Zeytunlu çörək

Tərkibi:
3,5 stəkan un
Maya, duz
1 ç.q. şəkər tozu
1 ədəd yumurta
100 q marqarin
1 stəkan ilıq süd
1 stəkan çəyirdəksiz qara zeytun

Üstü üçün:
1 yumurta sarısı
Çörəkotu

Hazırlanması:
Mayanı unla qarışdırın. Üstünə duz, şəkər tozu, yumurta, marqarin və südü əlavə edib yoğurun. Otaq temperaturunda 40-45 dəqiqə saxlayın. Sonra yayıb zeytunları əlavə edin və rulet formasında bükün. Üstünə yumurta sarısı çəkib çörəkotu səpin. Yağlanmış soba listinə qoyub yarım saat gözləyin. Sonra 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
 

0 şərh