Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

"Liman" salatı

Tərkibi:
2 banan
 1 qırmızı alma
 80 qram kərəvizin kökü 1 ədəd pomidor
 2 x.q. mayonez kahı yarpaqları

 Hazırlanma qaydası:
 
Bananları təmizləyib dairəvi şəkildə, almanı isə xırda kub formasında  doğrayın. Kərəvizin kökünü təmizləyib nazik dilimlərlə doğrayın. Kahı yarpaqlarını yuyub iri-iri doğrayın. Boşqabda doğranılmış banan, alma, kərəviz kökü və kahı yarpaqlarını yaxşıca qarışdırın.
 Pomidorun qabığını soyub xırda-xırda doğrayın. Pomidorun qabığını asan soymaq üçün əvvəlcə yuxarı hissəsini bıçaqla kəsin, daha sonra qaynar suda pörtlədin. Doğranılmış pomidoru mayonezlə qarışdırıb, salatın üzərinə tökün. Bananı təmizləyib içinə kahı yarpağı qoyun. Üzərinə hazırladığınız salatı əlavə edin.
 Nuş olsun!
Davamı →

Təndir çörəyi

1 çörək üçün

Ərzaqlar

1 paket (7 g) quru maya
1 ½ stəkan (375 ml) ilıq su
1 çay qaşığı duz
3 stəkan (450 g) əla növ un
1 yumurta sarısı, səthi üçün
1 çay qaşığı xaş-xaş və ya küncüd


Ardı →

Vişnəli pudinq

Tərkibi:vişnəli pudding
1 lt süd
3 yemək qaşığı düyü unu
1 stəkan şəkər tozu
1 yemək qaşığı kakao
1 yemək qaşığı nişasta
1 paket vanil
1 yemək qaşığı yumşaq marqarin
1 stəkan hazır vişnə sousu

Hazırlanması:
Dərin bir qazana südü tökün. Şəkər tozu, düyü unu ,kakao, nişasta və vanili əlavə edin. Orta dərəcədə qarışdıraraq tündləşənə qədər bişirin.
Pudinqi ocaqdan götürməmişdən əvvəl marqarini əlavə edib qarışdırın. Pudinqi götürüb ilıq olmağı üçün gözləyin. Sonra vişnə sousunu əlavə edib mikserlə 2-3 dəq çırpın. Sonra soyuducuya qoyun. Soyuduqdan sonra süfrəyə verin. Nuş olsun.

 


Davamı →

Portağal salatı

Tərkibi:Portagal salatı
3-4 portağal
300 q toyuq filesi
200 q xiyar
duz
mayonez

Hazırlanması:
Fileni bişirin (qaynara düşəndən sonra 20 dəqiqə qaynadın). Soyudun. Xırda-xırda doğrayın.
Portağalları yuyun. Bıçaqla portağalları orta xəttilə ziqzaq formasında kəsib ikiyə bölün. İçini çıxarın. Plyonkasını təmizləyib xırda doğrayın. Ancaq salata bu lətin az hissəsini vurun.
Xiyarı kubik-kubik doğrayın. Toyuq əti, portağal ləti və xiyarı qarışdırın. Zövqə görə duz və mayonez vurub qarışdırın. Portağal qabıqlarının içinə doldurun. Üstünü hansısa giləmeyvə ilə bəzəyə bilərsiniz.


Davamı →

Ciyər paşteti

Paştetin hazırlaması üçün lazımdır:

Quzu ciyəri — 500 q
Kərə yağı — 250 q
Kök — 2 ədəd
Qoz ləpəsi — 150 q
Baş soğan — 2 ədəd
Yumurta — 2 ədəd
Keşniş, şüyüd — ½ dəstə
Limon — 1 ədəd
Duz, istiot


Ardı →

Zefir

Lazım olanlar:
1kq şəkər
2,5 x.q jelatin
1 x.q limon sirkəsi
1ç/q vanil
1ç/q soda

Hazırlama qaydası:
Jelatini 100ml qaynanmış soyuq suda 2 saat saxla. Eyni zamanda 200ml soyuq qaynanmış suda 2 saat saxla, sonra odun üzərində 7-8 dəqiqə qarışdıraraq qaynat və götür. Jelatini əlavə edib 10 dəqiqə mikserdə qarışdır(mikserin sürəti çox olmamaqla). Limon sirkəsini əlavə edib 5 dəqiqə qarışdır. Məhlulu 10 dəqiqə kənarda saxla. Qaba «düzüb» 3-4 saat soyuducuda (dondurucuda) saxla.
Davamı →

Krep tortu

Lazım olanlar:
3 Yumurta
2,5 su stəkanı süd
2 su stəkanı un
1 / 2 stəkan şəkər
100 qr əridilmiş şokolad
1 paket vanil
1 çay qaşığı qabartma tozu
2 paket kremşanti
1 paket labne pendir
şokolad sousu
Ardı →

Qəhvəli peçenye

Lazım olanlar:
Yarım paket otaq istiliyində ərimiş marqarin
2 ədəd yumurta (bir dənəsinin axını ayıralım)
1 su stəkanı şəkər
1 yemək qaşığı neskafe
3 yemək qaşığı süd
3 su stəkanı un
1 paket qabartma tozu
yarım su stəkanı döyülmüş fındıq
Ardı →

Köştəbək tortu

Lazım olanlar:
3 yumurta,
1 su stəkanı şəkər,
75 qr. marqarin,
1 paket qabartma tozu,
1 paket vanilya,
2 xörək qaşığı kakao,
aldığı qədər un,
İçi üçün:
* 1 paket krem şanti + 1 su stəkanı süd,
* 3 dənə banan,
* 2 qaşıq damla şokolad,
* 2 qaşıq qırılmış fındıq,
Ardı →