Kiçik innovasiya biznesi fəaliyyətinə dövlət köməyi və onun hüquqi tənzimlənməsi sistemi

Kiçik innovasiya müəssisələri xarici xarakterli səbəblərin təsiri altında fəaliyyətin hər hansı bir növünü həyata keçirərkən gözlənil­məz problemlərin yarana biləcəyi halda öz maliyyə vəziyyətlərini təhlükədən qorumağa səy göstərirlər və buna görə də bir yox, bir neçə istiqamət üzrə inkişaf edirlər. Onların yarıdan çoxu yeni texnikanın layihələşdirilməsi ilə məşğul olurlar. İkinci yerdə isə (40%) proqram vəsaitlərinin işlənib hazırlanması durur. Bu müəssisələr informasitya xidmətləri ilə (37%) dəzgah və avadanlıqların hazırlanması, eləcədə dəzgahın sazlanması və təmiri ilə (33%) məşğul olurlar. Hər dördüncü kiçik innovasiya müəssisəsi elmi-texniki sferasında məsləhətverməni həyata keçirir. 
Fəaliyyətləri həmişə risklə bağlı olduğuna və müsbət nəticələr əldə edilməsinə təminatları praktiki olaraq olmadığına görə innova­siya biznesi ilə məşğul olan kiçik firmalar özləri özlərinə yol açırlar.
Kiçik innovasiya sahibkarlığına münasibətdə dövlət siyasəti innovasiya tsiklinin bütün mərhələlrində innovasiyaların uğurla irələləməsini təmin etməyə qadir olan infrastrukturun yaradılması əsasında qurulmalıdır. Kiçik sahibkarlıq müəssisələrinin idarə edilməsində və onlara dövlət dəstəyində struktur dəyişikliklər etmək vacibdir.
Təcrübə göstərir ki, hər hansı bir sahədə dövlət siyasətini reallaşdırmaq üçün dəqiq mexanizm və hər şeydən əvvəl təşkilati təminat lazımdır.
Yüksək səviyyə-dövlət aparatı fundamental və tətbiqi elmi tədqiqatlar sahəsində mövcud olan problemlərin təhlili ilə, eləcədə bu problemlərin həlli müddətlərinin əhəmiyyətliliyi ilə məşğul olur. Yüksək səviyyənin təşkilati quruluşu lazımi maliyyə resurslarının həm iri universitet mərkəzlərinə, həm də kiçik innovasiya firmalarına çatmasının tənzimlənməsi ilə məşğul olur. Pul vəsaitlərinin firmanın ünvanına çatmasının operativ tənzimlənməsi üçün yüksək səviyyənin təşkilati quruluşu müxtəlif mülkiyyət formalı firmaların elmi işlərinin məlumatlar bazasına yolu olmalıdır. Kiçik firmaların miqdarının əhəmiyyətli artımı fəaliyyətləri onlara lazımlı operativ kömək göstərməyə yönələn dövlət orqanları ilə birbaşa qarşılıqlı təsirləri çətinləşdirir. Bu problemlərin həlli üçün dünya təcrübəsində istifadə etmək məqsədyönlü olardı. Dövlət fundamental müdafiə (strateji) xarakterli və uzunmüddətli perespektivli layihələrin maliyyələşdirilməsini öz üzərinə götürməlidir və bu zaman dövlət vəsaitlərini alanları məcbur etməlidir ki, müsabiqə əsasında ayrı-ayrı alt proqramlar üzərində işə kiçik tədqiqat təşkilatlarını cəlb etsin.
Eyni zamanda ərazi və sahə proqramları yerli hakimiyyət orqanlarına keçə bilər. Daxili və xarici mənbəələrdən vəsait axını üçün güzəştlərin yaradılması şəraitində dövlət öz büdcəsindən vəsait ayırmadan arzu olunan səmərənin əldə edə bilərlər. Belə dövlət tədbiri müəssisələrdən və fiziki şəxslərdən vergi şəkilində vəsait axının artması hesabına büdcənin məxaric hissəsinin vəsaitlərinin qənaitinə şərait yaradır.
İntellektual mülkiyyət bazarının konyukturasının sürətli dəyişməsini nəzərə alaraq innovasiya müəssisələrinə qanunverici və hüquqi dəstəyi təmin edən dövlət aparatı tərəfindən qanunverici aktların operativ işlənib hazırlanması imkanı xüsusi diqqətə layiqdir.
Kiçik innovasiya biznesinə düşünülmüş şəkildə hərtərəfli dövlət himayədarlığı siyasəti təşkilatı, maliyyə, material, hüquqi tənzimləmə tədbirləri məcmusunu əhatə etməlidir. Dövləi dəstəyi sistemi özündə iki əsas şərti birləşdirir: İdarəedici və təminedici. Təminat –bu kiçik müəssisələrə pul, material, informasiya resursla­rının, dövlət sifarişlərinin və s.-nin çatdırılmasıdır. İdarəetmə-bu planlaşdırma, aparıcı kimi qəbul edilib çünki, o kiçik biznesə effektiv, idarə olunan xarakter verir.
Kiçik innovasiya biznesinə dəstək sisteminin strukturu özündə üç səviyyəni birləşdirir: federal, regional və yerli. Öz növbəsində onlardan hər biri üç blokla təqdim edilən hər hansı bir sistem yaradır: konseptual-proqramlı, təşkilati –resurslu və funksional.
Konseptual-proqram bloku kiçik innovasiya firmalarının dəstəklənməsi məqsədini, metodlarını və proqramlarını özündə birləşdirir.
Təşkilati –resurs bloku dövlət idarəetməsinin ixtisaslaşdırılmış orqanlarını, kiçik sahibkarlığa ictimai dəstək verən orqanlar və eləcə də müvafiq resurslar və kadrlarla təmin olunan infrastruktur obyektlərini özündə birləşdirir. 
Funksional blok: birincisi- kiçik biznesi xarici mühit amillərini idarə etmək, ikincisi-konkret kiçik innovasiya müəssisələrinə birbaşa dəstək, üçüncüsü-dəstək sisteminin özünü təşkil və özünü təkmilləşdirilməsini əhatə edir.
İnnovasiya fəaliyyətinin fəallaşdırılmasının asılı olduğu əsas məsələ kiçik innovasiya sahibkarlığına dəstəyin dövlət sisteminin yaradılmasıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, hətta inkişaf etmiş bazar şəraitində də elmi –texniki inkişaf avtomatik olaraq baş vermir, o çevik olmalı, məqsədyönlü idarə edilməli və dövlətin iqtisadi metodları ilə stimullaşdırılmasıdır. Bu zaman kiçik innovasiya firmalarına münasibətdə dövlət siyasəti yeniliklərin yaranması və yayılması prosesində böyük rol oynadığına görə proteksiyonist (himyədarlıq) xarakter daşıyır.
Elmi-tədqiqat işləri ilə məşğul olan kiçik müəssisələr üçün bir sıra ölkələrdə xüsusi dövlət dəstəyi sistemi mövcuddur. Bu sistemdə əsas yer tədqiqat işlərinə maliyyə köməyi ilə informasiya təminatı tutur. Məsələn ABŞ-da kiçik şirkətlərin elmi fəaliyyətini inkişafı haq­qın­dakı qanuna uyğun olaraq əvvəllər olduğu kimi təkcə Milli Elm fondu yox, həm də sərəncamında elmi-tədqiqat və təcrübi-konstruk­tor işlərinin büdcəsi olan digər federal nazirliklərdə öz təsisatlarından 2,5% kiçik biznesə ayırmalıdırlar, 90-cı illərdə bunların ümumi məbləği 400mln. dollara keçmişdi.
Bundan başqa ABŞ-kı kiçik innovasiya firmaları elmi- tədqi­qat­ların aparılması məqsədli, əvəzsiz subsidiyaları əldə etmək imkanı qazandılar. Birinci mərhələdə subsidiyaların məbləği 50 min dolları, ikincidə isə 500 min dolları aşmır. Şirkətin işləri uğurla başa çatdığı halda ona yeni məhsulun kommersiya buraxılışının mənimsənilməsi üçün lazım olan ssuda verilə bilər. Danimarkada kiçik firmalarda tədqi­qatların aparılmasına çəkilən xərclərin 75%-ə qədərinə 3 il müddətində faizsiz ssuda verilməsinə icazə verilir. Aparılan işlərin uğursuzluğu olduğu halda verilmiş ssudanın yarısı dövlətin büdcə xərcləri hesabına ödənilir. Fransa və Böyük Britaniyada isə kiçik firmaların elmi tədqiqatlara çəkdiyi xərclərin 50%-ə qədəri analoji qaydada ödənilir.
AFR-də innovasiya şirkətlərinin və dövlətin mərhələli əməkdaşlığı nəzərdə tutulur ki, buda baş verə biləcək riskin qarşısını əhəmiyyətli dərəcədə alır. Uğurlu əməkdaşlıq halında dövlət elmi işlərin dəyərinin 75-nə qədərini subsidiyalaşdırmaq öhdəliyin öz üzərinə götürür, sonuncu mərhələdə isə təcrübə istehsalının təşkili və yeni məhsulun kommersiya mənimsənilməsi üçün tələb olunan kapitalın 80% həcmində ssuda verməyə zəmanət verir.
Dövlət dəstəyi tədbirləri özündə güzəştli vergi qoymanı, təşkilati və hüquqi mexanizmin təkmilləşdirilməsini, maliyələşdirmə sahəsindəki kredit və digər təşkilatların hüquqlarınının genişləndiril­məsini, informasiya-məsləhət xidlmətlərinin göstərilməsini və müva­fiq infrastrukturun yaradılmasını birləşdirir.
Kiçik sahibkarlığa maliyyə dəstəyinin əsas istiqamətlərindən biri güzəştli vergiqoyma sistemi olmalıdır. Vergi sisteminin liberallaş­dı­rıl­masının vacib tədbirlərindən biri vergiyə cəlb etmə sisteminin sadələşdirildməsidir.
Aydındır ki kiçik və eləcə də innovasiya biznesinin ən çox narahatlıq doğuran problemi onu maliyyələşdirmədir. Kiçik biznesin inkişafına dövlət təsirinin ən vacib alətlərindən biri birbaşa maliyyə köməyidir ki, bu da firmalara subsidiyalaşdırma vasitəsilə həyata keçirilir. Məsələn: ABŞ-da üç növ ssuda təqdim olunur. Kiçik və orta müəssisələrin işləri üzrə Administrasiya (KOMA) tərəfindən verilən birbaşa ssuda, bir şərtlə ki, kiçik firmanın birbaşa maliyyə-borc mən­bələri yoxdur; paylı ssuda KOMA tərəfindən bir neçə xüsusi kredit idarələri ilə birlikdə verilir; zəmanətli ssuda burada KOMA kredit idarəsinə onun kiçik firmaya verdiyi borcun 90%-nin qaytarılmasına zəmanət verir. Zəmanətli və paylı ssudalar kommersiya təşkilatlarını (xüsusi banklar, investisiya fondları, sığorta şirkətləri və s.) kiçik firmalara müstəqil kapitallarını verməyə stimullaşdırır.
Qərb ölkələrində krediləşmənin inkişaf etmiş sistemi nəzərdə tutulur. Bunlar maliyyələşdirmənin müxtəlif mənbələri və institutları, əsasən də kommersiya bankları, sığorta şirkətləri, təqaüd fondları, innovasiya fondları, regional qrantlar və s.-dir.

Mənbə: Məmməd Məmmədov Əməliyyatlar menecmenti kitabından
 

0 şərh