Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Mədəniyyətdə milli və beynəlmiləl cəhətlər

Mədəniyyətin sadədən mürəkkəbə doğru inkişaf tarixi «varislik» deyilən ənənə üzərində mümkün olmuşdur. Bu, bəşəriyyətin daş çapacaqdan başlamış müasir kompüterə, qayaüstü rəsmlərdən başlamış məşhur təsviri sənət nümunələrinin yaranmasına, yaxud primitiv insan sürülərinin düşünülmüş, sistemli dövlət quruluşunadək keçdiyi tarixi mədəni inkişaf yoludur ki, bunun da əsasını varislik təşkil edir. Geniş mənada varislik yeni keyfiyyət və xüsusiyyətlər əlavə etməklə mədəniyyətin zamandan-zamana ötürülməsi deməkdir. Bu ötürülmə prosesi mənəvi və maddi sərvətlərin mexaniki surətdə istifadə edilərək çatdırılması deyil, onların nəsillər tərəfindən qiymətləndirilərək, yeni təcrübələr əlavə etməklə yeniləşdirilərək, təkmilləşdirilməsi formasında ötürülməsi deməkdir. Varislik əcdadlarımızın irsi dəyərlərinin tənqidi təhlili, yaradıcı dəyişdirilməsi formasında çatdırılması deməkdir.


Ardı →

Mədəniyyət və təbiət

Mədəniyyətin zaman və məkan çərçivəsində mövcudluğu haqqında söhbət açarkən hələ antik dövrlərdə coğrafi determinizmin geniş yaydığı ideyalarla – yəni təbiət amillərinin ayrı-ayrı sivilizasiyaların təşəkkülünə, inkişafına təsiretmə müddəaları haqqında fikirlə tanışıq. Başqa sözlə desək, bəşər mədəniyyətinin «vəhşi», «ram edilməyən» təbiətə təsiri haqqında əks təsiri də məlumdur.
Marks və Engelsin fəlsəfəsində qeyd edilir ki, kortəbii şəkildə inkişaf edən mədəniyyət əgər şüurlu qaydada təkmilləşmirsə, özündən sonra boşluq yaradır. Onların fikirincə insanın təbiət üzərindəki hər bir qələbəsi, həm də onun sivilizasiyaya etdiyi ziyanla eyni olur.
Z.Freyd təbiətin insanlara yönəldilmişəzəmətli, qorxunc gücünə qarşı qüvvələri bir yerə toplayaraq ona qarşı mübarizəsini vacib məsələlərdən biri hesab edirdi. Məhz bunu nəzərə alaraq görkəmli alim yazırdı: «Mədəniyyətin başlıca vəzifəsi, onun həqiqi əsası – bizi təbiətdən qorumaqdır.»


Ardı →

Mədəniyyətin funksiyaları

Geniş mənada mədəniyyət, yəni onun hər iki təzahür formaları – maddi və mənəvi mədəniyyət məkan və zaman çərçivəsində insanları birləşdirərək dünyanın təkmilləşdirilməsinə doğru yönəldilir. Bu mənada mədəniyyətin ən vacid vəzifəsini insanları vahid bəşəriyyət timsalında birləşdirərək konkret ictimai funksiyaların reallaşdırılmasını təmin etmək təşkil edirdi. Tarixi inkişaf prosesində mədəniyyətin bir sıra funksiyaları formalaşmışdır: ətraf aləmə uyğunlaşma funksiyası; dərketmə funksiyası, informativ funksiya, kommunikativ funksiya, requlyativ funksiya, insan qruplarının inteqrasiyası funksiyası, sosiallaşma funksiyası.
Bu funksiyaların hər birinin qısa şərhə ehtiyacı olduğundan onların hər biri üzərində dayanaq.


Ardı →

Maddi və mənəvi mədəniyyət

Bütöv bir sistem kimi mədəniyyət iki formada anlanılır: maddi mədəniyyət və mənəvi mədəniyyət. Mədəniyyətin bu iki formaya bölünməsi iki mühüm istehsal – maddi və mənəvi istehsalın mövcudluğuna uyğundur. Maddi mədəniyyət insanın maddi-istehsal fəaliyyətinin bütün sahələrini əhatə edir. Buraya əmək vasitələri, yaşayış və gündəlik məişət əşyaları, geyim, nəqliyyat vasitələri və s. aiddir.
Mənəvi mədəniyyətə isə, mənəvi istehsal sahəsi və onun nəticələri, məhsulları aid edilir. Buraya şüurun bütün sahələri – elm, mənəviyyat, tərbiyə v maarif, hüquq, fəlsəfə, incəsənət, ədəbiyyat, folklor, din və s. aiddir. Həmçinin buraya insanların bir-birilə əlaqəsi, münasibətləri, insanın özünə, təbiətə olan münasibəti dəşamil edilir ki, bu da maddi və mənəvi fəaliyyət prosesində məhsulların istehsalını təmin edir. Qeyd etmək lazımdır ki, mədəni fəaliyyətin iki növü – yaradıcı və reproduktiv növü mövcuddur: birincisi, yeni mədəni dəyərlər hazırlayırsa, ikincisi onları yenidən hazırlayaraq tiracını artırır. Bəzən bu cür fəaliyyət başqasının əqli, hissləri ilə yaradılan sərvətlərin mexaniki təkrarlanmasına yönəldilir. Bəzən və çox hallarda səhvən bunu da mənəvi istehsala aid edirlər. Əslində, bu düzgün deyil, məhz bu amilə görə tarixin və ya ayrı-ayrı ölkələrin dövr və ya mərhələlərin mədəni səviyyəsinin müqayisəsini elmi və ya bədii məhsulların kəmiyyət meyarları ilə deyil, milli özünəməxsusluq və keyfiyyət xüsusiyyətləri ilə müəyyən edirlər.


Ardı →

Mədəniyyətin tədqiqində müxtəlif məktəb və nəzəriyyələr

İki əsrə qədər tarixi olan kulturologiyanın humanitar bilik sahəsi kimi formalaşmasında nəzəri konsepsiyaların böyük rolu olmuşdur. Bu kulturoloji nəzəri məktəblər mədəniyyət nəzəriyyəsinin bir elm kimi formalaşması, habelə təkmilləşməsində əhəmiyyətli yer tutmuşdur. Mədəniyyətin tədqiqində klassik kulturoloji məktəb və nəzəriyyələr kulturologiyanın nəzəri bünövrəsini təşkil edir. Nümunəvi əhəmiyyət kəsb edən bu klassik konsepsiyalardan İ.Q.Gerder, N.Y.Danilevski, O.Şpenqler, Z.Freyd, P.Sorokin, A.Toynbinin nəzəriyyə və məktəblərinin adları mütləq sadalanmalıdır. Həm forma, həm də məzmun keyfiyyətlərinə görə bu nəzəriyyəçilərin kulturoloji təlimləri böyük əhəmiyyət kəsb edir.
Alman filosofu İohann Qotfrid Gerder (1744-1803) Keniqsberq Universitetinin ilahiyyat fakültəsində təhsil alarkən İ.Kantın mühazirələrini dinləmiş və öz dövründə həyata şəxsi mütərəqqi baxışı ilə fərqlənmişdir. Onun fikirincə, insan təkamülün sonuncu məhsuludur. İnsanı digər canlılardan fərqləndirən də məhz mədəniyyətdir.


Ardı →

Mədəniyyət və sivilizasiya

Mədəniyyətlə bağlı olan anlayışlardan biri də «sivilizasiya»dır. Bu termin latın dilindəki «sivilis» sözündən götürülərək «vətəndaş», «mülk», «dövlət» mənalarını ifadə edir. Dilimizdə bu termini çox vaxt «inkişaf», «tərəqqi» mənalarında işlədirik. Əlbəttə, «sivilizasiya» anlayışı özünün ilkin mənasında məhz bu məzmunu, yəni «tərəqqi»ni ifadə edir. Çox zaman bizə elə gəlir ki, «tərəqqi» yalnız müasiri olduğumuz bu günə aiddir. Amma əslində tarix boyu mədəniyyət və sivilizasiya anlayışları bir-birinə bağlı olmuşdur. Məsələn, qədim sivilizasiyalar haqqında şahidlik edən abidələr bunun bir daha canlı nümunəsidir. Bəzən isə, sivilizasiyanın modern texnikası ilə bağlılığına güvənilir. Əslində sivilizasiya, ilk növbədə insanların şüurunda, beynində olmalıdır. Məhz bu xüsusiyyətinə görə görkəmli filosof İ.Kant qeyd edirdi ki, sivilizasiya insanın öz həyatı və davranışını nizama salandan sonra başlayır.
Sivilizasiya inkişafın ən yüksək mərhələsi, eyni zamanda süqutun başlanğıcıdır. Bunu sübut etmək üçün tarixi mərhələlərin bir-birini əvəz edərək süqutlarının nümunəsi kifayətdir.


Ardı →

«Mədəniyyət» anlayışının tarixi və müasir yanaşmalar

Mədəniyyət nəzəriyyəsi «mədəniyyət» anlayışının tərifi və şərhi ilə başlayır. «Mədəniyyət» anlayışının izahında ilk diqqət bu terminin çoxmənalılığı və çoxəhəmiyyətliliyinə verilir. «Mədəniyyət» anlayışının tərifi yüzlərlədir. Həmin anlayışın tərifi öncə bu terminin mənşəyi ilə bağlıdır. «Mədəniyyət» anlayışının tədqiqi, onun həm elmi, həm də həyati, praktiki mahiyyətinin dəqiqləşdirilməsi bir sıra elmlərin — antropologiya, arxeologiya, etnologiya, dilçilik, psixologiya, tarix, fəlsəfə, mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və digər sahələrin öyrənilməsi ilə də çox sıx bağlıdır. Bu elm sahələrinin tədqiqatçılarının fikirlərini eyni məxrəcə gətirən amillərdən birini, məhz «mədəniyyət» anlayışının təyinatının eyni məzmunda izahı təşkil edir.
Beləliklə, «mədəniyyət» -latınca «kultura» (cultura) sözündən olub, işləmə, qulluqetmə, yaxşılaşdırma, həmçinin tərbiyə, inkişaf, tərəqqi deməkdir. Bu anlayışın mənşəyi isə «kolo», «kolere» (kolo, kolere) sözlərindən gələrək torpaqşünaslıqla məşğul olma, torpaqla işləmək, burada çalışmaq, «kultus» — «təzədən işlənmiş» mənalarını ifadə edir.


Ardı →

Orta əsrlər mədəniyyəti

1.    Orta əsrlər dövrünə aid mədəniyyətə müqəddimə
2.    Böyük Karl imperiyası
3.    Bizans
4.    Ərəb mədəniyyəti
5.    İran mədəniyyəti

Orta əsrlər ümumdünya tarixinin qədim dünya tarixindən sonraya və yeni tarixdən əvvələ təsadüf edən dövrü əhatə edir.Orta əsrlər tarixi üç inkişaf mərhələyə bölünür:
birinci- V əsrin sonu – X əsr;
ikinci – XI-XV əsrlər;
üçüncü – XVI-XVII əsrin ortaları.
Ardı →

Piza qülləsi

Piza qülləsi — (ital. Torre pendente di Pisa) 1360 – cı ildə tikilmişdir. Piza şəhərinin zənglərdən ibarət olan bir qalasıdır və Santa Mariya Assunto kilsəsinin şəhər ansamblının əsasını təşkil edir. Qala özünə “Yıxılan qüllə” adını qazanmışdır və bütün dünyaya öz xarici görkəminə görə tanınmışdır. Çünki qüllənin xaricindən diqqət yetirdikdə onun az qala yıxılacağı görünür, lakin yerə yaxşı bərkidilmişdir.


Ardı →

Sivilizasiyaların tarixi. Tarixi mənbələr

Sivilizasiya – ümumi anlayışdır, ictimai-iqtisadi formasiyalar dövrlərində cəmiyyətin əldə etdiyi nəticələrin göstəricisidir, maddi mədəniyyəti bildirmək üçün işlədilir. Sivilizasiya mədəniyyətin sinonimidir. İctimai inkişafın maddi və mənəvi mədəniyyətin səviyyəsi və mərhələsini ümumiləşdirir.
Mədəniyyət bəşəriyyət tarixinin keçdiyi üç dövrün: vəhşilik, barbarlıq, sivilizasiya mərhələsini bildirmək üçün qəbul edilmiş terminidir.
İlk dəfə “sivilizasiya” termini (anlayış) kimi XVIII əsrdə Fransada istifadə olunub və onun məzmunu cəmiyyətin inkişafı mərhələsinin göstəricisi üçün anlayış olmuşdur.
“Mədəniyyət” terminini isə ilk dəfə Şotlandiya fəlsəfəçisi A.Ferkusonişlətmişdir (1767). XIX əsrdə termin mədəniyyətin ümumi göstəricisi kimi istifadə edilib.
Beləliklə, sivilizasiya sözünün əsas məzmunu xalqın həyat fəaliyyətinin bütün sferalarını əhatə edir və onun inkişaf mərhələsini açıqlayır.
Maddi mədəniyyət – ənənəvi xalqın həyat quruluşunu, onun təsərrüfatda əldə etdiyi səviyyənin göstəricisidir.
Mənəvi mədəniyyət – adət-ənənə, incəsənətə, dini baxışlar və s.amillər etnosun (xalqın) özünə xas olmasının əsasını təşkil edir.


Ardı →