Uilyam H.Harrison (WILLIAM H. HARRISON)

XVII əsrin əvvəllərindən Amerikada məskunlaşmış in­gilis əsilli Harrisonlar ailəsindən çoxlu dövlət xadimləri, varli quldarlar, böyük torpaq sahibləri çıxmışdır. Gələcək prezidentin atası Bencamin Harrison İstiqlaliyyət Bəyannaməsinə imza atan şəxslərdən, sonralar 1781-84-cü illərdə isə Virciniya qubernatoru olmuşdu.
Davamı →

Franklin Delano Ruzvelt (FRANKLIN D. ROOSEVELT)

Franklin D.Ruzvelt XX əsrin ən görkəmli və parlaq si­yasi xadimlərindən biri hesab edilir. Onun prezidentliyi ölkə daxilində və bütün dünyada böyük hadisələr, kataklizmlərlə zəngin dövrə təsadüf edir. 1932-ci ildə Amerika xalqı dövlət sükanını Ruzveltə etibar edərkən ölkə batan «Titanik»i xatırladırdı: banklar bağlanmış, konveyrlər dayanmışdı, fermerlər torpaq becərmir, milyonlarla əhali Xilasetmə Ordusunun təşkil etdiyi pulsuz yemək payını almaq üçün alçaldıcı növbələrə dayanırdılar. Ruzveltə nəinki ölkəsini milli faciə hesab edilən ağır iqtisadi böhrandan çıxarmaq nəsib oldu, o, millətin öz gücünə inamını özünə qaytara­raq Birləşmiş Ştatları super hegemon dövlətə çevirdi. Məhz onun təşəbbüs və bilavasitə iştirakıyla antihitler koalisiyası yaradılmış, bəşəriyyət faşist taunundan xilas edilmişdi.


Davamı →

Corc Buş (oğul) | (GEORGE W.BUSH)

1824-cü il prezident seçkilərində Con Kuinsi Adams qalib gəldi. O, ABŞ-ın ikinci prezidenti Con Adamsın oğlu idi. Bu təcrübə bir də yalnız 176 il sonra 2000- ci il seçkilərində təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib gələn Corc Buş (oğul) ABŞ-ın 41-ci prezidenti C.Buşun oğludur. Artıq qeyd etdiyimiz kimi, hər bir amerikalı so­sial vəziyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq prezidentlik iddiasında ola və bu istəyini gerçəkləşdirə bilər. (Şübhəsiz ki, konstitusiyanın verdiyi imkanlar çərçivəsində). Bu baxımdan C.Buşun (oğul) pre­zident seçilməsi təbii qarşılanmalıdır.


Davamı →

Bill Klinton (BILL CLINTON)

Bill Klinton (tam adı Uilyam Cefferson Blayt IV) 19 av­qust 1946-cı ildə Arkanzas ştatının Houp şəhərində dünyaya gəlib. O, hələ anadan olmamış bədbəxt hadisə nəticəsində atası həlak olur. Dörd yaşında ikən anası avtomobil ticarəti ilə məşğul olan Rocer Klintona ərə gedir (Bill on beş ya­şından atalığının familiyasını daşıyır). Şöhrətpərəst olan balaca Bill dərslərini yaxşı oxuyar və məktəbin birinci şagirdlərindən hesab edilərdi. Bununla yanaşı məktəbin caz orkestrinə rəhbərlik edib. (Musiqiyə olan marağını bu gün də saxlayan Bill tez-tez saksafonda sevdiyi caz havalarını məharətlə ifa edir).


Davamı →

Corc Buş (GEORGE H. W. BUSH)

Amerika tarixində prezident bu və ya digər səbəbdən növbəti seçkilərdə iştirak etmədikdə, fəaliyyətdə olan vit­se-prezidentin ölkənin ali vəzifəsinə iddialı olması bir neçə dəfə təkrarlanıb. Lakin bu özünü yalnız iki dəfə doğrul­dub. 1836-cı il seçkilərində vitse-prezident M.Van Burenin namizədliyi irəli sürülüb və o qalib gəlib. Bu praktika bir də 152 il sonra, Corc Buş prezident olduqda özünü doğruldub.

Seçkiöncəsi ona bu haqda verilən suala belə cavab ve­rib: «Əvvəla keçmiş seçkilərlə 1988-ci il seçkiləri arasında böyük fərqlər var. İkincisi Şirli Makleyn (sipiritizm bilicisi hesab edilən məşhur Hollivud kinoaktrisası) deyir ki, keç­miş həyatımda mən M.Van Buren olmuşam».


Davamı →

Ronald Reyqan (RONALD REAGAN)

Ronald Reyqan D.Eyzenhauerdən sonra iki tam müddətə hakimiyyətdə olmuş ilk prezident idi. O, böyük ictimai nüfuz sahibi kimi vəzifədən gedib. Bəzi tarixçi, jur­nalist və politoloqların rəylərinə görə F.D.Ruzveltdən sonra ABŞ xarici və daxili siyasi kursunda R.Reyqan qədər əsaslı dəyişikliklər etmiş ikinci prezident yoxdur.

Ronald Uilson Reyqan 6 fevral 1911-ci ildə İllinoys ştatının Tampiko şəhərciyində irland əsilli ailədə dünyaya gəlib. Atası Edvard Reyqan ayaqqabı ticarəti ilə məşğul olsa da, qazancı ailəni dolandırmağa güclə çatırdı. Elə bu səbəbdən Ronald ilk yeniyetməlik çağlarından işləməyə məcbur olur, hələ orta məktəbdə oxuduğu illərdə 14 yaşında ikən tikintidə işləyir.


Davamı →

Cimmi Karter (JIMMY CARTER)

ABŞ prezidentləri tarixində hər bir prezidentin fəaliyyəti, onun ölkə tarixində xidmətləri bu və ya digər prinsiplər əsasında dəyərləndirilir. Lakin qeyd edək ki, bu dəyərləndirmələr nisbi xarakter daşıyır. Müasirləri tərəfindən fəaliyyəti qənaətbəxş hesab edilməyən prezi­dent sonralar tamamilə başqa cür qiymətləndirilib. Belə prezidentlərdən biri də Cimmi Karterdir.

Bu gün Amerika tarixçiləri, siyasi xadimləri və insan haqları uğrunda hərəkat fəalları bir çox xüsusiyyətlərinə görə bu insana rəğbət göstərirlər. Bunun başlıca səbəblərindən biri Karterin ABŞ xarici siyasətini insan haqları ilə uzlaş­dırmağa çalışması olmuşdur.


Davamı →

Cerald Ford (GERALD FORD)

Cerald Ford Birləşmiş Ştatlar tarixində yeganə prezi­dentdir ki, nə prezident, nə də vitse-prezident seçkilərində iştirak etməyib. O, vitse-prezidentliyə Niksonun tədqimatı ilə gətirilmiş, sonuncunun istefasından sonra isə prezident səlahiyyətlərinin icrasına başlamışdır.

C.Ford 1913-cü il iyulun 14-də Miçiqan ştatının Qrand- Renids şəhərində dünyaya gəlib və Lesli Linç Kinq adlan­dırılıb. Atası Lesli Kinq yun ticarəti ilə məşğul olan kom­mersant idi. İki yaşında ikən valideynləri ayrılır və Lesli anası ilə qalır.


Davamı →

Riçard Milhauz Nikson (RICHARD M. NIXSON)

O, Amerika prezidentləri tarixinə ilk dəfə istefa vermiş prezident kimi düşüb. Bu, iki il davam etmiş Uotergeyt qal­maqalına son qoymaq üçün nümunəsiz addım olmaqla ya­naşı, ABŞ tarixində görünməmiş konstitusiya böhranı kimi dəyərləndirilib.

Riçard Milhauz Nikson 1913-cü il 9 yanvarda Cənubi Kaliforniyanın Yorbe-Linda şəhərciyində anadan olub. İr­land əsilli Niksonlar XVIII əsrin əvvəllərindən Amerika qitəsində məskunlaşıblar. Bəzi bioqrafları C.Vaşinqtonun yaxın ətrafına daxil olan, Vətəndaş Müharibəsinin qəhrəmanları sırasında Niksonlar nəslinin nümayəndələri oldu­ğunu bildirirlər.


Davamı →