Kəndimiz

Mus: Ələkbər Tağıyev söz: Hafiz Baxış
 
Qarlı dağlann durub başında
Çilçıraqlı bir zamandı kəndimiz.
Aslan yjıtıb, qayasında, daşında,
Başdan-başa al-əlvandı kəndimiz.
 
Dəyişmərəm dünyalara mən onu,
Burdan alıb könül ilham odunu.
Elə bil ki, güldən biçilib donu,
Hər tərəfi gülüstandı kəndimiz.

Nəq:

Xoşbəxtəm ki, bu torpağın qızıyam.
Hər tərəfi gülüstandı kəndimiz.
Xoşbəxtəm ki, bu torpağın oğluyam,
Başdan-başa al-əlvandı kəndimiz.
 
Çeşmələr tək səfalıyam, duruyam,
Günəş kimi alovluyam, odluyam.
Xoşbəxtəm ki, Azərbaycan oğluyam
Görən deyir firavandı kəndimiz.
 
Zər çeşmələr düzülübdür qoynuna
Mərd igidlər yığılıbdır qoynuna,
Toy-düyünlü bu gözəllik yurduna
Görən deyir, bir dastandır kəndimiz.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh