12.3.4. Ümumi işgüzar mühit
İqtisadi tərəddüdlərə meyllilik
Bəzi bazarlar digərlərinə nisbətən iqtisadi tərəddüdlərə daha çox meyllidirlər. Xüsusən də əmtəə bazarları tez-tez geniş iqtisadi dəyişikliklərin təsirinə məruz qalır ki, bu da belə bazarın iştirakçılarının onları idarə etmək imkanlarının az olduğunu göstərir. Məsələn, 1990-cı illərin ortalarında, Yeni Zelandiyanın yun parça ixracatçıları sənayesi, dünya tələbinin azalması və ölkədə yun parça ehtiyatlarının toplanması nəticəsində Avstraliyanın yun parçanın minimal qiymətinin 20 faizədək azalması barədə çıxartdığı qərardan çox əziyyət çəkmişdir. Avstraliya əsas mallar bazarında elə dominant mövqe tutur ki, Yeni Zelandiya onun qaydaları ilə oynamaq məcburiyyətində qalır.
Ardı →