Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 809 topik

Ürək həbləri ağır xatirələri unutdurura bilər

Hollandiya alimlərinin dediyinə görə, adi ürək həbləri ağır itki və ya psixoloji travma keçirmiş insanlara sarsıntı və dərdlərini unutmağa kömək edə bilər.

Alimlərin qənaətinə görə, həmin həblərdə olan beta ünsurlərı ağır xatirələri blokadaya alaraq onları hafizədən tədricən silir.

Öz araşdırmalarında alimlər 60-a qədər adam üzərində müşahidə aparıblar. Həmin elmi araşdırmanın nəticələri «Nature» — Təbiət dərgisində dərc olunub.

Bununla belə, ingilis alimləri hollandiyalı həmkarlarının araşdırmasına bir qədər şübhə ilə yanaşırlar.

Onların fikrincə, ağır xatirəni silmək — arzuedilməz xalı götürmək deyil; bu, insanın şəxsiyyətini dəyişə bilər.

Bundan başqa, ingilis alimlərinin dediyinə görə, mənfi xatirələr və sarsıntılar mühümdür, belə ki, onlar insanlara öz səhvlərindən öyrənməyə və nəticə çıxarmağa imkan yaradır.

Digər tərəfdən isə, İngiltərə alimlərinə görə, bunun cəmiyyət üçün mənfi təsiri ola bilər.

Əgər, məsələn, zorlama qurbanı həb qəbul edərək onun başına gələnləri unudarsa, deməli, o, onu zorlayan şəxsə qarşı ifadə verə bilməyəcək və həmin şəxs cəzasız qalacaq.


Davamı →

Yuxu | 20 Fakt

Hər birimiz yatanda müəyyən yuxular görürük. Bəzilərimiz hər gün, bəzilərimizsə nadir hallarda, amma mütləq nə zamansa yuxu görürük.Bəs yuxu haqqında hər şeyi bilirikmi? Yəqin ki, çoxunuz YOX deyəcəksiniz. O zaman yuxu ilə bağlı bəzi həqiqətləri diqqətinizə çatdırıram. qorxulu yuxu

  1. Oyandıqdan 5 dəqiqə sonra yuxumuzun yarısını, 10 dəqiqə sonra isə 90 faizini unuduruq.
  2. Korlar da yuxu görürlər.
  3. Hər gecə 4-7 yuxu görürük.
  4. İfrat psixoloji gərginlik keçirənlərdən başqa hamı yuxu görür.
  5. Elə insanlar var ki, yuxu görmədiklərini düşünürlər. Buna səbəb onların yuxularını yadda saxlaya bilməmələridir.
  6. Ancaq gördüyümüz üzlər yuxumuza girə bilər. Hamımız həyatımız boyu minlərlə üz gördüyümüz üçün yuxuda da istənilən qədər üz görə bilərik.
  7. Hamı rəngli yuxu görə bilməz. Gözləri görən insanların 12 faizi yuxularını ağ-qara rəngdə görürlər.
  8. İnsanlar 1915-50-ci illərdə daha çox ağ-qara yuxular gördükləri halda, 50-ci illərdən sonra bu «tendensiya» dəyişməyə başladı. Mütəxəssislər bunun səbəbini rəngli televizorların istehsalı ilə əlaqələndirirlər.

Ardı →

Lənətlənmiş çörək

Fransanın cənubunda yerləşən Pont Saint Esprit kəndində, 1951-ci il, avqustun 16-sı səhər tezdən çox qəribə hadisə baş verdi. Yuxudan ayılan kənd əhalisi 1-2 saat içində dəli olmağa başladı. İnsanlar polisə tez-tez əjdaha gördüklərini, həmin əjdahanın onlara hücüm çəkdiyini söyləyirdilər.
Həmin gün bir nəfər “mən təyyarəyəm” deyərək, özünü ikinci mərtəbədən atdı. Qaçaraq həkimə gələn biri isə: 

-Həkim, ürəyim yerindən çıxıb, xahiş edirəm, onu yerinə taxın. — deyə yalvardı.
Küçələr dəli olan insanlarla dolu idi. Bu qəribə hadisə 5 nəfərin ölümü, 300 nəfərin yaralanması, 50 nəfərin isə dəlixanaya düşməsi ilə nəticələndi. Fransa tarixinə bu gün “lənətlənmiş çörək” adı ilə düşdü. Mütəxəssislər səbəb kimi, çörəyə qarışmış göbələyin keyləşdirici və hallüsinasiya yaradan təsirini göstərdilər.


Ardı →

Abort

abortAbort  müasir dövrdə geniş müzakirə olunur. Lakin tarixə nəzər yetirdikdə hamiləlikdən azad olunmanın bu üsulu keçmişdə də xeyli mübahisələr doğurub. 
Antik dövrlərdə həkimlər bəzi bitkilər, kəsici alətlər və digər üsullarla abort ediblər. Tibb elminin yaradıcısı olan Hippokrat isə öz məşhur andındakı mətndə qədim Yunanıstandakı həkimlərə iti alətlərlə abort etməyi qadağan etmişdi. Hippokratın andında deyilir: “Heç bir qadına qarşı abort qurğusundan istifadə etməyəcəyəm”. 

Yunan filosofu Aristotel isə tamam əksini düşünürdü: “Əgər ər-arvad uşağın doğulmasına qədər gözləməyin əleyhinədirlərsə, onda döl ona duyğu və həyat verilməmişdən əvvəl tələf edilməlidir”. 

Orta əsrlərdə də ağır dini qadağalara baxmayaraq, abort həyata keçirilirdi. Xristian kilsəsi həmişə aborta qarşı sərt münasibət sərgiləyirdi və Papa V Stefan 887-ci ildə kilsə hökmündə yazırdı: “Əgər kim qadının bətnindəkini məhv eləsə, o insan qatilidir”. 
Ardı →

35 qəribə fobiya


 (Cəmiyyətimizdə də bu cür fobiyaları olan insanlar var, oxuyun dostlar!)

1. akribofobiya — oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu
2. araxibutirofobiya — qoz (və ya araxis) yağının yumşaq səmaya yapışacağından qorxu
3. aulofobiya — fleytadan qorxu
4. bibliofobiya — kitabxanalardan qorxu
5. verbofobiya — sözlərdən qorxu
6. qadiofobiya (ierofobiya) — ziyarətgah və ruhanilərdən qorxu
7. hidrozofobiya — tərləməkdən qorxu
8. qrafofobiya — əllə yazmaq (vəya yazı ləvazimatlarını ələ götürmək) qorxusu
9. deypnofobiya — nahar zamanı (əsnasında) danışmaq qorxusu
10. dikefobiya — ədalətdən qorxmaq
Ardı →

Ayaqyolunun tarixcəsi

Fransızlar niyə çətir və yelpik gəzdirirdilər?
Haqlı olaraq deyirlər ki, şüurlu insanların tarixi əlinə ilk ağac ala bilən insandan deyil, tualeti ilk tikən insandan başlayır.
Biz həmişə çətir və yelpiyi görəndə ilk olaraq fransız madam və mademuazelləri xatırlayırıq. Çünki orta əsrlərə aid ədəbiyyatlarda və rəsm əsərlərində çətir və yelpik fransız qadınların simasında avropalı feminanın başlıca aksessuarı sayılıb. Bilməyənlərə yəqin elə gəlir ki, çətir yağış və günəşdən, yelpik isə istidən qorunmaq məqsədilə orta əsr Avropa qadını tərəfindən hər yerə daşınırdı. 

İlk baxışda bir-birinə qətiyyən aid olmayan iki fərqli məfhumu – çətir və tualeti bir araya gətirərək isbat etməyə çalışacağıq ki, bunların biri o birini heç də inkar etmir və parisli xanımların çətir sevgisinin əsl səbəbi nədir. Bu absurd qoşalaşdırmaya bizi orta əsrlərin və müasir dünyanın ən mədəni xalqlarından biri sayılan fransızlar vadar edib. Və çətirdən aidiyyatı üzrə istifadə edilməməsinin səbəbini açmaq üçün bizi tualetin tarixinə nəzər salmağa yönləndirib. 

Oturacaqlı tualetin eramızdan 2600 il əvvəl şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılıb. Eramızdan əvvəl 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında rast gəlinir. 
Ardı →

Göbək rəqsi

Sovet İttifaqının dağılması ilə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr bərpa olundu. Yəqin ki, bugünkü mədəniyyətimizin formalaşmasında Türkiyənin müstəsna xidməti olub yazsam, kimsə buna irad tutmaz. 

Müstəqilliyin ilk illərində Türkiyə kanalları və onların gətirdiyi yeniliklər bəzən bizləri ciddi şəkildə təəccübləndirirdi. Hətta həmin illərdə Türkiyə kanallarına baxmağı qadağan edən ataların sayı da az deyildi. Müxtəsər, “dansöz” olaraq ifadə etdiyimiz, göbəkatanlar da həmin vaxtlarda Azərbaycan seyrçisini “təəccübləndirənlər” və qadağan olunanlar arasında idi. 

Açığı, hələ də Azərbaycanda bu “dansöz”lərə ailə ilə birlikdə tamaşa edənlərin sayı çox azdır. Yəni uzun müddət İslam aləmində və qardaş Türkiyədə yaşamasına baxmayaraq, sovet əxlaqının formalaşdırdığı mühafizəkar mədəniyyətimizə doğmalaşa bilmədi. Amma fakt budur ki, bü gün Tükiyədə və İslam dünyasında “dansöz” var. Gəlin birlikdə onların kimlər olduğunu və hardan gəlib hara getdiklərini öyrənək. Amma əvvəlcə onu qeyd edək ki, göbək rəqsinin ifaçılarına “rəqqasə” və ya “rəqqas” yazsaq, bu milli rəqslərimizin ifaçılarına hörmətsizlik ola bilər. Ona görə də “dansöz” sözünü orijinalda olduğu kimi saxlamağa qərar verdik.

“Dansöz” (fransız dilində “danseuse” – “rəqqasə”) türkcədə oriyental rəqs (göbək rəqsi) edən qadınlar üçün istifadə edilən addır. Osmanlıda onlara “çengi” deyilirdi, amma bu söz artıq istifadə edilmir.

Oriyental rəqsin vətəni Yaxın Şərqdir. Bu rəqsə ərəbcə «rəqs Şərqi» (“Şərqin rəqsi”) və ya «rəqs baladi» (“xalq rəqsi”) deyirlər. Oriyental rəqqasələr İslam cəmiyyətlərinin namus anlayışına, geyim və ənənəvi rəqslərindən kəskin şəkildə fərqləndiyi üçün onlar erotik səhnələr nümayiş etdirən striptiz rəqsçlər kimi qəbul olunurdular. Elə buna görə də İslam əxlaqının formalaşmasından sonra bu işi professional səviyyədə həyata keçirmək istəyənlərin sayı müsəlman ölkələrdə azaldı, əvəzində Avropa ölkələrində bu say getdikcə artmağa başladı. 
Ardı →

Falçı, falıma bir də bax...

Falçı Mehri nənə: «Qız yapışıb, oğlan da onu almayıb, ona görə, nəfsi qalıb üstündə»

İnsanın başına bədbəxt, pis hadisələr gələn zaman o, pessimistliyə qapılır. İşlərinin düzgün getməməsi, evdə olan problemlər, münasibətlərdə gərginlik bir çox insanları yanlış fikrə sövq edir. Çıxılmaz, çarəsiz vəziyyətdə olduğunu düşünən insanlar son ümid yeri olaraq falçı, baxıcı, molla qapılarına üz tuturlar.

   İslam dininə görə, falçıya gedən, cadu etdirən insan Allaha şərik qoşmuş olur. Belə ki, falçıya, cadugərə, kahinə gedərək onların söylədiklərinə inanan Qurani Kərimə inanmamış olur. Falçıya fal baxdıranın, onun sözünə inanmasa belə, 40 gün namazı qəbul olmaz.

   Falçı Mehri uzun illərdir ki, bu sənətin sahibidir. Uzun illər falçılıqla məşğul olsa da, özünə bir şərait yarada bilməyən qadın «Gənclik» metrostansiyası yaxınlığında yerləşən yataqxanada yaşayır. Əvvəlcə onu deyək ki, bu falçı fala kofe ilə baxır. Xidmətin qiyməti isə 5 manatdır. Falçının qəbulunda olan əməkdaşlarımız orada gördüklərini, eşitdiklərini qələmə alıblar.

   Əməkdaşımız yaxınlaşıb, bir fincan qəhvəsini içdikdən sonra falçı söhbətə başladı:

   — Sənin ürəyində məhəbbətin, məhəbbətdə mehrin var. Məktəb illərində «R» hərfi ilə başlayan danışdığın oğlan olmuyub ki? Qara oğlan olub, səndən arıq olub.


Ardı →

Roma imperatoru IV Karlın həyatından maraqlı fakt

Roma imperatoru IV Karl 4 rəqəmini çox sevirmiş. Onun hakimiyyəti dövründə Romanın 4 paytaxtı, hər paytaxtda 4 knyaz var imiş. Karlın 4 sarayı, hər sarayda 4 qapı, 4 pəncərə, 4 stol, 4 çıraq var imiş.

IV Karl başına 4 metal ərintisindən ibarət olan dördkünc tac qoyarmış. O imperiyanı 4 hissəyə, ordunu 4 yerə bölmüşdü.

Həmişə 4 atlı karetaya minərdi. O, 4 rəngli paltar geyər, 4 dil bilərmiş.

Karl gündə 4 dəfə nahar edər, 4 cür yümək yeyər, 4 cür şərab içərmiş.

O, 4 dəfə evlənib.Onun həyat yoldaşları :

1) Blanche (1316 — 1348),

2)  Anna (Bavyera) (1329–1353)

3) Anna von Schweidnitz  (1339–1362)

4) Elizabeth (Pomerania)  (1345 ya 1347–1393).

IV Karl vəfat edəndə yanında 4 həkim, 4 keşiş olub. Hər keşiş onun 4 vəsiyyətindən birini yazıb.

Nəhayət, IV Karl 1378 — ci ildə 29 noyabr saat 4-də vəfat edib.

 


Davamı →

Velosipedin tarixi

1817-ci ildə Baron fon Drays tərəfindən ixtira edilən ilk velosipedVelosiped — (fransızca vélocipède “tez ayaq” deməkdir) əksər hallarda iki təkərə malik, əzələ qüvvəsi ilə pedalla hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici təkan nəticəsində velosipeddə hərəkət etmək mümkündür. Velosiped tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsul hesab olunur. Hazırda dünyada yarım milyarda qədər velosiped mövcuddur. Kiçik ölçüsü, aşağı qiyməti və yanacağa ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının əsas səbəblərindəndir.
 
Dünyada velosipedin tarixi 500 il bundan əvvəl Leonardo da Vinçinin velosiped şəklini təsvir etməsi ilə başlayır.
 
Mülahizələrə görə, velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla da başqa nəqliyyat vasitələrinin inkişafına ehiyac yaranması ilə stimullaşdırılmışdır. Ilk velosipedin görünüşü müasir velosipedlərdən tamami ilə fərqlənirdi. Almaniyanın Mahhaym şəhərində yaşayan Baron fon Drays tərəfindən ilk velosiped 1817-ci ildə ixtira edilmişdir. Bu idarə olunan velosiped olub, demək olar ki tamami ilə taxtadan düzəldilmiş, lakin pedallara malik olmayan bir velosiped olmuşdur. Velosipedin ilk modeli yoxuşlu küçələrdən aşağı düşmək üçün ayaqları yerə dirəyib təkan verərək hərəkətə gətirilirdi. Bu tip velospiedlərin rekord sürəti 15 s/km çox olmurdu.

Lakin bütün bunlara baxmayaraq ilk velosipedlərin populyarlıq qazanmasına hələ çox qalmışdı. Çünki velosipedin ilk ixtirasında iki əhəmiyyətli element nəzərə alınmamışdı. Bunlardan biri velosipedin pedalları 1861-ci ildə ilk öncə qabaq təkərlərə taxılmış, 1888-ci ildə isə pedallar arxa təkəri hərəkətə gətirən zəncir ilə birlikdə bərkidilmişdir. 1842-ci ildə velosipedlərin təkərlərinə rezin şinlər taxmaq ideyası ortalığa çıxanda artıq velospedlərin görünüşü müasir formaya düşmüşdür.
 


Ardı →