Рейтинг
+94.62

Poeziya

100 üzv, 423 topik

Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...

Soruşanda ki, kimin başı gəşəngdir, tısbağa öz başını çıxartdı.
Atalar məsəli

Müxtəlif vaxtlarda, müxtəlif zamanlarda dəfələrlə cəhdlər etsəm də, dəfələrlə ətrafında düşünsəm də, bu suala heç cür cavab tapa bilmirəm: necə oldu 18,6 sm romanını yaza bildim?
Desəm ki, romanı hər şeyi dərk edərək, planlı şəkildə, qazandığım təcrübəyə söykənərək yazmışam, bu, tərtəmiz yalan olar. Desəm ki, 18,6 sm sırf dəliliyin, ipə-sapa yatmamağın nəticəsində yazılıb, bu da düzgün cavab sayılmaz. İstəyirəm deyəm 18,6 sm taleyim, alın yazımdır, amma alın yazısına da inanmıram.

Davamı →

Hər şeyə rəğmən yaşamaq – Südabə Ağabalayeva yazır

«Demək, mənim qismətimə Ayın qaranlıq tərəfi olmaq düşüb. Canımda işıqlı tərəfin həsrəti, mən qaranlığı yazıram, qaranlığı ağlayıram, qaranlıqdan çəkib çıxardıram dərdlərimi – misra-misra, bənd-bənd.İşıqlı tərəfi hamı görür, qaranlıq tərəfi görməyə can atanların isə, hələ zamanı gəlməyib.”
(F. Məmmədli)

Davamı →

Akif Abbasov– Əsirlərin dindirilməsi

“Samsundan başlanan yol” romanından
…General Fevzi Çakmak paşa qərargahın qarşısında dayanmışdı. Çətinliklərə baxmayaraq əsgərlərin fədakarlıq göstərmələri onu riqqətə gətirirdi. O, tabur komandiri olan bir leytenanta aralıdakı xəndəyi göstərib dedi:
– Görürsən, düşmən əsgəri orada ağacın arxasına yatıb bizimkiləri pulemyot atəşinə tutub. Çox təhlükəli nöqtədir. Atəş ara vermir. Gülləyə heyfi gəlmir. O atəş nöqtəsini susdurmaq lazımdır.

Davamı →

Mən bir termos şüşəsiyəm

Təsadüfən köhnə kitabların birində rast gəldiyim avtoqraf məni yaman tutdu: “Ömrü boyu sözün qabağından qaçmışam… Amma sənə layiq söz tapa bilmirəm...”
Bu sözlər İsa İsmayılzadənin idi.
Bu sözlər də eləcə:
“Hərdən sözün-şeirin sıxıntısından, qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün ağrısından ürəyim sızıldayır; dünyada hər şeyin məndən ötrü qurtardığı belə anlarda harasa baş götürüb qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerdə yolumu gözləyən itkin sözlərin dalınca düşmək, doğma, əziz adam kimi sözə sığınmaq, o sözün boyunu oxşamaq istəyirəm”.

Davamı →

Geoloq ömrünün nəğmələri

Azərbaycan Respublikası Dövlət  Elm və Texnika Sənədləri Arxivində zəngin şəxsi fondu olan alimlərimizdən biri də geologiya-mineralogiya elmləri doktoru, professor, şair-publisist Hikmət Mahmudovdur. Şərəfli ömür yolunu, zəngin elmi axtarışlarını, bənzərsiz bədii yaradıcılığını əks etdirən sənədlər bunu deməyə əsas verir. Bu sənədlərlə tanışlıq Hikmət Mahmudovu daha yaxından və dərindən tanımağa imkan verir və mənəvi zənginliyindən, insani keyfiyyətlərindən zövq alırsan.

Davamı →

Öksüz, yaxud son busə - Əli bəy Hüseynzadə

Altunsaçın atası Daşdəmir müharibə başlanarkən arkadaşı Hamid bəyin yanına gedər, kəndisini könüllü olaraq yazdırır, müharibə meydanına tələsir. İki ay qəhrəmancasına böyük davalarda bulunduqdan sonra, nəhayət dəhşətli bir vuruşmada köksündən yaralanır. Arxada bulunan xəstəxanaya gətirilir. Tam üç gün duyğusuz düşdükdən sonra uyğudan oyanıb, öləcəyini hiss edər-edəməz gözündən yaş axar bir hal ilə üzünü səmaya tutar:

Davamı →

Sevgi nəğmələri

Qəndabın «Səni elə sevdim ki!..” şeirlər kitabını əlimə alarkən, indiyədək bu imzaya rast gəlməməyim özümə də qəribə gəldi. Çünki bu imza mənə o qədər də tanış deyildi; adətən şairlər ədəbi prosesdə tanındıqdan sonra kitab çıxarmağı üstün tuturlar. Hər halda müəllifin mətbuatda, saytlarda, ədəbi orqanlarda şeirlərinə rast gəlməmişdim. Kitabında isə özü haqqında əlavə heç bir məlumatın olmaması onun ədəbi prosesdəki fəaliyyətindən məlumat almağa imkan vermirdi. Lakin düşündüm ki, indi ədəbi orqanlar, qəzetlər bolluğunda onun imzasını qaçırmış olaram. Doğrudan da, bu gün mətbuat bumunda hər gün onlarla şairin şeirləri ilə qarşılaşır, onları oxuyub dərhal da unuduruq. Lakin belə də olur ki, cəmi bir neçə şeirindən onun poetik yolunun orijinallığını görür və onu yeni bədii nümunə kimi qəbul edirsən. 

Davamı →

Fikrət Qoca üçün elegiya

Sevdiyi şairlər və inqilabçılar vardı. Viyon, Mayakovski, Kabral, Xose Risal, Qarsiya Lorka, Çe Gevara. Son dördü haqqında poema və şeirlər yazmışdı. Əski Sovet İttifaqının ən məşhur «qalın» ədəbi jurnallarında, qəzetlərində yüz minlərlə, bəlkə də milyonlarla nüsxə çap olunan bu əsərlər o dövrün, ötən əsrin o sirli və cazibəsi bu gün də əsla şübhə doğurmayan böyük yaradıcılıq enerjisi ilə dolu 60-cı illərində oxunmuş, sevilmiş, müəllifinə dünyanın altıda biri qədər deyil, bəlkə də elə özü qədər şöhrət gətirmişdi. Adı dövrün məşhur rus şairləri, Yevtuşenko, Rojdestvenski ilə bərabər çəkilən Fikrət Qoca «getməyin  müşkül olduğu» dövrlərdə dünyanı xeyli gəzmişdi, bəlkə də taleyin ona verdiyi bu imkanla öz Qoca təxəllüsünü hələ gənc ikən təsdiq eləmişdi: çünki «təkcə çox oxuyan yox, həm də çox gəzən çox bilər» deyiblər.

Davamı →

Dekadans labirintində gəzişmələr

Labirintdə üçüncü tərəf — Cəlil Cavanşir poeziyası. (Poeziyada prozaik təhkiyə — çevrədən kənarda)
A.Rembo şair üçün birinci vacib şərti öz dövrünün moderni olmaqda görürdü. Bu formal şərti günümüzün modernizm fotoapartları ilə görüntülədikdə də pikselinin azalmadığını, modernizm bərzəxi olan meta aralığına keçidetmədə daha da yüksəldiyini görmək asandır.
Hiss və duyğuların ifadəsindən yaranan mənzərənin modern çərçivələməyə poetik genişliyindən deyil, mənşə və görüntü eyniliyindən sığışmaması üsulun köhnəldiyinin göstəricisinə çevrilir. Üstəlik emosional qarışıqlığa daxil olan, pessimist qayğılar da öz qara pərdəsini çəkməyə başlayır ki, poetik səhnə genişliyinin yalnız yarısını örtə bilən bu pərdə çəkilərkən pessimistliyin sərgisi halını alır. Kölgə simmetriyasını düzgün işləməmək mütləq ki bəzi poetik ünsürlərin həm görmə, həm də görünmə bucağını örtür.

Davamı →

Özü Borçalıdan, sözü Laçından

Toxumun gələcəkdə nə olacağının sirri onun nüvəsindədir. Bu elə gizli və dəyişməz genetik koddur ki, kişniş toxumundan heç vaxt şüyüd və ya vəzəri çıxmır. Ancaq bu toxumların cücərməsi üçün mütləq onu münbit torpağa səpmək lazımdır.
İstedad da toxum kimidir. O, insanın qanında olur. Ancaq istedadın da cücərməsi üçün mühit lazımdır. İstedadlı şair dostum Kamandar Eyvazlının şeirlərini oxuduqca beynimdən bu fikirlər keçdi. Axı o, sazın-sözün zəngin ənənələrinini illər boyu yaşadan Azərbaycanın Borçalı mahalında doğulub, boya-başa çatıb. Onun istedadının toxum kimi cücərdiyi dövr məhz Borçalıda yaşadığı yeniyetməlik illərinə düşür. Kamandarın şeirlərinin doğmalığı, şirinliyi də ana südüylə iliyinə, qanına, ruhuna hopmuş saz havalarından, xalq nəfəsindən gəlir.

Davamı →