Albalı biskviti

Şirniyyatı sevməyən uşaq çətin tapılar. Balacalar xüsusən də mağazalarda satılan müxtəlif çeşidli şirniyyatlara meylli olurlar. Bu, isə valideynləri narahat edir. Çünki bu cür şirniyyatların tərkibi, bişirilmə və saxlanma şərtləri çoxlarını qane etmir.

Mütəxəssislər də hazır satılan şirniyyatları alıb uşaqlara yedirtməyi məsləhət görmürlər. Odur ki, uşaqlarının sağlamlığını düşünən analar evdə şirniyyat bişirməyə üstünlük verirlər. Belə sağlam şirniyyatlardan birinin reseptini pediatr Günay Rəsulova bölüşüb. Bu, albalı biskvitidir.

Tərkibi:
1 su stəkanı çəyirdəksiz albalı
1 çay stəkanı qatıq
3 yemək qaşığı keçibuynuzu tozu
2 yemək qaşığı kərə yağı
1 yumurta sarısı
2 yemək qaşığı un halına gətirilmiş qoz
Apardığı qədər buğda unu

Hazırlanması:
Albalını blendrdan keçirin. Bütün vəsaitləri qarışdırın. 20 dəqiqə gözlədikdən sonra istədiyiniz kimi şəkilləndirib 170 dərəcəlik sobada bişirin.

Xəbərdarlıq:
8 aydan etibarən vermənizi tövsiyə edirik. 1 yaşından kiçik körpəniz üçün tərkibindən qozu çıxararaq bişirməniz məsləhətdir.

ailem.az
 

0 şərh