Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 805 topik

Maraqlı məlumatlardan

1. İsveç alimləri müəyyənləşdiriblər ki, heç də bütün çörək növləri qədd-qamətin düşməni deyil. Onlardan bəziləri artıq çəkinin qarşısını alır və eyni zamanda, iştahanı da azaldır. Mütəxəssislər müxtəlif dənli bitkilərdən hazırlanmış çörək-bulka məmulatlarının tərkibini öyrəniblər. Məlum olub ki, çovdar çörəyi orqanizm üçün faydalıdır. Çovdar çörəyi şəkər, ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır və insanı tez doydurur. Çovdar və arpa çörəyi qidanın həzm olunması prosesini zəiflədir və nəticədə insan uzun müddət özünü tox hesab edir. Bu dənli bitkilərdən hazırlanmış çörək həm də artıq çəkinin qarşısını alır. Mütəxəssislər onu da bildirirlər ki, digər məhsullar kimi bu çörəkləri də lazımi miqdarda yemək lazımdır.  


Ardı →

Banan, moruq, pomidor

Italyan və ingilis alimlərdən ibarət qrupun araşdırması gündə 3 banan yeyən şəxsin insultdan ölmə riskinin 21% azaldığını göstərib. Banan onkoloji xəstəliklərin qarşısının alınmasında da yardımçıdır.
ABŞ-dakı Klemson Universitetinin alimləri moruğun tərkibində xərçəg hüceyrələrini zərərsizləşdirən maddələrin olduğunu aşkarlayıblar.
Moruq məti bağırsaqdakı xərçəng hüceyrəsinə təsir edərkən bədxassəli hüceyrələrin 90 faizindən artığı məhv olub. Moruğun tərkibində antixərçəng xassələrə malik xeyli antioksidant var. Xatırladaq ki, məşhur antioksidantların heç biri bədxassəli hüceyrələrin 90 faizindən artığını məhv edə bilmir.
Eksperimentlər göstərib ki, gündəlik rasionunda pomidor salatına üstünlük verən xanımlar digər həmyaşıdları ilə müqayisədə 5 yaş cavan görünür. Bu, pomidorun tərkibində «orqanizmin müdafiəçisi olan» çoxsaylı maddələrin mövcudluğu ilə bağlıdır.
Pomidor ürək-damar sistemində çatışmazlıqların, həmçinin onkoloji xəstəliklərin qarşısını da alır.
Davamı →

Pulsuz dolanan adam

İngiltərədə yaşayan 31 yaşındakı Mark Boyl 2008-ci ilin noyabr ayından pulsuz dolanır. «Daily Telegraph» qəzeti yazır ki,Mark Boyl Bristol yaxınlığındakı tarlada yaşayır.Yediklərini özü əkib becərir,odun sobası yandırır,elektrik mənbəyi kimi Günəş batareyalarından istifadə edir.Cib telefonu yalnız gələn zənglər üçün açıqdır,bir də Günəş enerjisi ilə işləyən noutbuku var.Mark Boyl 6ildir ki,vegeteriandır. O,deyir ki,günlərin bir günü öz dostu ilə sahibkarların adamları ucuz işçi kimi işlətməsindən,ətraf mühitin belə çirklənməsindən,müharibələr və dünyadakı başqa problemlər haqqında danışırmış:«Onda bütün bunların kökündə pulun dayandığı qənaətinə gəldim.Elə həmin andan puldan əl çəkmək qərarını verdim».
Mark Boyl bundan sonra Bristoldakı evini satır və işdən çıxır.Pulla aldığı hər şeyin siyahısını tutur.Bunların yerinə nədən istifadə edəcəyini düşünür.Axtarır və tapır.Dişlərini yumaq üçün razyana toxumlarından və diş fırçası kimi balığın kiçik sümüklərindən istifadə edir.İPod kimi şeyləri yadından çıxarıb,onun yerinə quş səslərini dinləyir.
Amma razılaşaq ki,indiki zəmanədə pulsuz dolanmaq hər adamın işi deyil.
Həmçinin bax: Pul adamı xoşbəxt edirmi?
Davamı →

Tunqus meteoriti

Tunqus meteoriti — Podkamennaya Tunquska çayı hövzəsinə düşmüş (1908, 30 iyun) nəhəng meteorit.

Bu zaman parlaq işıq saçan bolid müşahidə edilmiş, onun partlayışı 1000 km-dən böyük məsafədə eşidilmişdir. Partlayışı nəticəsində Yer kürəsinin bir çox məntəqəsində seysmik və hava dalğaları qeydə alınmış, atmosferə külli miqdarda meteorit maddəsinin tozlanması nəticəsində Avropada bir neçə gün anomal işıqlı gecələr müşahidə olunmuşdur. SSRİ EA meteoritlər üzrə komitəsi, sonralar isə SSRİ EA Sibir bölməsinin meteoritlər və kosmik toz üzrə komisiyası Tunqus meteoritinin düşdüyü əraziyə dəfələrlə ekspedisiyalar təşkil etmişdir.

Davamı →

Dünyanın 7 möcüzəsindən birinin sirri açıldı

Çin səddinin uzunömürlülüyünün səbəbi bilindi.Bununla da zəlzələyə davamlı binaların tikintisi üçün yeni üsul kəşf edilib.
Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub.
Professorun araşdırmaları zamanı məlum olub ki, Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir.
O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368-1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tikililərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib.

Davamı →

Dünya şöhrətli tikililər

Borgeze qalereyası — Romanın Borgeze villasına aid bir saray tikilisi, 1903-cü ildən dünyada misli bərabəri olmayan eksponat kolleksiyasına malik bir muzeydir.

Flavi amfiteatrı və ya Kolizey — Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır.
La Skala — Milanda dünyanın ən tanınmış və ən məşhur opera teatrıdır.
Panteon — «Bütün tanrıların məbədi» adı ilə tanınır.
Trevi fəvvarəsi — Romada yerləşən ən böyük fəvvarədir.
Мilan kafedralı — ağ mərmərdən tikilmiş Avropanın və İtaliyanın ən yaraşıqlı memarlıq abidəsi və dünyanın ən böyük kilsəsi sayılır.
Sforçesko qəsri — Milanın köhnə hissəsinin şimalında Qəsr meydanında yerləşmiş Sforça sülaləsindən olan Milan hersoqlarının malikanəsi olmuşdur.
Anıtqəbir — Mustafa Kamal Atatürkün, Türk Milli Qurtuluş Mübarizəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikası və Kamalizmin qurucusu və Türkiyənin ilk Prezidentinin, Ankara Anıttepedə olan abidə qəbridir.
Qarnye Sarayı — Parisdə eyni adlı metro dayanacağının yanında, Opera prospektində yerləşmiş, elektik memarlığın bozar üslubunda tikilmiş etalon sayıla biləcək memarlıq abidəsidir.
Əbu-Simbel — Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298-1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qayadır.



Davamı →

Qadın və alış-veriş

ABŞ-ın «Nyu-York Deyli» qəzetinin araşdırmalarına əsasən qadınlar ömürlərinin üç ilini mağazalarda keçirirlər. Mərkəzin keçirdiyi sorğuda iştirak edən iki mindən çox qadının hər birinin bütün ömrü boyu mağazalarda alış-verişə orta hesabla 25 min 200 saat sərf etdiyi aydın olub.
Qadınlar göstərilən vaxtın çox hissəsini təzə paltar, ayaqqabı və aksessuarlar axtarışına, təxminən dörddəbirini isə ərzaq alverinə sərf edirlər. Zərif cinsin nümayəndələri il ərzində mağazalara 300 dəfədən çox baş çəkir, buna 400 saat vaxt sərf edirlər. Onlar il ərzində təkcə baqqaliyyə mağazalarında 95 saat vaxt keçirirlər. 


Davamı →

Çox gülən çox yaşayar

ABŞ-ın Miçiqan ştatının Ueyn Universitetinin alimləri maraqlı bir fakt aşkar ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, şən və təbəssümlü insanlar daha çox yaşayırlar. Hesablamalar göstərmişdir ki, təbəssüm insan ömrünü orta hesabla 7 ilədək uzadır.
Alimlər bu fenomenin nə ilə bağlı olduğuna hələlik cavab tapmayıblar. Lakin hesab olunur ki, təbəssüm insanın daxili harmoniyasını, nikbinliyini və həyata nikbin münasibətini əks etdirir. Odur ki, çalışın daha çox gülümsəyin və həyatda heç nəyin sizi üzməsinə izin verməyin.

Ardı →

3D filmlərinə baxmaq ziyanlıdır

Kino tamaşaçılarının bir hissəsi artıq çoxdan dəbə minmiş "üçölçülü" təsvirli filmlərə baxa bilmir, çünki belə filmlərə baxdıqdan sonra vəziyyətləri pisləşir, onlarda ürəkbulanma, başgicəllənmə, başağrısı əlamətləri müşahidə olunur. Bu isə lokomosiya xəstəliyinin (orqanizmin bir yerdən digərinə hərəkəti) klassik əlamətləridir. Məsələ bundadır ki, ekranda yaradılan üçölçülü məkan illüziyası beyinin və görmə orqanlarının fəaliyyətinə pis təsir göstərir.
Los-Ancelesdəki Cənubi Kaliforniya Universitetinin oftalmoloqu, professor Ceyms Saltsın sözlərinə görə, sağ və sol gözlər arasındakı əlaqənin zəifliyi səbəbindən insanların bəziləri üçölçülü təsvirləri qavraya bilmir. Belə filmləri layiqincə qiymətləndirmək üçün gözlər arasındakı əlaqə ideal, hər iki gözdəki təsvir eyni dərəcədə əla olmalıdır. Təsviri bütün istiqamətlərdə yaxşı izləmək yalnız bu halda mümkündür. Gözlərin filmə əlaqəli baxması üçün beyin əlavə impulslar göndərir. Film uzun çəkdikdə beyin və gözlər yorulur. Odur ki, üç saat davam edən seans zamanı tamaşaçıların nasazlıq hiss etmələrində təəccüblü heç nə yoxdur.
Davamı →

Dünyanın ən bahalı futbolçuları

«Barselona»nın argentinalı ulduzu Lionel Messi dünyanın ən bahalı futbolçusudur. Fransa mətbuatının verdiyi məlumata görə, Messinin illik gəliri 31 milyon avrodur. Burada söhbət Messinin həm klubdan aldığı əməkhaqqıdan həm də reklam çəkilişlərindən qazandığı gəlirdən gedir.

İkinci pillədə «Real»ın portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldo gəlir. Onun illik qazancı Messininkindən 3,5 milyon az yəni 27.5 milyondur. «Mançester Yunayted»in hücumçusu Ueyn Runi ildə 20,7 milyon avro ilə 3-cüdür. 
Dünyanın an bahalı baş məşqçisi isə «Real» (Madrid) klubunun çalışdırıcısı Joze Mourinyodur. O, ildə 13,5 milyon avro qazanır. 
Sonrakı yerləri «Barselona»nın baş məşqçisi Pep Qvardipla (10,5 milyon) və "İnter«in sabiq çalışıdırıcısı Rafael Benites(10,2 milyon) tuturlar.
Davamı →