Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 809 topik

Tarixdə maraqlı sui-qəsdlər

Sui-qəsdlərin tarixi də insanlıq tarixinin yaşı ilə ölçülür. İlk sui-qəsdi həyata keçirən isə qardaşını öldürən Qabildir. “Brut sən də?” ifadəsi ilə tanıdığımız Roma imperatoru Yuli Sezar da sui-qəsdin qurban olub. Tarixdə bu cür sui-qəsdlərin sayı onlarladır. Onların bəziləri isə tarixin gedişatını da dəyişdirə biliblər. Türkiyənin “Bu gün” qəzeti bu cür bir neçə sui-qəsd haqqında məlumat verib. Maraqlıdır ki, qəzet 2007-ci ildə Türkiyədə öldürülüən erməni əsilli jurnalist Hrant Dinki də bu sıraya aid edib.


Ardı →

İnsan haqqında heyrətli faktlar

Bu gün tibb elmi canlı aləmin ən mükəmməl varlığı sayılan insanı tam öyrənə bilməyib. Tibb elminin insanla bağlı b vaxta qədər nail olduğu kəşflər də heyrət doğurur.
Bu kəşflərin bir qismi aşağıdakılardır:
— İnsan ürəyi gündə orta hesabla 100 dəfə döyünür:
— İnsan bədənindəki damarların uzunluğu 96 min kilometrdir:

— Hər insan həyatı ərzində 22 kiloqram dəri itirir
— Sağlam insanın dırnağının tam inkişafı 4-6 ay davam edir:
Ardı →

Ən qəribə fobiyalar

Müasir dövrdə geniş yayılan fobiyaların sayı onlarla yox, bəlkə də yüzlərlədir. Bəs onlar arasında ən qəribələri hansılardır? Aşağıda onlardan bir neçəsini təqdim edirəm:

Ablutofobiya (Yuyunmaqdan qorxmaq)
Amnezifobiya (Yaddaşını itirməkdən qorxmaq)
Batrakofobiya (Qurbağa, kərtənkələ və s. kimi heyvanlardan qorxmaq)
Bibliofobiya (Kitabdan qorxmaq)
Eysoptrofobiya (Güzgüdən qorxmaq)
Qeliofobiya (Gülməkdən qorxmaq)
Haptofobiya (Toxunmaqdan qorxmaq)
Koulrofobiya (Klounlardan qorxmaq)
Ksantofobiya (Sarı rəngdən qorxmaq)


Ardı →

ABŞ prezidentlərinin xəstəlikləri

Rusiyanın sabiq Prezidenti Boris Yeltsinin Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Korjakov özünün “Şəfəqdən qürubadək” adlı kitabına ön sözündə yazırdı ki, bir çox vətəndaşlar rəhbərlərinin, əslində, necə adamlar olduqlarını bilsəydilər, dəhşətə gələrdilər. Hakimiyyətdə olanlar da başqaları kimidir və insana xas olan xüsusiyyətlərin heç biri, o cümlədən həm fiziki, həm də mənəvi zəiflik onlara yad deyildir.
Davamı →

Maraqlı faktlar

Nyu-Yorkda irlandların sayı Dublində yaşayan irlandların, italyanların sayı Romada yaşayan italyanların, yəhudilərin sayı isə Təl-Əvivdə yaşayan yəhudilərin sayından çoxdur.

Hər il amerikalılar uşaqların yeməyindən çox, itlərin yeməyinə pul xərcləyirlər.

Avropanın ən cavan cəlladı rəsmən 7 yaşlı Çarlz Soson olub.

Evlərdəki toz parçalarının çoxu ölmüş dəri hissələridir .

Marilyn Monroe-nun altı ayaq barmağı var idi

Inci sirkəyə qoyulduqda əriyir

Inəklər nərdivana çıxa bilərlər amma enməyi bacarmazlar.

Mona Lisanın qaşlari yox idi,çünki Florensiyada qaşların hamısını almaq dəbdəydi.

Motsartın bir bəstəsi elədir ki, pianist onu ifa etmək üçün 2 əlini və burnunu istifadə edir .

Pinqvin 3 metr hündürlüyə tullana bilir.

Son 4 min il ərzində insan heç bir yeni heyvan növü əhlilləşdirməyib.

Dünyada hər 10 insandan biri solaxaydır.

Uşaqlar dunyaya diz qapagi olmadan gəlirlər.

10 dəqiqə ərzində qasirğa bütün nüvə silahlarının gücündən daha çox enerji yaratmağa qadirdir.

Amerikanin Ohayo ştati,Klivlend şəhərində ovçuluq sənəti olmayanların siçan tutmasi qadağandır.

ABş prezidenti Con Kennedi 20 dəqiqəyə 4 qəzet oxuya bilirmiş.

1 kq limonun tərkibində 1 kq çiyələyə nisbətən daha çox şəkər var.

Bədəninə nisbətən ən böyük beyinə sahib olan canlı qarışqadır.
Davamı →

Rəqəmlərlə insan hüceyrələri

Sadəcə rəqəmlər ilə ifadə edildikdə belə insanın nə qədər möhtəşəm bir sənət əsəri olduğunu görmək mümkündür. 
  1. Bir insandakı ümumi hüceyrə sayısı 100 trilyondur.

  2. Bir insandakı fərqli hüceyrə növləri 210-a yaxındır.

  3. Hər saniyə ölən hüceyrə sayısı təxminən 50 milyondur. Hər saniyə yaradılan yeni hüceyrə sayısı da təxminən 50 milyondur.

  4. Ümumi eritrosit sayısı 25 trilyondur. Ümumi leykosit sayısı 25-100 milyard arasındadır . 

Ardı →

Hərf səhvləri

Mətbuat səhifələrində xətalar təqsirkarların vəzifəsindən kənarlaşdırılmasına, maliyyə itkilərinə və məhkəmə araşdırmalarına gətirib çıxarır. Bəzən isə bir və ya bir neçə əməkdaşın həbsi, yaxud da həyatla vidalaşması ilə nəticələnir.
  • ABŞ Konqresinin rəsmi veb-saytında bildirilmişdir ki, 1960-cı illərdə Amerika Sudanda nüvə sınaqları keçirmişdir. Bundan dəhşətə gələn Sudan hökuməti izahat tələb etmiş və məlum olmuşdur ki, mətndə səhv getmişdir. Demə, bu sınaqlar Sudanda deyil, Nevada ştatındakı Sedan poliqonunda keçirilibmiş.
  • Fransada Avropa Konstitusiyasının səhifələrindən birində təsadüfən tapılmış səhvə görə onun 162 min nüsxəsini yandırmışlar. Kitabçalar ölkənin müxtəlif dövlət təşkilatlarına və kitabxanalarına göndərilməli idi. Lakin son anda səhifələrdən birində belə ifadə aşkarlanmışdır: “Mənasız mətn”. Onu buraya kimin əlavə etdiyini aydınlaşdırmaq mümkün olmamışdır. Konstitusiyanın yeni tirajının nəşri Fransa xəzinəsinə 74 min avroya başa gəlmişdir.

Davamı →

Maraqlı faktlar

Dəvəquşunun yumurtasını qaynatmaq üçün 40 dəqiqədən artıq vaxt sərf etmək lazımdır.

Safsar sutka ərzində 20 saat yatır.

Fransızlar göyərçini “uçan siçovul” adlandırırlar.

Pələnglərin yalnız xəzləri zolaqlı deyil, eyni zamanda dəriləri də zolaqlıdır.

Ardı →

maraqlı faktlar -4

Maraqlı faktlar:


  1. Ayın bütöv şəkildə görünmədiyi yeganə tarix 1865 –ci ilin fevralıdır

  2. Futbolçu hər dəfə topa kəllə vurduqda beynində 1000 hüceyrə ölür

  3. Bir qarışqa yuvasına gündə təxminən 2500 böcək daşıyır

  4. Qitə adlarının hamısı eyni hərflə başlayıb eyni hərflə də bitir

  5. Okeanın ən dərin yerində dəmir bir topun suyun dibinə çökməsi bir saatdan çox vaxt aparar

Ardı →

Nazka şəkilləri

Yer üzündəki müəmmalarin ən böyüklərindən biri Nazka şəkilləridir. Perudakı Nazka duzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. Üçbucaqlar düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 400-900 –cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə “İnka” yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır.


Ardı →