Getmə bulaq başına

Xalq mahnısı

Ana: Getmə bulaq başına, qızım,
Çeşmə-çıraq başına, qızım, .
Bir qara qaş-göz oğlan
Dəsmalını alar qaçar.

Qız: Gedim bulaq başına, nənə,
Çeşmə-çıraq başına, nənə.
Qara qaş-göz oğlanın
Qoy baxım bir yol qaşına.

Ana: Getmə bulaq başına, qızım,
Çeşmə-çıraq başına, qızım.
Dəsmal qaçıran oğlan,
Səni alıb qaçar, qızım.

Qız: Gedim bulaq başına, nənə,
Çeşmə-çıraq başına, nənə.
Qız öz istəklisindən
Həm utana, həm yaşma.

Mən ki, səni sevirəm, nədir çarası?
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh