Pul köçürmələri

Pul köçürməsi – bank və ya poçt sistemi ilə pul vəsitlərinin köçürülməsidir. Pul köçürmıləri struktrunda həmişə yollayan, alan və ötürən şəxs iştirak edir. Pulu ötürən şəxs öz xidmətinə görə pul alır. Daxili – ölkədaxilində və xarici – xarici dövlətlərə olan pul köçürmələrinə ayrılır. Xarici dövlətlər pul köçürmələri xüsusilə XIX əsrin sonu XX əsrin əvvələrində artmağa başladı. Beynəlxalq pul köcürmələrinə gəldikdə isə, Dünya Bankının vediyi məlumata görə, 2006 – ci ilin göstəriciliərinə əsasən, pul köcürmələrinin məbləği 250 mlrd ABŞ dolları olmuşdur. 10 il ərzində otra hesabla ildə 30% artım müşahidə edilmişdir. Beynəlxalq pul köcürmələri bir qayda olaraq xüsusi maliyyə sinfinə daxil edilir və Rimmerslər vasitəsilə həyata keçirilir.

Rimmes - xarici valyuta ilə, beynəlxalq hesablaşmalar və beynəlxalq pul köçürmələri üçün ödəniş sənədidir.Pul köcürmələrinin aşağıdakı tipləri vardır:

Western Union – beynəlxaq pul köçürmələri sistemində ən qocaman pul köçermə sistemidir. Western Union korporasiyası 1871-ci ildən etibarən təcili pul köçürmələri ilə məşğuldur. Hal-hazırda dünyanın 200-dən çox ölkəsində təxminən 370 000  Western Union məntəqəsi fəaliyyət göstərir. Hər köçürmə əməliyyatı etibarlı təhlükəsizlik sistemi ilə mühafizə olunur və göndərilən pul vəsaitinin yalnız Siz tərəfindən qeyd olunan şəxsə ödənilməsinə zəmanət verir.. Köçürülmüş pul məbləğinin 10-15 dəqiqə ərzində bankda hesab açdırmadan müvafiq kodu göstərməklə əldə etmək olar. Western Unionla – pul köçürmələri həyata keçirmək üçün :

Western Union xidməti göstərən Istədyiniz məntəqəyə gəlib pul köçürməsi üçün xüsusi anket doldurursunuz;
Şəxsiyyətinizi təstiq edən sənəd təqdim edirsiniz (şəxsiyyət vəsiqəsi, hərbi bilet və s.); Komissiya uçotu ilə kassaya yaxınlaşıb yollamaq istıdiyiniz məbləği terminala ötürüsünüz;
Sizə anketin əksi verilir, burada köçümə nömrəsi göstərilir ki bunu da yalnız siz və pulu alan şəxs bilməlidir.
Eyni zamanda, köçürməni xüsusi gizli sözlə şifrələmək də olar.Western Union üzrə ödənişlər xüsusi Western Union tarifləri ilə reallaşdırılır ki, bu da bütün Western Union pul köcürülməsi məntəqələrində sabitdir.

Money Gram (Mani Qrem) – Western Union ilə rəqabət aparır, bu da beynəlxalq, təcili pul köçürmə xidmətidir, burada da bank hesabı açılması tələb edilmir. Bu sistem 140 ölkədə işləyir, 35000 –dən artıq məntəqəyə malikdir, iş prinsipi Western Union ilə oxşardır. money Gram Western Union-dan ayrıldıqdan sora ciddi inkişaf mərhələsi keçdi və hətta indi Western Union ilə rəqabət aparır bu yola siz pulunuz rahat köcürür və 15 dəqiqə ərzində ala bilirsiniz. Money Gram vasitəsilə pul köcürmək üçün prosedura çox sadədir:

Sizə uyğun Money Gram məntəqəsi seçin
Sonra təqdim olunan balnki doldurun, burada bütün vacib göstəricilər- pasport göstəricililəri, ünvan, göndərilən məbləğ verilir.
Kassa işçisinə yolladığınız məbləği təqdim edin;
Burada xidmət haqqı da ödəyirsiniz;
Pul köçürməsinə dair kivtansiya və şifrə əldə edirsiniz.
Köçürmə kodu pulu alana bildirilməlidir.

Money Gramla Pul köçürmələri üzrə tariflər göndərilən pulun 3-5 %i miqdarında göstərilir. Nə qədər çox pul yollasanız o qədər çox faiz dərəcəsi olur, ya da əksinə. Money Gramla göndərilə biləcək pulun maksimum miqdarı 10000 dollardır.

Kontakt (Contact) – bu pul köçermə sistemi 2000-ci ildən fəaliyyət göstərir, Russlavbank tərəfindən yaradılmışdır. Dünyanın 80 olkəsində nümayəndəliyi var, 28000dən çox məntəqəyə malikdir, bak hesabı açılışı tələb edilmir. Kontakt sistemi ilə, rus rublu, ABŞ dolları və Avro köçürülməsi mümkündür. KONTAKT vasitəsilə pul köçürmələri zamanı ölkədaxili köçürmələrdə, rus rublu ilə köçürmələrin 2%-i, Rusiyadan kənara- Baltikyanı, MDB və digər xarici ölkələrə köçermə zamanı, rus rublı, dollar və ya avro olmasından asılı olmayaraq 3 % kommission tutulur. Rusiya daxilində bu sistemlə pul köçermələrində məbləğ məhdudiyyəti yoxdur.

Uni Stream – benəlxalq rus pul köcürmə sistemidir. Bankda hesab açılışı tələb etmir, 2001-ci ildən fəaliyyət göstərir, Rusiya, MDB, Baltikyanı ərazisində və xaricdə 200-dən çox partnyoru vardır. 22000-dən artıq xidmət məntəqsi vardır , 90 ölkədə mövcuddur. Bu sistemdə komission haqqı dünya bazarında mövcud olan ən aşağı həddədir. 1% təşkil edir və göndərilən ölkədən asılı olaraq dəyişə də bilər. MDB ölkələri üçün isə faiz ən aşağıdır.

Anelik – bu sistemin 10 yaşı vardır, sistem təcili pul köcürmələri etməyə imkan verir, 90 olkədə 20000-dən artıq məntəqəsi vardır. Bankda hesab açdırmaq tələb etmir. Anelilik Standart tarifi ilə pulu 3 -24 saat ərzində, Super tarifi ilə isə 5 dəqiqə ərzində ala bilərsiniz. Köçürmə tarifləri Rus rublu üçün 1,5 ABŞ dolları üçün isə 3% miqdarında hesablanır. Rusiya daxilində köçürmələr yalnız rus rublu ilə həyata keçirilməlidir. Olkə vətəndaşları və rezidentləri bir gün ərzində ən çoxu 5000 dollar yaxud onun rublla ekvivalentini yollaya bilərlər.

Lider – bu sistem də beynəlxalq pul köcürmə sistemidir, aktiv inkişaf edir, MDB, Baltikyanı ölkələr və uzaq xaricdə geniş yayılmaqdadı, ekspress köçermədir və bank hesabı açılışını tələb etmir. Köçürmə tarifləri məbləğin 0,95%-nə bərabərdir ki, bu da rəqiblərlə müqayisədəd rekord gostəricidir. Liderlə köçürmələr, rubl, ABŞ dollar və Avro ilə aparıla bilər.

MİGOM- rus pul köçürmə sistemidir. MDB, Baltikyanı və Rusyadaxili köçürmələr edir, 2500-dən çox məntəqəsi vardır. Migomla köçürmə tarifi məbləğin 2-3 % - i miqdarındadır. Ölkə vətəndaşları və rezidentləri bu sistemlə bir gün ərzində ən çoxu 5000 dollar yaxud onun rublla ekvivalentini yollaya bilərlər.

 

0 şərh