Bülbüləm, gülüm sənsən

Bülbüləm, gülüm sənsən,
Nəğməyəm qəlbim sənsən.

Səmayam, günüm sənsən
Kamanam, ünüm Sənsən.

Nəq.:

Mən sənin bağında açılan çiçək,
Mən sənin sinəndə döyünən ürək.
Mən sənin yanında doğma anatək,
Oxşayıb laylanı çalaram sənin.
 
Ürəyəm, sözüm sənsən.
Ocağam, közüm sənsən.

Tənhayam, özüm sənsən,
Dənizəm, səsim sənsən.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh