ABŞ prezidentləri haqqında faktlar

Corc Vaşinqton ata minməyi sevirdi. Lakin o minəcəyi atın bütünlüklə təmiz olmasını tələb edirdi və Vaşinqton hətta atın dişlərinin təmizliyini də yoxlayırdı.

Tomas Ceferson öz məzar daşının dizaynını özü yaradaraq onun üçün mətn də yazmışdı. Bu mətndə onun prezident olduğu qeyd olunmamışdı.

Con Kvinsi Adams sübh çağı tez-tez Potomak çayında çılpaq halda üzürdü. O demək olar ki, paltarlarını dəyişmirdi və 10 ildən artıq eyni kostyumu geyirdi.

Endryu Cekson sərt duel həvəskarı idi və duellərin birində o sinəsindən güllə yarası aldı. Cərrahlar çox cəhd etsələr də gülləni çıxarmaq mümkün olmadı və Cekson ömrünün sonuna kimi bədənində bu qurğuşun parçası ilə yaşadı.


Ardı →

Teodor Ruzvelt

6 sentyabr 1901-ci il tarixində Buffaloda panamerikan sərgisində ABŞ prezidenti Vilyam Makkinlinin (William McKinley) həyatına sui-qəsd edilmişdi. Tapança gülləsi ilə qarın nahiyəsindən yaralanan Makkinli bir neçə gündən sonra vəfat edir. ABŞ Konstitusiyasına əsasən gələn seçkilərə qədər dövlət başçısı vəzifəsini vitse-prezident həyata keçirməli idi.
Bu postu, yaxınlarda, dünyaya səs salmış ispan-amerikan müharibəsində fərqlənən polkovnik Teodor Ruzvelt (Theodore Roosevelt) tutmağa nail oldu. Ömrünün 20 ilini siyasətə, tarixə, publisistikaya, ova və hərbə (iki ay Kubadakı hərbi fəaliyyət və 10 ildən az olmayaraq hərbi təbliğat) həsr edən 43 yaşlı Ruzvelt artıq kifayət qədər siyasi təcrübə və nailiyyət əldə etmiş, hədsiz dərəcədə şöhrətpərəstlik və ondan da çox məğrurluq keyfiyyətlərinə malik idi. O, siyasətdə bilərəkdən öz seçdiyi peşə ilə – tərbiyə və baxışları ilə mənsub olduğu hakim burjuaziya sinfinin nümayəndəsi kimi çıxış etdi.
Ardı →

ABŞ-da Prezidentlik səlahiyyətləri və ya onun İcra Strukturları

ABŞ prezidenti təşkilatı dünyada ən güclü idarələrdən sayılır. Dünyanın hər yerində, Avropa dövlətlərində varislik prinsipinə əsaslanan monarxlar hakimiyyətdə olduğu bir vaxtlarda məhdud səlahiyyətli, az müddətli prezidentlik ideyası ağlasığmaz bir qayda idi. ABŞ-da prezidentliyin tətbiqinin ilk günlərindən prezident müavinin də seçkili olması Konstitusiya ilə təsbit edilmişdir. ABŞ Konstitusiyasına görə icra hakimiyyəti prezidentə həvalə olunur. Bununla paralel prezident müavini Vərəsə sayılır və Senatın sədrliyi də ona tapşırılır. Prezident xəstə olarkən, məzuniyyətdə olarkən, müalicədə olarkən, ölərkən prezidentin səlahiyyətləri onun müavininə keçir. Eyni zamanda Konstitusiya Konqresə səlahiyyət verir ki, prezident müavinindən sonra prezidentliyə kimi vərəsəlik hüququ olduğunu müəyyənləşdirsin.
Davamı →

Con Kennedinin qətlinin yeni versiyaları

Birləşmiş Ştatların 35-ci Prezidenti Con Fitscerald Kennedinin öldürülməsi keçən əsrin ən hay-küylü və ən müəmmalı cinayətidir. Bəs əslində nə baş vermişdir? Bax, bu suala hələ də qəti cavab yoxdur.
Xatırladaq ki, 1963-cü il noyabrın 22-də Kennedi və xanımı Jaklin açıq limuzində təntənə ilə Dallasın mərkəzinə daxil olmuşdular. Texasa səfər onun 1964-cü ildə yenidən prezident seçilməsi uğrunda mübarizəyə hazırlıq xarakteri daşıyırdı. Yerli vaxtla saat 12.30-da snayper atəş açır. Boynundan və başından iki güllə yarası alan Prezident hospitala çatdırılarkən ölür. Con Kennedi noyabrın 25-də Vaşinqtonun Arlinqton milli qəbiristanında torpağa tapşırılır.
Davamı →

ABŞ prezidentlərinin xəstəlikləri

Rusiyanın sabiq Prezidenti Boris Yeltsinin Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Korjakov özünün “Şəfəqdən qürubadək” adlı kitabına ön sözündə yazırdı ki, bir çox vətəndaşlar rəhbərlərinin, əslində, necə adamlar olduqlarını bilsəydilər, dəhşətə gələrdilər. Hakimiyyətdə olanlar da başqaları kimidir və insana xas olan xüsusiyyətlərin heç biri, o cümlədən həm fiziki, həm də mənəvi zəiflik onlara yad deyildir.
Davamı →