Bəh, bəh, bəh

Gül açılanda yaz olur, bəh, bəh, bəh!
Kədərim, qəmim az olur, bəh, bəh, bəh!
Gözəldə işvə-naz olur, bəh, bəh, bəh!
Gəl, gəl, gözəl yar, sevirəm səni!

Yarın bağında şirin olur üzüm,
Sənin ayrılığına necə dözüm?
Sənə qurban olsun bu iki gözüm!
Gəl, gəl, gözəl yar, sevirəm səni!

Bülbül bağlarda səs salır: cəh cəh cəh!
Güllərin ətrini alır, bəh, bəh, bəh!
Musiqi səsi ucalır, bəh, bəh, bəh!
Gəl, gəl, gözəl yar, sevirəm səni!
 
 

0 şərh