Рейтинг
+104.97

Psixologiya

111 üzv, 652 topik

Valideynlərin ev dəyişməsi uşaqlara necə təsir edir?

Məktəb yaşına çatmadan tez-tez ev dəyişdirən uşaqların davranışlarında problemlər yaşanır. Bununla bağlı ABŞ-da 3 min ailənin qatıldığı araşdırma aparılıb.

Araşdırma nəticəsində 5 yaşından öncə 3 dəfə, ya daha çox ev dəyişdirən uşaqlarda diqqətsizlik, narahatlıq,  hiperaktivlik və davranış problemlərinə 5 yaşına kimi eyni evdə yaşayan, ya cəmi bir dəfə ev dəyişdirən uşaqlara nisbətən daha çox rastlandığı ortaya çıxıb.

Əlbəttə, uşağın davranışındakı bu problemlər sadəcə ev dəyişdirməklə bağlı deyil. Valideynlərinin boşanması, sıxıntılardan qaçmaq, yeni arayışlar — bu kimi problemlər də uşağın həyat normasına mənfi təsir göstərə bilər.

Uşaqlar valideynlərinin yeni evdə xoşbəxt olduqlarını gördükləri halda bu problemlərlə tez başa çıxa bilər.

Araşıdırmanın digər nəticələrindən biri uşaq vaxtı 3, ya daha artıq ev dəyişdirən uşaqların 18 yaşına kimi narkotik vasitə istifadə etmə riskinin 3 dəfə artıq olması və yetişkinlik dövrünə uyğunlaşmaqda çətinlik çəkməsidir.   


Davamı →

Xərçəng xəstələrinin psixoloji problemləri

Xərçəng diaqnozu qoyulan xəstədə, bu problemə qarşı həll etmə və reaksiya verməklə bağlı psixoloji problemlər yaranır. Xərçəngin varlığı xəstədə və yaxınlarında həyata dair bütün sahələrdə müəyyən formada travmaların ortaya çıxmasına səbəb olur. Normal şərtlərdə kənardan anlaşılmayacaq psixoloji problemlər proqressivləşir və daha diqqət çəkən bir vəziyyət alır.

Bu mərhələdə həkimin və digər səhiyyə işçilərinin vəzifəsi həm ailəyə həm də xəstəyə bu problemi həll etmə, normal həyat tələbatlarını yerinə yetirə bilmə mövzusunda kömək edəcək. Bu istiqamətdən baxdıqda xüsusiləşmiş şəxslər (psixiatr, psixoloq) xaricində onkoloq-həkim, digər işçi heyyət və xəstəyə dəstək olacaq yaxınlarının da mövzu ilə bağlı məlumatlandırılması vacib amil hesab olunur.


Ardı →

Ünsiyyət

Ünsiyyət insanı sosiallaşdıran başlıcalıqdır. İnsanlara sadə gələn bu qavram əslində incəliklərlə dolu çox çətin bir bacarıqdır. Ünsiyyət təlabatı bütün canlılarda — heyvan, bitki və insanlarda var. Amma bizi digər canlılardan fəqləndirən cəhət şüurumuzla ünsiyyəti mükəmməl şəkildə həyata keçirməyimizdir.

Ümumiyyətlə, ünsiyyət deyəndə nə başa düşürük? Gəlin, birlikdə aydınlaşdıraq. İnsan bir fikri başqasına çatdırmaq, fikrə münasibət bildirmək və münasibət öyrənmək üçün ünsiyyətə girir. Ünsiyyət bizim cəmiyyətdə mövqeyimizi təyin edən faktordur. İnsan bu keyfiyyəti ilə gözəl valideyn və dost, yaxşı işçi və ya heç kim tərəfindən sevilməyən bir şəxs də ola bilər.

Psixologiyanın bir qolu olan NLP-də (Neyro Linqvistik Proqramlama) ünsiyyət prosesi geniş şəkildə izah olunur. Ünsiyyət sözlü (nitq) və sözsüz (bədən dili – jest və mimikalar) şəkildədir. 

Biz fikrimizi sözlə ifadə etsək də, eyni anda bədən dilimizlə də danışırıq. Sözlü və sözsüz dilimiz bir-biriylə nə qədər ahəngdar olsa, ünsiyyətimiz bir o qədər təsirli və uğurlu olar. Qarşınızdakının dili yalan söyləsə belə, bədən dili özünü ələ verir. Çünki bədən dilini idarə etmək dil qədər asan deyil.

Ünsiyyət  prosesində alıcı (qəbul edən) və ötürücü (mənbə) tərəflər mövcuddur. Ötürücü tərəf mövzu haqda məlumatlı, alıcı ilə ünsiyyətə maraqlı, lazım gəldikdə həm də alıcı olmalıdır.
Ardı →

Üzüyünü tax, deyim kimsən

Üzük qadınların ən sevdiyi, geyimi tamamlayan aksessuarlardan biridir. İdman, klassik və başqa tərzə uyğun olan üzüklər var. Üzüyü hansı barmağa taxdığınız isə xarakteriniz haqqında müəyyən məlumatlar verə bilir.

Baş barmağınıza taxırsınızsa — Müstəqil şəxsiyyətsiniz, azadlığınızı heç nəyə dəyişməzsiniz. Həyatınıza daxil olan insanların da bunu hörmətlə qarşılamasını istəyirsiniz. Sizə mane olmaq istəyən adamlardan heç nəyə baxmayaraq, uzaqlaşırsınız.

Üzüyü işarət barmağına taxırsınızsa – Güclü və avtoritar olub həm iş, həm də şəxsi həyatda şansınız bol olacaq. 

Üzüyü orta barmağa taxırsınızsa – Etibarlı insansınız. Dostlar arasında sirr saxlamağı bacaran insan kimi tanınırsınız. Flirt etməyi xoşlamırsız, daha sağlam və möhkəm münasibət qurursunuz. 

Üzüyü adsız barmağa taxırsınızsa – Səliqəli və məsuliyyətli insansınız. Dağınıqlığa və səliqsizliyə tab gətirə bilmədiyiniz üçün hərdən özünüzdən çıxa və aqressiv ola bilərsiniz.

Üzüyü şeçələ barmağınıza taxırsınızsa – Diqqət çəkməyi xoşlayırsınız, həm də çox çəkicisiniz. Üzüyü bu barmağa taxanda özünüzə inam və güvən artır. Olduğunuz hər məkanda diqqət mərkəzində olmağınızın əsas səbəbi özünüzə olan inamın gətirdiyi çəkicilikdir.
Davamı →

Bulimiya

Bulimiya  -  iştahanın  kəskin  artması, tutma şəklində başlaması, əzabverici ağrı, ümumi zəiflik və s. ilə xarakteriza olunan qida qəbul  pozuntusudur. Bu pozuntuya  bir  çox  xəstəliklərdə — mərkəzi sinir sistemi, endokrin sistem, psixi pozuntu hallarında təsadüf olunur. Müxtəlif mənfi həyəcanlar – iflas, müvəffəqiyyətsizlik, qəbul olunmama, cəmiyyət tərəfindən təcrid olunma, yalnızlıq, hirs və yaxud müsbət reaksiyalar — vəzifənin artması, nəyinsə qeyd olunması başlanğıc  amil ola bilər. 

Narahatlıqlarını aradan qaldırmaq üçün belə şəxslər  dayanmadan  tez-tez yeyir. Bulimiyadan əziyyət çəkən şəxslər çəkini nəzarətdə saxlamaq üçün süni yolla qusma aktı həyata keçirir, işlədicilərdən, sidik qovuculardan istifadə edir. Hədsiz qidalanma, mədə-bağırsaq sistemini məcburi təmizləmə çox ciddi pozuntulara-nevrastiniyadan  tutmuş yaxınlarla əlaqənin və həyata  marağın itirilməsinə, dərman və narkotik maddələrdən asılılığa, hətta ölümə belə gətirib çıxarda bilər.


Ardı →

Sol əl ilə yazıram

Əziz valideynlər, gəlin, «uşağımız niyə solaxaydır?» deyə narahatlıq keçirməyək. Çünki burada heç bir faciəvi hal yoxdur. Sol əllə iş görməyə meyl anadan gəlmə haldır. Solaxaylıq ya irsən keçir, ya da baş beynin sol yarımkürəsinin funksional zəifliyi ilə bağlı olur. Bu funksiyanı sağ yarımkürə öz üzərinə götürür. Bəzən bu proses gizli getdiyindən valideynlər bunu hiss edə bilmirlər. Solayaxlıq nadir hal deyil. İnsanların 10 faizi solaxaydır.

Bəzi ibtidai sinif müəllimləri solaxay uşaq görəndə dəhşətə gəlirlər. Həkimin nəzarəti olmadan onların vərdişlərini sağ ələ keçirməyə çalışırlar. Ancaq unudurlar ki, insanın beyni sol və sağ yarımkürədən ibarətdir. Sol yarımkürə bədənin sağ tərəfinin, sağ yarımkürə isə sol tərəfinin hərəkətlərini idarə edir. Bu yarımkürələrdən biri aparıcı olduqda insanın sağ əli, ayağı, digər orqanları daha çevik və güclü olur. Zorla sağ ələ keçirilən hərəkətlərin nəticəsində uşaq nervoz, pəltək və tənbəl olur.

Solaxaylığı qüsur hesab etmək düzgün deyil.
Təcrübələrdən də görürük ki, solaxay uşaqlar normal şəraitdə öz çevikliyi və bilikli olması ilə seçilirlər. Məhşur italiyalı rəssam Leonardo da Vinçi, tanınmış ingilis aktyoru Çarli Çaplin, görkəmli yazıçı və riyaziyyatçı Luis Keroll, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və başqa görkəmli şəxsiyyətlər solaxay olublar.
Solaxay uşaqların məktəbə tam hazır olması üçün onlara qayğı ilə yanaşmaq, solaxay olduqlarını üzə vurmamaq lazımdır. Evdə, uşaq bağçasında bu ləqəbdən istifadə etmək, irad tutmaq yanlış addımdır. Uşağın hər bir müvəffəqiyyətini qiymətləndirmək vacibdir.
Davamı →

Nəyə görə televizora baxmamalıyıq?

Televiziya yaranmağa başlayanda bir çox insanlar bu hadisəni mədəniyyətin inkişafında son addım kimi qiymətləndirirdilər. Mütəxəssislər bu ixtiradan sonra kitabların, teatr və kinonun yox olacağına əmin idilər. Televizorların ekranlarının ölçüsü nəlbəkidən böyük deyildi. O zamandan çox vaxt ötüb keçib. Bugünkü gündə televizorların böyük rəngli ekranları, həcmli səsləri və digər çox saylı tənzimləmələri var. Lakin incəsənətin təxmin edildiyi növləri yoxa çıxmayıb. Bundan savayı, bugünkü gündə televizorlara baxanlar pis zövqün sahibləri hesab edilirlər. 

Televizora baxmaqdan imtina etmək yüksək mədəniyyətin və intellektin göstəricisi kimi qəbul edilir.

Bizim televiziyada nəyin xoşumuza gəlmədiyini və ondan bir dəfəlik imtina etməyin lazım olub olmadığını araşdıraq.

Televiziya bizim vaxtımızı alır

Əvvəllər tamaşaçılar verilişlərə boş vaxtları olanda baxırdılar. Sonra isə seriallar icad olunur. Və insanlar televizora baxmaqdan boş vaxtları olanda yaşamağa başlayırlar.

Televizor bizi kütləşdirir

Televiziyaya uzun müddətli baxanda o, bizim beynimizi məhv edir. Məlumatların passiv şəkildə qəbul edilməsi və onların sadəcə olaraq qavranılması nəticəsində insanların beyin fəaliyyəti demək olar ki, dayanır. Və beləliklə insan bitkiyə dönür. Bu iddianı təsdiq etmək üçün bir sıra linklər təqdim edə bilərik. Lakin televizora uzun müddət baxdıqdan sonra öz halınızı gözünüzün qabağına gətirin. Biz solğun oluruq, fikirlərimiz qarışıq olur, yuxumuz gəlir. Yəni, TV- zombilər.

Televiziya bizə pis təsir göstərir

Müasir prodüsserlər insanlar üçün qorxu, pul, sevgi macəraları haqqında verilişlərin və filmlərinin daha maraqlı olduqlarını başa düşüblər və insanların bu zəifliklərindən istifadə edirlər. Ekranlarda qorxu filmləri, pul qazanmaq üçün verilişlər, məşhurların şəxsi həyatları haqqında yayımlar üstünlük təşkil edir. Lakin bəzi kanallarda hələ də düşünməyə vadar edən verilişlər qalıb.

Televiziya yayımlarının əksəriyyəti bizim həyatımıza pozitivlik qatmırlar, əksinə bizdə alçaq hisslər oyadırlar.

Məlumat çoxluğu

Televiziya bizə çox saylı məlumat ötürdüyü üçün bizi passivləşdirir. Televizorlar qarşısında keçirdiyimiz bir günü yada salaq və nəzərdən keçirdək.

İlk növbədə biz filmə baxdıq, sonra şouya, sonra reklamlar, xəbərlər və s. Hər bir reklam fasiləsi, xəbərlərin yayımı müxtəlif qısa süjetlərdən, fərqli hadisələrdən ibarətdirlər. Biz bütün bu məlumatları qəbul edirik və bunlar beynimizdə qarışır. Gün ərzində o qədər lazımsız məlumat alırıq ki, artıq faydalı məlumatlara beynimizdə yer qalmır.

Reklamlar

Həblər, pivə, bank, pivə, qazlı içkilər, həblər, avtomobillər, qəhvə, supermarket, həblər, pivə, Nokia… Və reklamlar beləliklə dairəvi şəkildə davam edirlər.

Bəli, bir sıra hallarda reklamlar bizə faydalı ola bilirlər. Lakin əksər kanallarda televiziya yayımının bir saatının 50%-i reklamlara ayrılır. Bir saat yarımlıq filmə baxmaq üçün bizim iki- üç saata yaxın vaxtımız gedir. Hər hansısa veriliş isə gecənin gec saatlarına qədər davam edə bilir.


Davamı →

Özünüzə güvənirsinizmi?

 Günümüzdə ən çox yayılan problemlərdən biri də özgüvən əksikliyidir. Bu da insanların özləri ilə barışıq olmamalarından digər ailədə olan davranışlardan irəli gəlir. Bunun üçün də öncəliklə Özünüzə sağlam şəkildə hörmət etmənizdir. Bu, qürurlu ya da doğuşdan digər insanlardan daha yaxşı olduğunuz mənasını deyil, özünüzü hörmətə dəyər və qiymətli hiss mənasını verər. Özünüzə istiqamətli hörmətinizi artırmaq üçün bu ipuclarına diqqət yetirməniz lazımdır …
Gerçəkçi olun: Özünüzü digər insanlarla qarşılaştırmayın, əlinizdən gələnin ən yaxşısını etməyə fokuslanın. Ayrıca, “əlinizdən gələn ən yaxşısı” nin nə qədər yatdığınız, yedikləriniz, iş saatlariniz və ictimai əlaqələriniz kimi şərtlərə bağlı olaraq hər gün dəyişdiyini ağılınızda yapış.
Ugurlariniza fokuslanin: Hər günün sonunda nələr edebildiyinizi gözdən keçirin. Irəliləmə qeyd işlər və değerlendirdiğinin fürsətlər üçün özünüzü təqdir edin. Daimi olaraq sağlam risklər almaq özsaygınızın artmasını dəstəkləyir.
Xarici yaşamlar yerinə içinizə fokuslanın: Dünyanın ən bahalı evinə ya da avtomobilinə sahib olacağınıza inanmaq kimi maddiyyətə söykənən, xarici şərtlərin şəkil verdiyi xəyallardan uzaq durun. Özünüzü sahib olduqlarınızla tanımlamayın. Bunun yerinə, öz daxili səsinizin yön verdiyi hədəfinizi təyin edin. Gerçəkdə sizin üçün nə vacibdir? Hansı dəyərlər ürəyinizə yaxın? Bunlara uyğun yaşamağa çalışmaq özsaygınızı artıracaq.
Həyata aktiv olaraq qatılın:
Ardı →

Sarışan hallar nevrozu

Sarışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu) — təşviş yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (komplulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur.

Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin «qüsurlu dövranı» yenidən işə düşür.

Belə ki, onunla xəstələnmə riski orta hesabla 2,5%-dir. Bu nevroz intellektual şəxslərdə daha çox rast gəlinir. Qadınlar və kişilər arasında bu pozuntu eyni dərəcədə yayılmışdır. Kişilərdə bu əsəb pozuntusu, bir qayda olaraq, yeniyetmə dövründə başlayır. Qadınlarda isə xəstələnmə halları daha çox 20-30 yaşlarına təsadüf edir.

Sarışan hallar nevrozuna səbəb bioloji və psixoloji amillərdir.

Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.


Davamı →

Geyimdə rəng psixologiyası

Hər birimiz gündəlik geyimlərimizdə sevdiyimiz bir neçə rəngdən istifadə edirik. Bu rənglər bizə yaraşır, bizi rahatladır. 
Biz düşünmürük ki, rənglər bizim üzümüzün təravətli, gözlərimizin gözəl  görsənməsinə, hətta bəzən vücudumuzun çatışmazlıqlarını gizlətməyə təsir edir. 
Biz sadəcə bu rəngləri sevirik və əhvalımızdan asılı olaraq onlardan istifadə edirik. Amma geyimin elə rəngləri var ki, onlar bizə qətiyyən yaraşmır. Bizim rəng seçimimiz nə ilə əlaqədardır? Hər rəngin iki tərəfi var: birinci tərəf insanın daxili vəziyyətini xarakterizə edir, ikinci tərəf isə insanın xarici aləmlə əlaqəsini əks etdirir. Rənglərin psixologiyası konkretdir və dəbdən asılı olmayaraq insanlara eyni təsiri göstərir. Rəngi hiss etmə fizioloji, psixoloji, mədəni və sosial faktorlar əsasında baş verir. Gəlin bəzi rənglərin geyimdə psixoloji təsirlərinə nəzər yetirək.
Qara rəng ən çox yayılmış və ziddiyyətli rəngdir. Bu rəngdən həyatın bir çox sferalarında istifadə olunur. Qara rəngin mənası hər bir xalqda müxtəlifdir. Qara rəng qara qüvvələr, ölüm və ya sirrlə əlaqəlidir, insanda həyəcan hissi yaradır. Bu, rənglər sırasında nüfuzlu rəngdir. Ona görə də hökümət və dövlət maşınları adətən qara olur. Qara rəngi seçərkən diqqəti rəngə deyil, obyektin forma və məzmununa yönləndirmək lazımdır. Burada söhbət daha çox ənənələrin mühafizəkarlıq və öhdəliyindən gedir. Qara rəngdə yaş və vücud forması məhdudiyyəti yoxdur. Qara geyinərkən kəsim və tikiliş formasına diqqət yetirin, tərz çox sadə də ola bilər. Özünüzə simpatiyanızla cazibədarlığınızı işarə edin. Amma həddini aşmayın.
Ağ rəngin psixologiyası özündə optimizm və saflığı birləşdirir. Ədalət, inam və günahsızlıq rəngidir. Ağ geyinən insanlar yaradıcı şəxsiyyətlərdir. Ağ rəngdən bacarıqla istifadə etməklə siz insanlara hər istədiyinizi, yəni əl çatmaz olduğunuzu, hissiyyatlı və günahsız olduğunuzu hiss etdirə bilərsiniz. Köynəklərin ağ yaxalığı üzü cavan göstərir və üzdəki qırışları gizlədir. Şahanə uyğunluq isə ağ-qaradır.
Qırmızı rəng hiss və enerji əlamətidir. Bu səbəbdən Çində qırmızı rəng döyüşçü və alovlu əjdaha simvoludur. Əgər siz qırmızı köynək və ya don geyinmək istəyirsinizsə, bilin ki, buna səbəb toplanmış enerjinin sərf olunma arzusudur. Qırmızı rəng bənzərsizdir. O, hər zaman diqqəti özünə cəlb edir.
Narıncı rəngin psixologiyası haqqında əzm, azadlıq və optimizm simvolu olduğu söylənilir. Qədim Romada bu rəngi çoxuşaqlılıq və möhkəm ailə rəmzi kimi qəbul edirdilər. Toy zamanı gəlinlər bu rəngdə geyinərdilər. Hindistanda narıncı rəng mədəniyyət göstəricisi və milli geyim rəmzi kimi qəbul olunur. Narıncı rəngi sevən insanlar enerjili, yaradıcı və yeni ideyalarla  dolu insanlardır. Bu cür insanlar ünsiyyətcildir, optimizm və ruh yüksəkliyi ilə zəngindir. Bundan başqa onlar aqressiv deyil və hər mövzuda kompromisli qərarlar qəbul edirlər.
Sarı rəng intellekt və yaradıcılıq çalarıdır. Psixoloqlar düşünür ki, bu rəngə üstünlük verən şəxslər çətinliklərdən qurtulmaq, əylənmək və xəyal qurmaq istəyirlər. Sarı rəng ümid dolu rəngdir. Geyimdə sarı rəngin psixologiyası iki hissəyə ayrılır: solğun sarı inamsızlıq, parlaq sarı isə özünə inam və güvən hissi mənasındadır.
Yaşıl rəngin psixologiyası həyat haqqında təsəvvürlərlə bağlıdır, yenilənmə və şəfa qabiliyyətinə malikdir. Qədim zamanlarda gəlinlərin paltarı yaşıl rəngdə olurdu. Bu, təbiətin və analıq hissinin rəmzi sayılırdı. Hindistanda çox qədim zamanlardan gənc qızların yaşıl rəng geyinməsi adət idi. Yaşıl rəng həm də sülh simvolu sayılır. Əgər siz yaşıl rəngi sevirsinizsə, demək siz məntiqli, emosional, fəaliyyətdə olan insansınız. Siz özünüzlə fəxr edən və analizə meyilli insansınız. Yaşıl rəng sizin cazibənizin və şəxsiyyətinizin magiyasını ətrafa yayır. Özünüzü başqa cür hiss etdirir.
Göy rəng mühafizəkarlıq və sadiqlik rəngi kimi qeyd olunur. Kim ki, göy rəngi sevir o, yaxşı dostdur.
Mavi etibar, təmkin və hörmət rəngidir. Bu rəng gözə xoş görsənir, səma və ya dəniz ilə assosiasiya olunur. Yaponlar inanırlar ki, mavi rəng yeni başlanacaq işə uğur gətirir.
Geyimdə qəhvəyi rəng özünə inanan, dürüst və sadə mənalarını verir. Bu cür insanlar etibarlı olmasıyla, tərbiyə və uğurlarıyla fərqlənir.
Psixologiya cəhətdən insan boz geyinərkən şüuraltı görünməz olmağı arzulayır. Boz rəng özündə ağ-qaradan fərqli olaraq lazımsızlığını və heç vaxt birinci olmayacağını düşündürən keyfiyyətləri birləşdirir. Yeganə hədəfi stabillik və harmoniyadır.
Çəhrayı rəngə üstünlük verənlər həssas və pozitiv olub, öz sevgilərini qabarıq şəkildə ifadə edirlər. Bundan əlavə onlar küsəyən olmaqları ilə fərqlənirlər. Amma kinli olmadıqları üçün tez də unudurlar.
Beləliklə biz rənglərin psixologiyası haqqında danışdıq. Bəzi rəng çalarları da var ki, onlar ümumilikdə xarakterə də təsir edə bilər. V.M. Bextereyevin dediyi kimi “Bacarıqla seçilmiş rəng çalarları və uyğunluğu insanın sinir sisteminə yaxşı təsir edə bilər və ya tam əksinə”.  

Mənbə: «Düşüncə» jurnalı 
Davamı →