Gülə-gülə, ay xanım

Gülüşlərin cingildəsin saz kimi,
Hər tərəfə yayılsın avaz kimi,
Sən güləndə, könül gülür yaz kimi,
Gülə-gülə, gülə-gülə, ay xanım,
Gülə-gülə, gülə-gülə al canım!

Elə gül ki, yar yuxudan oyansın,
Elə gül ki, yar qadanı yar alsın,
Sarmaşıq tək sar qoluna, dolansın,
Gülə-gülə, gülə-gülə, ay xanım,
Gülə-gülə, gülə-gülə al canım!

Yasəmənlər açıb, çiçəklənəndə,
Bənövşələr küsüb, boynun əyəndə,
Şeh düşübən, güllər də şehlənəndə,
Gülə-gülə, gülə-gülə, ay xanım,
Gülə-gülə, gülə-gülə al canım!
 

 
 
 

0 şərh