqqında romanların müəllifi Stefeni Meyerdir. 37 yaşlı yazıçının 2005-ci ildə çapdan çıxan “Alatoran” (“Twilight”) romanı elə böyük uğur qazanıb ki, ötən il də yazıçıya, yeni kitab yazmasa da, 40 milyon dollar qazandırıb. Bu pulun 7 milyon dolları romana çəkilən filmlərdən gəlib.
Ardı →

Oxumaq, oxumaq yenə də oxumaq

Oxucuların təsnifatının müxtəlif modelləri mövcuddur. Çalışacam sizi bu modellərin bəziləri ilə tanış edim.


R. Başbergerin modelinə görə uşaq və gənc oxucuları 4 -tipə bölmək olar.


1-Romantik tip. Nağılları,macəra ədəbiyyatını daha çox sevən, realist və intellektual-əxlaqi bədii ədəbiyyatı bəyənməyən tipdir. Uşaqlar arasında tez-tez təsadüf olunur və bu tip oxucular yeniyetməlik yaşlarında fantastik ədəbiyyatı böyük həvəslə oxuyurlar.


2-Realist tip. İnsanlar arasında qarşılıqlı münasibət və onları əhatə edən xarici aləm haqqında yazılan kitabları oxuyur, nağıllara maraq göstərmir. Bu xüsusiyyətlər yeniyetmə yaşlarında özünü biruzə verir.


Ardı →

Kitab ətri

Bəh-bəh-bəh...telefonlardakı bluetooth adlarına baxırsan və fərqli, fərqli düşüncələrə dalırsan, deyirsən ki, gəl-ha-gəl-ə bax. Əslində hər kəsin öz malı ilə istədiyini etməyə haqqı var, amma, gəlin, boynumuza alaq ki, bu gün başqa şeyi demirəm, elə məhz telefonlara olan maraq kitablara olsa, həyat necə olardı?! Və yaxud da internetdə vaxtı sərf etdiyimiz oyunlar əvəzinə (ya da bu vaxtın daha bir qismini) kitablara, əsərlərə, məlumatlara, məqalələrə və yaxud da elə maraqlı postlara ayırsaydıq.


Ardı →