Acika resepti

 Tərkibi:
— 3 kq qırmızı "ətli" pomidor
— 1,5 kq qırmızı bibər
— 200 qr sarımsaq
— 100 qr acı bibər
— 1 stəkan bitki yağı
— 2 x.q duz
— 1 x.q. şəkər tozu



Hazırlanması:
Tərəvəzləri təmizləyin, blenderdən keçirin.
Emallı qazana yığın, bitki yağı, duz, şəkər tozu əlavə edin, yaxşı qarışdırın. Vam odda 2 saat ərzində qaynadın.

 

Qaynar-qaynar sterilizə olunmuş bankalara doldurun, qapaqları bağlayın, ağzı aşağı olmaqla süfrənin üzərinə qoyun, ədyalla örtün, soyuyana qədər saxlayın.

Nuş olsun!
 

0 şərh