İçi doldurulmuş toyuq budu

Tərkibi: 

5 toyuq budu
300 q şampinyon 
150 q soğan 
1 yumurta
suxarı
duz 
istiot
bitki yağı

Hazırlanması:
Budların dərisini səliqəylə, bütöv soyun. Dərini zədələmədən sümüyü kəsin. Əti sümükdən ayırıb, ət maşınından keçirin.
Soğanı və göbələyi xırda doğrayın. Soğanı bitki yağında qızardın, göbələyi əlavə edib azca qovurun. 
Qiyməni əlavə edin, duz, istiot vurun, hazır olanacan bişirin. Sonra soyudun. Hazırladığınız içi dərinin içinə doldurun. Kənarlarını qatlayın, yaxud da tikin. 
Yumurtanı çalın, budları içinə salın. Sonra suxarıya batırın. Bitki yağında o üz-bu üz qızardın.

Nuş olsun!
 

0 şərh