BAYATILAR

Mus: Vaqif Gərayzadə

Qız:
Oğlan, sevgidir, eşqdir dünyanın tacı,
Yarının gülüşüdür dünyada onun əlacı.

Oğlan:
Ay qız. sənsiz dünyanı axı mən neynirəm
Mən səni sevirəm, sevirəm.

Oğlan:
Ömrüm, günüm olub qara,
Səni axtara-axtara.
Gəlib çıxm ışam gör hara,
Səni axtara-axtara.

Qız:
Gəldim, deyəsən sözünü.
Məni axtara-axtara.
İtirəcəksən özünü.
Məni axtara-axtara.

Oğlan:
Şirin candan bezdirmisən.
Məni yandıra-yandıra.
Qəm gölündə üzdürmüsən,
Məni yandıra-yandıra.

Qız:
Bilə-bilə yandırmışam,
Saçlarımı yokhırmuşam.
Ürəyimi dondurmuşam.
Səni yandıra-yandıra.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh