Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Misir mətbəxi

Misir mətbəxinin Türk, Ərəb və ya Yunan mətbəxləri ilə oxşarlığı çoxdur.

Misir mətbəxi kifayət qədər orijinal, lakin bir qədər ağır hesab olunur. Bu səbəbdən turistlər onu adətən sevmir. Lakin şübhəsiz ki, o, bizim diqqətimizə layiqdir. Ənənəvi Misir xörəkləri ət, tərəvəzlər və düyüdən ibarətdir. Xörəklərə yağ, duz, istiot, soğan, sarımsaq və həmçinin zirə, şüyüd və ya nanə kimi ətirli göyərtidən əlavə olunur.

Çəngəl və qaşığa ehtiyac yoxdur
Misirdə çörək həmişə süfrəyə qoyulur. Misirlilər çörəyi üçbucaq şəklində bükür və onu xörəklə doldurur. Beləliklə, çəngəl və qaşığa ehtiyac olmur; yalnız şorbalar qaşıqla yeyilir.
Davamı →

Fransa mətbəxi

Yeməyi yaxşı bilənlərin bir çoxlarının fikrinə görə, fransız mətbəxi dünyada ən yaxşılardan biridir.

Bu mətbəx millətin mədəniyyəti ilə ayrılmaz olaraq bağlıdır. Fransız mətbəxi aşpazlığın beşiyi və aşpazlar üçün bir cənnətdir. Bu mətbəxin bütün dünyadakı şöhrəti onu göstərir ki, təhsil səviyyəsindən və sosial mənşəsindən asılı olmayaraq bütün fransız xalqı yemək mövzuları haqqında ətraflı danışa bilər.

Adi fransız üçün aşpazlıq gündəlik həyatın ayrılmaz elementidir və nəzakət qaydalarının məhz fransızlar tərəfindən yaradılması sadə bir təsadüf deyil.

Davamı →

Ev şəraitində dadlı popkorn


Popkorn bir çoxlarının xoşladığı qidalardan biridir. Əsasən də film izləyərkən popkorn yemək çoxlarının vərdişidir. Ancaq popkornun orqanizmə zərərləri də məlumdur. Çünki mikrodalğalı sobada bişirilmək üçün nəzərdə tutulmuş hazır popkorn paketləri olduqca çox konservant və kimyəvi maddələr ehtiva edir. Bu halda ev şəraitində ziyansız, dadlı və həmçinin də ucuz başa gələn popkornu necə hazırlamaq olar?
Davamı →

Ratatuy

Tərkibi:
1 ədəd yunan qabağı
1 ədəd badımcan
1 ədəd qırmızı şirin bibər
1 ədəd yaşıl şirin bibər
1 ədəd iri baş soğan
1 diş sarımsaq
50 ml zeytun yağı
8-10 ədəd reyhan yarpağı
350 ml tomat əzməsi

Hazırlanma qaydası:
Ratatuy — tərəvəzlərdən ibarət olan Fransa Provansının ənənəvi yeməyidir. Adətən süfrəyə qarnir kimi təqdim olunmasına baxmayaraq əsas yemək kimi də istifadə edilə bilər. Bir növ Macarstan leçosuna bənzəyir. Pomidor bu yeməyin əsas inqredientidir. Ratatuyun müxtəlif növ hazırlama qaydaları mövcud olmasına baxmayaraq, hazırki resept fransanın ənənəvi reseptidir.
Davamı →

Narnumru

Deyin görüm bu narlı yumurta şəklini görəndə ilk reaksiyanız necə oldu? Əgər siz “Wow!” dedinizsə, onda çox sağ olun! Sevindim ki, bəyəndiniz. Əgər “İkisi bir yerdə? Nə? Necə yəni? Elə niyə? Hmm.” Deyə düşündünüzsə yenə də sağ olun. Bu sizin günahınız deyil. Çünki, həqiqətən də, bir-biri ilə qətiyyən əlaqəsi olmayan bu iki ərzağı bir yeməkdə birləşdirmək kimin ağlına gələ bilərdi?

Əgər kiminsə bunu etdiyindən xəbərim olmasaydı mən də elə sizin verdiyiniz sualları verərdim. Amma mən bilirəm ki, kimsə bunu artıq edib. Azərbaycanın Salyan rayonunda, nar və yumurtanın narnumru adlı qeyri-adi xörəkdə birləşdiyi gözəl məkanda.
Davamı →

Balqabaq mürəbbəsi

İnqridientlər:
2 kq balqabaq (qabıqları soyulmuş, dilimlənmiş)
3 stəkan şəkər tozu
qoz ləpəsi

Hazırlanması:
Balqabaq dilimlərini bir qazana qoyun. Üzərinə şəkəri tökün və qazanın qapağını bağlayın. 1 gecə bu şəkildə gözlədin. Sabahısı gün az isdidə ara-ara nəzarət edərək öz suyu ilə bişirin. Aman diqqət edin dibi tutmasın.

Bişdikdən sonra, qazandakı  balqabaq dilimlərini soba qabına yerləşdirin. Qalan şərbətini üzərinə tökün. Üzərini folya ilə örtün və bu şəkildə sobaya verin. Daha ləzzətli olması üçün, bir müddət də sobada bişirin.

Balqabaq soyuduqdan sonra üzərinə qoz səpin və servis edin. Nuş olsun!


Davamı →

Kilkə kotleti

Tərkibindəkilər:
½ kq kilkə balığı (başı və sümükləri təmizlənmiş)
1 kq balqabaq
7-8 ədəd yaşıl bibər
1 dəstə cəfəri
1 dəstə təzə soğan
4 yumurta
1 stəkan un
2 ç.q duz
½ ç.q istiot
1 ç.q qırmızı bibər
1 ç.q zirə

Hazırlanması:
Yumurtaları qırıb dərin bir qaba əlavə edin. Duz və digər ədviyyatları da tökün. Üzərinə unu yavaş-yavaş əlavə edərək qarışdırın. Balqabağı təmizləyib rəndələdikdən sonra bu qarışımın üzərinə tökün. Cəfəri, yaşıl bibər və təzə soğanı doğrayıb qarışıma qatın. Sonda kilkələri doğrayıb əlavə edin və yaxşıca qarışdırın. Tavada yağı isidin. Qarışımdan iri kotletlər hazırlayıb tavada ikitərəfli qızardın. İsti halda süfrəyə təqdim edin.

Nuş olsun!


Davamı →

Klassik süngər biskviti

Qənnadçılar biskvit bişirəndə xüsusi metodla hazırlanan biskvit unundan istifadə edirlər. Mən sizə onun evdə hazırlanma qaydasını reseptdə izah edəcəyəm. Bu un biskviti yumuşaq və yüngül edir. Stəkan bir çay fincanı (servis çaşka kimi) qədər tutur.

1 stəkan biskvit unu (resepti aşağıda verilir)
5 ədəd iri yumurta – ağı sarısından ayırılmış – mütlər otaq temperatunda olmalıdırlar!
1 stəkan şəkər tozu
yarım çay qaşığı vanil ekstraktı (duru vanil) 

Əvvəlcə  biskvit ununu hazırlayın. Bunun üçün sizə adi əla növ buğda unu və qarğıdalı nişastası lazım olacaq (basqa nişastalar olmaz). Bir stəkan unu ölçün, sonra isə üstündən 2 xörək qaşığı un götürüb un qabınıza geri qoyun. Bu 2 xörək qaşığı un sizə lazım olmayacaq. Qalan una 2 xörək qaşığı qarğıdalı nişastası əlavə edin. Sonra un və nişasta qarışığını ən az 5 dəfə ələyin. Nə qədər çox ələsəniz, biskvit ununuz o qədər yüngül olacaq və nəticədə biskvitiniz də elə olacaq. Beləliklə 1 stəkan biskvit ununuz hazırdır. Kənara qoyun.

Sobanı 180C-dək qızdırın. Biskvit mütləq qızdırılmış sobada bişməlidir!


Ardı →

Ev şəraitində ketçup

Acı bibər sousu üçün ərzaqlar:
6 qırmızı biber
500 qr qırmızı acı bibər
1 su stəkanı su
2 çay qaşığı şəkər
1 yemək qaşığı alma sirkəsi
Yarım çay qaşığı dəniz duzu

Hazırlanması:
Bibərləri yuyub saplaqlarını kəsin. Qırmızı bibər toxumlarını çıxarın. İri parçalar halında doğrayın. Təmizlədiyiniz bibərləri qazana alın, 1 su stəkanı su əlavə edib qazanın qapağını bağlayın.

Yumşalan bibərləri, suyuyla birlikdə əl mikseriyle püre halına gətirin. Süzgəcdən keçirib şüşə bir qaba alın. Bu mərhələdə qabıqların və toxumların ayrıldığından əmin olun.

Püre halına gələn biberlerin içinə duz, şəkər və sirkəni əlavə edib yaxşıca qarışdırın. Hazırladığınız acı bibər sousunu qab ya da kiçik şüşədə soyuducuda saxlayın
Davamı →

Həftəbecər turşu

Tərkibi:
2 litrlik banka üçün
500g badımcan (təxminən 3 ədəd) – kiçik kublara doğranmış
1 kg (1 orta boy) kələm – yarı bölünüb nazik-nazik doğranmış
250 g (2 ədəd) yaşıl bibər – iri-iri doğranmış
1 acı bibır (əgər turşunuzun bir az acı olmasını istəyirsinizsə istifadə edin) – iri-iri doğranmış
500 g (4 ədəd) göy pomidor – iri-iri doğranmış
500 g (4 ədəd) yerkökü – uzunsov nazik-nazik doğranmış (digər tərəvəzlər kimi də doğraya da bilərsiniz)
1 kərəvizin sapı – iri-iri doğranmış
1 baş sarımsaq – doğranmış
1 stəkan xırda doğranmış nanə
1 stəkan xırda doğranmış cəfəri
4 xörək qaşığı duz
təxminən 300 ml ( 1/3 litr) və ya bankanı dolduracaq qədər sirkə
Ardı →