Uca dağlar başında bir yar sevdim

Uca dağlar, qarlı dağlar başında
Bir yar sevdim, tirmə şal var başında,
Eybi yoxdur kirpiyində, qaşında…

Nəqərat:
Aman, yarım ey, gözəl yarım ey, gül, yarım ey,
Küsdürmüsən ey, gəl, könlümü al, yarım.

Sinə mərmər, həlqə zülflər zil qara,
Onu görən, ay, aşiq olur, avara,
Hörüb saçlarını, atıb bir yana.

Yaşı iyirmiyə yenicə yetmiş,
Gözəllikdə xəlqi tamam mat etmiş,
Kəştə çıxmış, yar gəldiyin eşitmiş.
 
 
 

0 şərh