Noleydim, yarım, noleydi!?

Mən aşıq oyanınca,
Mən yazıq oyanınca,
Kəsim yastığın yanın, balam,
Yalvarım oyanınca.

Nəqərat:
Noleydi, yarım, noleydim?
Qapqara bir şey oleydim,
Hamıya çirkin olsam da, balam,
Yarıma göyçək oleydim!..

Təbriz üstü Miyana,
Gül sünbülə dayana.
Oxu, bülbülüm, oxu, balam,
Bəlkə yarım oyana?!..

Mən aşığam, Həsən gəl,
Sevgi bağın kəsən, gəl!
Könlüm səni arzular, xanım,
Ha mən gəlim, ha sən gəl!
 
 
 

0 şərh