Təxirəsalma vərdişi

İnsanlar niyə görəcəkləri işləri təxirə salır? Yaşanılan daxili və emosional çatışmazlıqlar görüləcək işləri təxirəsalmağa səbəb ola bilir. Məsələn fəaliyyət göstərdiyiniz iş yerindən razı olmadıqda bəzi işlərinizi təxirə sala bilirsiniz. Bu vərdişin əsası məktəb vaxtında tam başa düşmədiyiniz, xoşlamadığınız dərsləri oxumayıb təxirə saldığınız zaman qoyulur.

1. Xarakterik xüsusiyyətlər
Araşdırmalar nəticəsində məlum olub ki, pessimist, hər şeyə pis yöndən yanaşan, həmişə ən pisi gözləyən insanlarda təxirəsalma vərdişi daha tez-tez yaşanır. “Məndən bir şey olmaz” tərzli mənfi fikirlər düşünən insanlar təxirəsalmağa daha çox meyilli olurlar.

2. Keçmiş təcrübələrin təsiri
Keçmişdə yaşanılan uğursuzluqlar təxirəsalma vərdişini artırır. İnsanın öz qarşılaşdığı uğursuzluqları düşünməsi motivasiya düşkünlüyü ilə nəticələnir. Təxirəsalmaq vərdişindən bu yollarla xilas ola bilərsiniz:

Bütün mövzularda olduğu kimi təxirəsalmağı da nə zaman və hansı şərtlərdə edəcəyinizi bilməlisiniz. Edəcəyiniz bütün işləri qeyd edin və etdikcə qırmızı qələmlə “bacardım” yazın. Qırmızı rəngdə olan yazılar şüuraltınıza mesaj verir və daha müvəffəqiyyətli olmağınıza kömək edir. Əgər çox iş görür və buna görə nələrisə təxirə saldığınızı düşünürsünüzsə, bu zaman gördüyünüz işləri bölün.

Özünüzə vaxt hədəfi qoyun. Məsələn, fəaliyyət göstərdiyiniz iş yerində hesabat hazırlamalısınız və bunun üçün “Bir saat yarım sonra bu hesabatı bitirəcəm” şəklində özünüzə hədəf qoya bilərsiniz. Bunun nəticəsində hədəf nöqtəsinə daha asan çatarsınız.
 

0 şərh