Qədəmlərin mübarək!

Mus: Cavanşir Quliyev

Pöhrələnsin könüldə
Dünyanın sevinc səsi.
Təkcə məhəbbət olsun
Könüllərin nəğməsi.

Nəq:

Ay təzə il, təzə il,
Qədəmlərin mübarək.
Pöhrələnsin arzular,
Açsın gül, açsın çiçək.

Bu gürrkü səadəti
Yaşayaq gələn günlə.
Qoy ömrünüz ötüşsün
Hər il toyla, düyünlə.

Bu yeni il özüylə
Xoş müjdələr gətirsin.
Ömrümüzü məhəbbət,
Səadətlə bitirsin.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh