Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Ad günü.

Dinmədən həkimdən alıb kağızı,
Bilsə də nə deyir orada yazı.
Yumsa da ümidlə ata gözünü,
Açanda oxudu «müsbət» sözünü.
Ancaq inanmadı gözünə yenə.
Ümidlə baxsa da ata həkimə,
Görmək istəsə də möcüzə indi,
Həkimdən eşitdi — «bədxassəlidir».
Davamı →

Bu gecə yağış yağır

Yük daşıyıb bazarda taqətsiz bir güzarda 
Səmaya uşaq baxır.
Lap köhnədi libası, almağa yox atası.
Düşən yağış damlası onun gözündən axır.
Bu gecə yağış yağır. 
Səma dolu buludlar. 
Yüksəklikdən atılıb, damla edir intihar.
Çırpılaraq yerlərə, olurlar çilik-çilik.
«Arzular birdəfəlik, insanlar birdəfəlik» -
Davamı →

İki sevda arasında

Sanki dağ kənarında sanki uçurumdayam
Ucsuz-bucaqsız bir dəniz kənarındayam.
Həyatımda ilk dəfə belə haldayam.
İndi mən iki sevdanın arasındayam
Biri od olsada digəri sudur
Od sudan daha çox canı yandırar.
Biri yağış olsa da digəri qardır
Qar yağışdan daha çox canı soyudar.
Od canı yandırsada həm də isidər
Hər zaman sevgiylə onu qoruyar.
Hər an onu düşünər onu çox sevər
Ömrünə gününə şölələr saçar.
Qar soyuq olsada onu qoruyar
Hər cür atəşdəndə alovlardanda.
Ömürə bəyaz bir səhifə açar
Hər cür qaranlıq kitablardada.
Lakin qar od ilə üz üzə gəlsə
Ya qar yanacaqdır ya od sönəcək.
Ancaq bu zamanda mənim ömrümdə
Ya sevgi gedəcək ya bəyaz səhifə.
Qar yansa gedəcək bəyaz səhifəm
Hər zaman olduğu bəyaz düşüncəm
Lakin bir daha mən üşüməyəcəm
Çünki həyatımdan qarı siləcəm.
Od sönsə itəcək hər an sevgidə
Hər an istilikdə, hər an şölədə
Ancaq heç  zaman qorxmayacam mən
Canımı yandıran boz atəşdən də.

26 iyun 2017- Qurbanova Mələkxanım
Davamı →

Balaş Azəroğlu "BULUDLAR"

Yenə ağ çalmalı Kəpəzin üstdə
Çətirtək durmusuz, qara buludlar.
Deyin, külək qovmuş, günəş dağıtmış,
Sizi kim gətirmiş bura, buludlar?

Niyə qaraldınız bu bahar çağı?
Siz də mi gördünüz ayrılıq dağı?
Görünsə günəşin qızıl saçağı,
Hara gedəcəksiz, hara, buludlar?

Cənub ellərinə siz gedən zaman,
Bir sözüm çıxmasın qoy yadınızdan.
Məni xəbər alsa gülüzlü canan,
Salam deyərsiniz yara, buludlar.

Deyin, qəm çəkməsin siz ona, dözsün,
Dərdə, işgəncəyə, zindana dözsün.
Axı söz veribdir, hicrana dözsün,
Tapaq bu dərdlərə çara, buludlar.

Gözünüzdən axan qəlb sevincidir,
Bəlkə, həsrət yaşı, bəlkə, incidir?
Yəqin, bu ayrılıq sizi incidir,
Edir könlünüzü para, buludlar?

Yetər, ağlamayın bu gölün üstə,
Bu dağın, çəmənin, bu çölün üstə.
Günəş bayraq açıb bu elin üstə,
Bu torpaq bürünmüş nura, buludlar.

Gedin, o sahillər gözləyir sizi,
Yuyun göz yaşıyla, yuyun Təbrizi.
Nə düşmən ləpiri, nə də qan izi
Düşməsin bir daha ora, buludlar.

B.Azəroğlu  
Davamı →

Əhməd Cavad "AZƏRBAYCAN BAYRAĞINA "

Türküstan yelləri öpüb alnını,
Söyləyir dərdini sana bayrağım!
Üçrəngli əksini Quzğun dənizdən
Ərməğan yollasın sana, bayrağım!

Gedərkən İrana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma.
İzin ver gözümdən coşan yaşıma,
Dinlətsin dərdini aha, bayrağım!

Qayi xan soyundan aldığın rəngi,
Qucamış Elxanla müsəlman bəgi.
Elxanın övladı — dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri,
Allahın yıldızı, o gözəl pəri
Sığınmış qoynunda aya, bayrağım!...

Ə.Cavad 
Davamı →

Başı kəsik gözəl kötük | Ramiz Rövşən

Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?

İpək-ipək yarpaqların
Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük…

Davamı →

Elə darıxmışam

Elə darıxmışam gülüşü üçün,
Bir dəfə gül desəm,gülər görəsən?
Tək onu istəyir ürəyim mənim,
Desəm,gəl yanıma,gələr görəsən?

Onsuz keçən günlər yetişmir sona,
Nə qədər gözümə kədər,qəm qona,
Mən ki bu qədər çox bağlıyam ona,
Axı mənim olsa,ölər görəsən ?!

Gecələr xəyal tək yanıma gəlir,
Bir gözəl söz deyir,halım düzəlir,
Uzaqda olsa da,dərdimi bilir,
Bəs onsuz ağlasam,bilər görəsən?

Hərdən çıxartsam da onu özündən, 
Doya bilməyirəm şirin sözündən,
Öpmək istəyirəm,desəm üzündən,
Məni həyatından silər görəsən?

Dərd dolu sevgiler məni mi seçər, 
Bu qədər qəm kədər rəvami məgər,
Yaman çox dərdim var çagırsam əgər, 
Dərdimi mənimlə bölər görəsən?
Davamı →

Yar qasidi | Məhəmmədhüseyn Şəhriyar

Sən yarımın qasidisən
Əyləş sənə çay demişəm.
Xəyalini göndəribdir
Bəs ki mən ax-vay demişəm.

Ax gecələr yatmamışam, 
Mən sənə lay-lay demişəm
Sən yatalı mən gözumə
Ulduzları say demişəm.

Hər kəs sənə ulduz deyə,
Özüm sənə ay demışəm. 
Səndən sonra həyatə mən
Şirindisə zay demişəm. 

Hər gözəldən bir gül alıb
Sən gözələ pay demişəm.
Sənin gün tək batmağıvı
Ay batana tay demişəm. 
Davamı →

Sən məni sevsəydin... | Məmməd Araz

Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda.
 
Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət acları bəlkə,
Təzə haşiyələr alardı bizdən
Dünyanın məhəbbət tacları bəlkə.
Davamı →

İnsan kimi saxla məni - Bəxtiyar Vahabzadə

Ulu tanrı, köməyim ol,
Arzuma adaxla məni.
Məni insan yaratmısan,
İnsan kimi saxla məni.

Göl olmuşam dama-dama,
Məlhəm qoyma sən yarama.
Bu sevdaya bu mərama
Daha betər bağla məni.

Fikirlərim qatar-qatar,
Biri atar, biri tutar.
Yaxınlara əlim çatar,
Qovuşdur uzaqla məni.
Davamı →