Badımcan ləvəngisi

“Yeməyə nə var?” rubrikasında bu gün oxucularımıza badımcan ləvəngisinin hazırlanma qaydasını təqdim edəcəyik.
İnqrediyentlər
  • 12 ədəd kiçik ölçülü təzə badımcan
  • 200 qr. üyüdülmüş qoz
  • 3 ədəd baş soğan
  • 100 qr. yağ
  • 2 x.q. zoğal axtası
  • Zövqə görə duz, istiot
Badımcan ləvəngisi
Hazırlanma mərhələsi
Badımcanlar yuyulur, ortası çərtilir, tumlardan təmizlənir. Yağda hər tərəfi az-maz qızardılır. Soğan ətçəkən maşından keçirilir, yağda qovrulur. Soyuyan soğanın üzərinə qoz üydülmüşü, zoğal axtası, duz və istiot əlavə olunaraq qarışdırılır. İçlik badımcanların içərisinə yığılır. Bir tavaya yığılır. İstər elektrikli sobada, istərsə də qaz sobasında 15-20 dəqiqə bişirilir. Soyuq və ya isti halda servis edilə bilir.
 
 
Badımcan ləvəngisinin tərkibi:
Badımcan orta boy 500 qr,
baş soğan 250-300 qr,
qoz 1 st 200 qr,
alça turşusu 150 qr (3-4 xq)
duz,istiot,
yağ

Hazırlanma qaydası:
Badımcanları yuyub, içini təmizləyin. Acısı çıxmaq üçün ortadan bölüb 4-5 dəqiqə pörtlədin. Sonra sudan çıxarıb suyu çəkilmək üçün ya sıxmaq, ya da üzərinə ağır əşya qoymaq lazımdır. Ləvəngi üçün qoz ləpəsini ət maşınından keçirin. Sonra soğanı ət maşınından keçirin və cunanın içərisinə qoyaraq sıxıb acı suyunu çıxarın. Soğanı tavada biraz bişiririk ki, çiy dad verməsin, daha sonra kənarda soyudub çəkilmış qoz ləpəsini, alça turşusunu, duzu, istiotu əlavə edərək yaxşıca qarışdırırıq. Sonra badımcanın içinə duz vururuq və turşunu çəkib, içərisinə ləvəngini yığırıq. İçini çox doldurmaq lazım deyilki, içindəki məhsul dağılmasın. Sonra ləvəngiləri tavaya qoyub ağzına qapaq örtüb qızardırırq.
 
 
 
Təqdim etdi: Məsudə Sultan
 

0 şərh