İpoxondriya
“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir… Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirdikləri kimi yalnız bir orqan haqqında da ehtiyat edə bilərlər.
Bu xəstələrin əsas düşüncələri özlərində hansısa xəstəlik əlamətlərinin olub olmamasını yoxlamaqdan ibarətdir. Belə ki, tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daimi olaraq sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişiklərinə belə reaksiya verirlər.
Ardı →