Leylam

Gecələr, ay gecələr,
Ay batar, ay gecələr.
Səni görən gözlərim
Nə yatar, nə dincələr.

Nəqərat:
Gəl, gəl, gəl, gəl,
Gəl, mənim Leylam!
Gözlərinə olmuşam heyran!

Səyyada bax, səyyada,
Torun qurub qayada,
Toruna tərlan düşüb,
Kimsəsi yox oyada.

Dağ aşdı, Leyli getdi,
Leylinin meyli getdi,
Nakam bu ömrüm
Yardan gileyli getdi.

Ovçu bərədə durub,
Bərə üstə tor qurub,
Leylidən ayrı düşüb,
Bu könlüm Məcnun olub.
 
 

0 şərh