Con Tayler (JOHN TYLER)

XVII əsrin əvvəllərindən Amerikada məskunlaşmış in­gilis əsilli Harrisonlar ailəsindən çoxlu dövlət xadimləri, varli quldarlar, böyük torpaq sahibləri çıxmışdır. Gələcək prezidentin atası Bencamin Harrison İstiqlaliyyət Bəyannaməsinə imza atan şəxslərdən, sonralar 1781-84-cü illərdə isə Virciniya qubernatoru olmuşdu. 

Con Tayler

Britaniya vətəndaşı kimi doğulmuş sonuncu prezident Uilyam Henri Harrison 1783-cü il 9 fevralda Virciniyanın Çarlz-Siti şəhərində dünyaya gəlib. Elmə xüsusi marağı ilə seçilməyən balaca Uilyam ibtidai təhsilini yerli Hempton- Sidni kollecində alır. Kolleci bitirən ərəfədə atasını itirən Uilyam ailənin digər üzvlərinin təkidi ilə tibbi təhsil almaq üçün Filadelfiyaya göndərilir. 17 yaşlı Harrison Kvaker- Sitidə tibb kollecinə daxil olur. Lakin növbəti il kollecdən çıxaraq hərbçi olmağa qərar verir.

1791-ci ildə orduya daxil olan gənc Harrison Virciniya qubernatoru R.H.Linin himayədarlığı ilə ABŞ ordusunun praporşiki olur. 22 yaşında ikən daşınmaz əmlak ticarətçisi və hakim Con Simmsin qızı Anna Tothil Simmslə ailə qu­rur. Gələcək karyerasında əhəmiyyətli rol oynamış uğurlu nikahdan onun doqquz övladı olmuşdur. Qeyd edək ki, oğlu Con Skott hələlik prezident oğlu və atası şərəfinə nail olmuş yeganə amerikalıdır. Belə ki, Con Skottun oğlu Bencamin Harrison 1888-ci ildə ABŞ prezidenti seçilmişdir.

23 illik hərbi karyerası ərzində əsasən hindularla çox- sayli döyüşlərdə iştirak edərək general-mayor rütbəsi alır. 1811-ci ildə Tippekenu-Krik yaxınlığında hindularla aparı­lan amansız döyüşlərdəki qələbəsi ona «Qoca Tippekenu» ləqəbini qazandırır. Hərbi nazirlə arasındakı ixtilaflar 1814- cü ildə onun istefasıyla sonuclanır.

İstefadan sonra siyasətlə məşğul olur. Əvvəl Ohayo şta­tının Nümayəndələr Palatasında, sonra ştatın Vaşinqtonda, senatda nümayəndəsi kimi fəaliyyət göstərir. Adams ad­ministrasiyasında dövlət katibi olan H.Kley 1828-ci ildə onu Kolumbiyaya səfir göndərir. Harrisonun səfirliyi uzun çəkmir, yeni seçilən prezident Cekson onu geri çağırır və Harrison Ohayodakı Bend fermasına qayıdır.

Böyük külfətini dolandırmaq məqsədilə 1834-cü ildə yer­li məhkəmədə katib işləməyə başlayır. 1836-cı il prezident seçkilərində Kley onun xalq arasında milli qəhrəman nüfuzunu nəzərə alaraq, viqlərin namizədi olmasına köməklik göstərir. Harrison seçkilərdə viqlərin üç namizədindən biri olur. Köhnə siyasət ustası, şöhrətpərəst Kleyin üç namizədlə seçkilərə getməkdə məqsədi, 12 il əvvəl olduğu kimi, de­mokratların nümayəndəsi Van Burenə zəruri minimum səs toplamaqda mane olmaq, seçkiləri Nümayəndələr Palatası­na keçirmək idi. Lakin Van Burenin inamlı qələbəsi Kleyin məqsədini puç etdi.

1840-cı il seçkilərində Van Burenin iqtisadi böhran səbəbindən nüfuzunu itirməsi viqlərə qələbə imkanı yarat­dı. Partiyanın namizədi olmaq istəyən Kley partiyadaxili müxalifətin ona mane olması səbəbiylə bu dəfə də istəyinə çatmır və partiyanın Harrisberqdə keçirilən konventində keç­miş seçkilərdə təcrübə toplamış Harrison namizəd göstərilir.

Bu dəfə tale üzünə gülür və o, böyük üstünlüklə prezi­dent seçilir. Lakin seçkilər Harrisonun qələbəsindən daha çox M.Van Burenin acınacaqlı məğlubiyyəti ilə yadda qal­mışdır. İqtisadi böhranın qarşısını ala bilməməsi ona inamı azaltmış, hətta doğma ştatı Nyu-Yorkda belə seçkiləri uduz­muşdu.

U.H.Harrison ABŞ prezidentlik tarixinə bir neçə re­kord yazmışdır. Onların heç də hamısı müsbət işarəli olma­mışdır. Əvvəla o, prezident seçilmiş ən yaşlı (67 yaş) şəxs idi (Onun bu rekordunu 1980-ci ildə prezident seçilən 70 yaşlı R.Reyqan təzələdi). İkincisi, onun prezidentliyi çox qısa, vur-tut bir ay sürmüşdür. İlk dəfə olaraq prezident, səlahiyyətlərini icra edərkən vəfat edir. 4 mart 1841-ci ildə qeyri-adi, saatyarımlıq inauqurasiya nitqi söyləyir. Soyuq və rütubətli mart havası səhhətinə mənfi təsir göstərir və o, sətəlcəm olur. Bir ay sonra 4 aprel 1841-ci ildə elə bu xəstəlikdən də vəfat edir.

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh