Bahar gəlir

Mus: Əlibaba Məmmədov, söz: Rasim Kərindi

Baharlı günlərə qovuşur bahar,
Yurdumün qoynuna ilk bahar gəlir.
Günəşindən, eşqindən, hərarətindən,
Düzə bəhər gəlir, bağa bar gəlir.
Baharlı günlərə ilk bahar gəlir.

Nəq.:

Məhəbbət nur saçır, sevinç oyanır,
Qəlblərdə ilk eşqin şö”ləsi yanır.
Yer oğlu özünü göylərdə sanır,
Ömrə bəhər gəlir, bağa bar gəlir.
Baharlı günlərə ilk bahar gəlir.

Alın tərimizdir zəfərlərimiz,
Nurlu kəndlərimiz, şəhərlərimiz.
Nəğməylə açılır, səhərlərimiz,
Ömrə zinət gəlir, iftixar gəlir.
Baharlı günlərə ilk bahar gəlir.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh