Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 809 topik

Xeyirxahlıq edin, sağlam və uzun ömürlü olun!

Xeyirxahlıq yaxşı keyfiyyətdir. Bu, yalnız ümumbəşəri deyil, həm də sağlamlıq nöqteyi-nəzərindən də faydalıdır.
ABŞ-ın Buffalo Universitetinin alimi Maykl Poulinin apardığı beş illik tədqiqat alicənab insanların digərlərindən daha çox yaşadıqlarını sübut edib.
Məlum olub ki, stress vəziyyətində olan insanlara kömək etmiş şəxslər üzünömürlü olurlar. Qeyd edək ki, tədqiqat zamanı stress vəziyyətinə ağır xəstəlik, soyğunçuluq, işdən çıxarılma, maliyyə çətinlikləri və ya ailə üzvünün ölümü aid edilib.
Tədqiqatda iştirak edən könüllülər son 12 ay ərzində dostlara, qonşulara və ya qohumlara necə tez-tez kömək etdikləri barədə danışıblar.
Poulinin sözlərinə görə o, beş illik müşahidələr zamanı xeyirxah insanların stressin öhdəsindən daha asan gəlmələrini müşahidə edib ki, bu da həyəcanın doğurduğu ölüm riskini və xəstələnmə göstəricilərini azaldır.


Davamı →

Mark Sukerberq – Dünyanın ən zəngin səfili

Tam adı: Mark Elliot Sukerberq

Doğum tarixi:1984-cü il, 14 may

Doğum yeri: ABŞ, Nyu-York,

Uayt-Pleyns Vəzifəsi: “Facebook”un prezidenti, baş icraçı direktoru

Həyatı

Dünyada məşhur “Facebook” sosial şəbəkəsinin yaradıcısı kimi tanınan Mark Sukerberq 1984-cü il may ayının 14-də Nyu-Yorkun Uayt-Pleyns şəhərində doğulub. Atası Eduard diş həkimi, anası Karen psixiatr olub. Mark Sukerberq məktəbdə oxuyarkən kompyuter proqramları ilə maraqlanıb. 9-cu sinifdə oxuyarkən “Risk” stolüstü oyununun kompyuter versiyasını hazırlayır. Sonra isə “winamp player üçün mp3” proqramını tərtib edir. Mark, həmçinin qədim dilləri (latın, yunan və s.) öyrənib, qılıncoynatma idman növü ilə məşğul olub. “Time” jurnalı 2010-cu ildə Sukerberqi “ilin adamı” elan edib. Bu il Mark Sukerberq “The Guardian” qəzetinin versiyasına görə, Böyük Britaniyanın media sənayesinin yüz ən nüfuzlu şəxslərinin reytinqində birinci yeri tutub. Xatırladaq ki, hələ, ötən il M. Sukerberq sözügedən siyahıda yalnız 7-ci yerdə idi.


Ardı →

Dünyanın ən gənc anası

5 yaşlı Lina MədinəBu rekordu tibb tarixində hələ keçən olmayıb. Rəsmən perulu olan bu xanım dünyada ən gənc ana hesab edilir.  O, beş yaşında ana olub.

  Söhbət 5 yaşlı Lina Mədinədən gedir. Lina Mədinə 1933-cü ildə Peruda anadan olmuşdur. Bu inanılmaz hadisə 1939-cı ildə Pisko (Peru) xəstəxanasında baş verib.  Ana böyük qarınla Linanı xəstəxanaya gətirərkən həkim onun hamiləliyinin artıq  səkkizinci ayı olduğunu bildirib. Bir  ay sonra 14 may 1939-cu ildə Linanın oğlu dünyaya gəlir.

    Uşağın çəkisi 2,7 kq idi, adı Xerardo qoyuldu. O, Linanın bacısı olduğu sanırdı, həqiqətləri yalnız on ildən sonra öyrəndi.  Xerardo sağlam həyat sürsə də,  40 yaşında (1979-cu ildə) beyin xəstəliyindən vəfat edir.

    Lina Mədinə uşağın atasının kim olduğundan heç vaxt danışmırdı. Linanın atası zorlamada (təcavüz) şübhəli bilinən məhbus idi, amma sonra sübutların yoxluğuna görə azad edildi.


Ardı →

Dünyanın ən bahalı sabunu

Katarİçində 17 qram qızıl, 3 qram almaz tozu olan sabunun qiyməti 2 min 800 dollardır.

Dünyanın ən bahalı sabunu istehsal edilib. Ən bahalı sabun Livanda hazırlanıb. İçində 17 qram qızıl, 3 qram almaz tozu olan sabunun adı «Katar»dır. Qiyməti isə 2 min 800 dollardır. Sabunun istehsalı üçün şirkətə 1,5 ay vaxt lazım olub.

«Katar» sabunu üzə canlılıq və təravət vermək üçün hazırlanıb. Sabunun tərkibində qiymətli metal və daş tozundna əlavə, müxtəlif ətirlər, yağlar da var.

Dünyanın ilk ən bahalı sabunu Qatər əmirinin həyat yoldaşına hədiyyə ediləcək.

Sabunu istehsal edən və bu sahədə uzun illər təcrübəyə malik olan şirkət rəsmisi Ginnesin rekordlar kitabına düşməyi də hədəflədiklərini deyib.


Davamı →

Ölümdən sonra- Post mortem

20-ci əsrin əvvəllərinə kimi Avropanın bir neçə ölkəsində və Rusiyada qəribə adət var idi. Belə ki, sakinlər ölən qohumlarının, əsasən də uşaqların şəklini yadigar çəkirmişlər. Özü də onları canlı kimi lentin yaddaşına köçürürmüşlər. Onların göz qapaqları kəsilir, yaxud da, ustalıqla göz çəkilirdi. Bütün bu tədbirlərdə məqsəd ölünün canlı kimi görünməsini təmin etmək idi. Bu azmış kimi canlılar da ölülərlə birlikdə elə dururdular ki, bu gün də onların hansının ölü, hansının diri olduğunu ayırmaq çətindi.
Belə şəkillər «post mortem» («Ölümdən sonra») adlanırdı.


Davamı →

2013-cü ilin ən çox gəlirli məşhurları

«Forbes» in budəfəki yeni reytinq cədvəlində bu il ən çox gəliri olan məşhurlar yer alıb.

Madonna1. Madonna. 54 yaş. Gəliri 154 milyon dollar.
Madonna 2 illik fasilədən sonra yenidən “Forbes”in onluğunda ən çox gəliri olan məşhurlar sırasında yer alıb. Müğənninin sözlərinə görə, onun gəlirinin bu qədər artması geyim və parfümeriya mağazalarında olan yüksək satışın nəticəsidir.

2. Stiven Spilberq. Rejissor. 67 yaş. Gəliri 100 milyon dollar
Bir çox məşhur Hollivud filmlərinin rejissoru Stiven Spilberq ötən ilə nisbətdə gəlirini stabil saxlayan məşhurlardandır. Spilberqin sərvəti “Forbes”in reytinq cədvəlində 3,2 milyard dollardır.

3. Ledi Qaqa-27 yaş. İllik gəlir 80 milyon dollar
Dünyaca məşhur müğənni Ledi Qaqa ötən ilə nisbətdə gəliri azalan məşhurlardandır. Müğənninin səhhətində yaranan problemlə əlaqədar olaraq, verəcəyi konsertləri təxirə salması onun gəlirini ötən ilə nisbətdə 50 milyon dollara qədər azaldıb.


Ardı →

"Əgər Quranı bilsəydim, Nobel mükafatını 20 il əvvəl alardım."

Dünyanın ən məşhur embrioloq alimlərindən biri, yəhudi Rob Gillham Quran ayələrini oxuyandan sonra İslamı qəbul edib Albert Eynşteyn İnstitutunun professorunun diqqətini Quranda "ərindən boşanan qadınlar 4 aybaşqa kişiyə toxunmamalıdır" ifadəsi cəlb edib. Embrioloqun dediyinə görə, qadının orqanizminin kişinin «xromosom izi»ndən təmizlənməsi üçün məhz bu qədər vaxt gərəkdir. Misir Milli Embriologiya Mərkəzinin professoru, doktor Əbdel Bəset əs Səidin dediyinə görə, embrioloq Gillham araşdırmalarını əvvəlcə ABŞ-ın müsəlmanlar yaşayan bölgələrindən birində, sonra isə Nyu-York, Hyuston və Los-Ancelesin müxtəlif məkanlarında aparıb. Tədqiqatlar nəticəsində məlum olub ki, ərindən boşanmış müsəlman qadınlardan fərqli olaraq, başqa dinlərdən olan qadınların orqanizmlərində eyni vaxtda bir neçə kişi xromosomu izləri olub. Nəticədə arvadının orqanizmini tədqiq edən Gillham xanımının bədənində 3 müxtəlif kişi xromosomu izləri tapıb. «Belədə anladım ki, arvadım mənə xəyanət edib. Onu da dərk etdim ki, üç övladımdan yalnız birinin atası mənəm. Müsəlman qadınlara hörmətim daha da artdı», — Gillhem deyib. Xatırladaq ki, kanadalı alim, anatomiya və embriologiya sahələrində ən böyük mütəxəssislərdən biri sayılan şəxs, 8 dilə tərcümə edilmiş "İnsan embriologiyası" kitabının müəllifi Keyt Mur demişdi: "Əgər Quranı bilsəydim, Nobel mükafatını 20 il əvvəl alardım."
Davamı →

Antarktida materikində piramida ?!...

Antarktida dünyanın ən quru hissəsi hesab olunur. Burada elə yerlər var ki, heç bir dəfə də olsun bura yağış yağmamışdır. Hətta Saxara adasına da az da olsa yağış yağır.Antarktida heç bir ölkəyə məxsus deyil.Dünyanın yeganə yeridir ki, burada nə dövlət, nə hökumət yoxur. Elecə də daimi sakini.Bu, saat qurşağı olmayan yeganə qitədir. 24 saatı burada bir neçə saniyəyə keçmək olar.Dünyanın ən böyük aysberqi burada yerləşir. Onun sahəsi 11 000 kv.km-dir, çəkisi təxminən 3 milyard tondur.Bu qitə İmperator pinqvinlərinin yaşadığı yeganə yerdir.

Amerikalı və Avropalılardan ibarət alim tədqiqatçılar müəyyən ediblər ki, şimal materikin ərazisində üç qədim piramida yerləşir. Alimlər əminliklə söyləyirlər ki, bu piramidalar əllə tikilib. İki piramida sahildən 16 kilomter kənarda yerləşir, üçüncü isə sahil xəttinin lap yanındadır. Hazırda Antraktidanın ərazisi buzla örtülü olsa da alimlər hələ də ordan dinozavr və yaşıllıq izləri tapırlar. Bu isə sübut edir ki nə vaxtsa materik yaşanılan ərazi olub

                  
Davamı →

Yuxu haqqında maraqlı faktlar

Yuxusuz qalmağın rekordu 18 gün 21 saat 40 saniyədir. Bu rekord bir yarışmada qırılıb. Yarışmaya qatılan və uzun müddət yuxusuz qalanların çoxu halusunasiya, paranoya, görmə pozuqluğu, danışmağın çətinləşməsi, yaddaşın itməsi və konsantrasiyanın itməsi kimi problemlərlə qarşılaşıblar.

Kiməsə tibbi baxımdan oyaqdır demək çətin məsələdir. Çünki insanlar gözləri açıq olsa da qısa müddətli yuxuya gedə bilirlər. Bəzən isə heç bunun fərqinə də varmırlar.

İnsanların istədikləri vaxtda oyanmalarını təmin edən “təbii zəngli saat” stressdən yaranan hormone sayəsində həyata keçirilir.

“Təbii zəngli saat” balaca bir işıqla aktivləşə bilir. Ancaq həmin vaxt oyanmaq istəməsək, yenidən dərin bir yuxuya dalırıq.

XVII əsrdə insanlar 9-10 saat yatırmışlar.

1998-ci ildə insanın kürək nahiyəsindəki oynaqlarla beynin yuxu hissəsi arasında əlaqə olması aşkarlanıb.


Ardı →