Рейтинг
+104.97

Psixologiya

111 üzv, 652 topik

Uşaqlarınızı daha yaxından tanıyın

Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir.

Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır.

Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir.

Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.

Ardı →

Sevgilinizin yalan danşdığını necə ayırd edə bilərsiniz

_Əl Gizlətmək_
İnsan yalan danışdığında əllərini arxasına, ciblərinə, ya da stolun altına gizlətməyə meyl göstərər. Gedərkən də sevgilinizin sizdən bir addım geridə qalması, danışdığınız mövzudan narahat olduğunu göstərən bir hərəkətdir...

_Burun Qaşımaq_
Burun qaşıma ağ yalanların klassik işarəsidir. Ayrıca sevgiliniz sizdən gerçəkləri gizlədərkən böyük bir ehtimalla gözlərinə, qulaqlarına, dodaqlarına toxunur, çünki insanlar gerçəyi söyləmədiyi zamanlarda əlləriylə üzlərinə toxunur...

_Göz Hərəkətləri_
Sevgilinizə cavabını bildiyiniz sualları verin, cavabın alın, məsələn; «nə yemişdin?» ya da «maşınını harda saxladın?» cavabını düşünərkən gözlərinin hara getdiyini izləyin gözlərinin doğru söylərkənki hərəkətini beyninizə həkk edin, çünkü sevgilinizin gözləri hər doğru cavabda eyni hərəkəti edəcək, amma yalan danışırsa mütləq bu hərəkət fərqliləşəcək…


Ardı →

Kişilərdə futbol sevgisi

                            

Psixoloqların illərdi apardığı araşdırma:

Xüsusilə kişilərin həyatında futbol matçlarını seyr etmək, bir futbol komandasının tərəfdarı olmaq niyə bu qədər əhəmiyyətlidir?

Niyə kişilər futbolu fanatik olma dərəcəsində bu qədər çox sevib təqib etməyə çalışır, hətta bütün plan və proqramlarını matç saatlarına görə qururlar?

Azarkeşlik etdikləri komandanın qazanmalarından çox xoşbəxt olub, itirdiklərində depressiyaya girəcək qədər özlərini pis hiss edirlər?

Bu və digər sualların cavablarını idmansevərlərlə bərabər psixoloqlar illərdən bəri araşdırmaqdadır. Araşdırmalara görə xüsusilə kişilərin matç seyr etməsinin ən əhəmiyyətli səbəblərindən biri fikirlərini dağıtmasıdır. Futbol gərgin iş rejimindən, gündəlik həyatın gətirdiyi məsuliyyətlərdən qurtuluş vasitəsidir.


Ardı →

Psixoloji effektlər


“Romeo və Culyetta” effekti

Valideynlərin və ya başqalarının-klassik dildə desək əğyarın-iki sevən adamı ayırmağa cəhd göstərməsi nəticəsində onların bir-birinə məhəbbətinin artması. Bu fenomeni özümünkiləşdirsək “Leyli və Məcnun” effekti də demək olar.
Ardı →

Onu mübahisədə tanıyın

“Bir insanı tanımaq üçün onunla mübahisə edin. Bu zaman həmin insan necə davranırsa, özünü necə aparırsa, onun əsl xasiyyəti də elədir”.

Yəqin ki, bu məsəli çoxlarınız eşitmisiniz. Psixoloqların sözlərinə görə, gələcək sevgilimizi, həyat yoldaşımızı seçərkən bu məsəli göz önündə saxlamalıyıq. Yəni gələcəkdə həyatınızı birləşdirmək istədiyiniz şəxs mübahisə zamanı necə davranırsa, məsələni necə həll etməyə çalışırsa, bu həmin insanın xasiyyətindən xəbər verir.

Sevdiyimiz insan hər zaman ailə quracağımız şəxs olmur. Uzunömrlü ailə həyatı qurmaq istəyiriksə, yalnız ürəyimizin deyil, beynimizin də sözünə qulaq asmalıyıq. Yəni qarşınızdakı insanı nə qədər çox sevsəniz də, münasibətinizin gələcəyi üçün onun xasiyyətinə, çıxılmaz vəziyyətlərdə özünü necə aparmasına diqqət yetirməlisiniz.

Çünki müəyyən yaşdan sonra insanların xasiyyətinin dəyişməsi çətin olur. Əgər sevdiyiniz insan hər dəfə mübahisə etdiyiniz zaman sizi ayrılıqla hədələyir, istədiyi vaxt heç bir əsas gətirmədən çıxıb gedir və mübahisələriniz zamanı sizi dinləməyib öz fikirlərini yeritməyə çalışırsa, bu o deməkdir ki, o insan gələcək ailə həyatında da bundan fərqli davranmayacaq.

Buna görə də sevdiyiniz insanın bütün davranışlarına qarşı səssiz qalmaqdansa, onunla danışaraq aranızdakı mübahisəni həll etməyə çalışın. Əks halda indi sevginiz xətrinə dözdüyünüz çox mübahisələr gələcəkdə münasibətiniz üçün böyük problemlər yaradacaq.
Davamı →

Hamilə qadının psixikasında baş verən dəyişikliklər

Söhbətimiz uşağının doğulmasını istəyib-istəməməsindən asılı olmayaraq, bütün hamilə qadınlarda baş verən psixoloji dəyişikliklərdən gedəcək. Bu psixoloji dəyişikliklər hamiləlik dövründə baş verən fizioloji dəyişikliklər qədər qaçılmazdır. Həmçinin hamiləlik prosesinə uyğunlaşmaq və uşağı dünyaya gətirməyə hazır olmaq üçün əhəmiyyətlidir.

Doğumaqədərki prosesdə qadın müəyyən psixoloji inkişaf yolunu keçir. Bu yol qadının öz hamiləliyini dərk etməsindən başlayaraq onunla əlaqədar dəyişiklikləri qabul etməsindən, sonda uşağı dünyaya gətirməklə onu bir daha bətnində daşımamayacağı həqiqəti ilə barışmasında və ömrünün qalan hissəsini onunla paylaşacağı ilə qərarlaşması ilə bitir. Şərti olaraq bu dövrü üç mərhələyə bölürük.

Birinci mərhələdə qadın öz hamiləliyini, yəni yeni vəziyyətini və onunla əlaqədar baş verəcək dəyişiklikləri qəbul etmək ərəfəsində olur. O, ana olmaq statusu ilə baş verən fizioloji dəyişikliklərə uyğunlaşmağa çalışır. Həm orqanizmdə, həm də psixikada tamlığı qoruma mexanizmi fəallaşır. Bədəndə baş verən oyanıqlığa psixi struktur uyğunlaşmağa başlayır. “Mən” və uşaq arasında tamlaşma baş verir.

Adətən hamilə xanımlar deyir: “Mən alma istəyirəm, biz meyvə istəyirik.”, “Biz acmışıq, amma hər şeyi də yemirik.” Yəni ana nə edirsə uşaq üçün edir, onun üçün daha düzgün yeyir, lazımınca yatır, dincəlir və s. Uşaq onun içindəki bir “Mən”ə çevrilir. Ana müsiqiyə qulaq asır, idmanla məşğul olur, dualar oxuyur, quran oxuyur. Qorxulu filmlərə baxmır, gözəl mənzərəli yerlərdə olmağa çalışır. Eyni zamanda bu dövrdə anada reqressiya (uşaqlıq dövrünə qayıtma) baş verir. Ouşaqıq illərini, anası ilə keçirtdiyi vaxtları xatırlayır, onları təkrarən yaşayır.
Ardı →

Letargiya

Çox az-az hallarda eşitdiyimiz letargiya yuxusu kimi məlum olan dəhşətli bir xəstəlik bu günə qədər sirr olaraq qalır. Letargiya yuxusu insan bədəninin yuxuya bənzər, hərəkətsiz vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq muayinə zamanı belə aşkarlana bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan halıdır.

İnsanın dərisi solqunlaşır, soyuq olur, sifət cizgiləri kəskinləşir, göz bəbəkləri işığa reaksiya vermir. Bu halda insan huşunu itirir və naməlum müddətə yuxuya gedir. Tənəffüsünü və nəbzini xüsusi tibbi avadanlıqlar olmadan aşkar etmək mümkün olmur. Letargik yuxu bir neçə saatdan bir neçə həftəyə qədər, hətta illərlə davam edir.

Latergiya termini Encaphilitis Lethargica diaqnozundan götürülüb, mənası baş beynin infeksiyası nəticəsində yaranan halsızlıq deməkdir.

Tutmalar bir qayda olaraq q güclü sinir sarsıntısından və ya ciddi üzülmə nəticəsində qəflətən başlayır. Bu hal sağlam adamlarda da rast gəlinə bilər. Letargik yuxuya daha çox əsəbi cavan qadınlar məruz qalırlar.
Ardı →

Uşaqlar arasında qısqanclıq

Qısqanclıq həyatın hər dövründə yaşanan bir duyğudur. Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavabdır. Uşaqlıqda bu hislər artıq 2 yaşından etibarən baş qaldırır. 

Uşaq, hər kəsin özündən daha yaxşı olduğunu və özünün hər kəsdən daha az sevildiyini düşünməyə başlayır. Amma ailəyə ikinci uşaq gəldiyi zaman bu hislər daha da gərginləşir. Ailəyə yeni bir qardaş və ya bacının gəlməsi, bir uşaq üçün qəbul etməsi həqiqətən çox çətin olan bir vəziyyətdir. Uşağın yeni qardaş və ya bacısını qəbul edə bilməsi uşağın yaşı, ailənin uşaqla münasibəti və uşağın şəxsiyyətinin inkişafı və s. bu kimi bir çox faktorlardan asılıdır. Qardaş-bacı qısqanclığını tamamilə qarşısı alına bilməz. Çünki bu qisaqnclıq bir uşağın psixi inkişafı üçün önəmlidir. Buna görədə də bu qısqanclığı uşağın saglam inkişafı üçün sağlam rəqabətə çevirə bilərsiniz.

Əğər uşağınız yeni doğulmuş körpəyə müraciyətlə “kaş ki hec olmasaydın”, “sənə nifrət edirəm” və s. bu kimi ifadələr işlədirsə deməli artıq qısqanclıq baş qaldırıbdır. Bir çox hallarda uşaqlarda qısqanclıq reqresiya(geriyə dönüş) ilə müşahidə olunur, yəni uşaqlar körpə kimi sosqa əmmək,yatağını islatmaq, tək başına yemək yeməmək və s. kimi davranışlar göstərirlər.

Bəzi hallarda isə uşaqlar sevilmədiyini hiss edərək özlərinə qapanarlar. Heç kəslə ünsiyyətə girməzlər.Tez-tez müşahidə olunan davranış isə böyük uşaqların özlərindən kiçiklərə fiziki ziyan verməsidir(cimdikləmə,vurma, yerə atma və s).Uşağınızda bu cürə halları müşahidə edirsinizsə deməli artıq uşaqlar arasında qısqanclıq başlayıb.
Ardı →

Nomofobi

Mobil telefondan məhrum olmaq qorxusu xüsusən gənclər arasında getdikcə artmaqdadır.

İngiliscə «no mobile phobia» sözündən yaranan «nomofobi» — «mobil telefondan məhrum olmaq qorxusu» xüsusən sosial şəbəkələrə daha çox üstünlük verib bütün vaxtını orada keçirən gənclərə təsir edir.

İngiltərədə aparılan bir araşdırma zamanı iştirakçıların yüzdə 66-sı hətta mobil telefonsuz qalmaq düşüncəsinin belə onları stressə saldığını bildirib.

Bu nisbət 18-24 yaş arasındakı gənclərdə yüzdə 76 təşkil edir. Araşdırmaya qatılanların yüzdə 40-ı 2 telefon işlətdiklərini etiraf ediblər.

Ağıllı telefonlar ortaya çıxdıqdan sonra bu fobiya sürətlə irəlilədi. Artıq hər kəsin fərqli xidmətləri var. Hər şeyi telefon vasitəsi ilə əldə edə bilirlər.

Bir neçə il əvvəl isə sms bir fobiya adlanırdı və qısa şəkildə mesaj yazanlar «başbarmaq nəsli» adlanırdı.

Yeni texnologiyalar üzrə mütəxəssis Damien Douani deyib ki, ağıllı telefonlar sanki google-u əvəzləməyə çalışır: «Bir şeyə ehtiyacım var» yaz və dərhal onu tapmaq mümkündür."

Fransada aparılan bir başqa araşdırma zamanı isə iştirakçıların yüzdə 34-ü bir gününü belə telefonsuz təsəvvür etmir.

Hazırda telefonsuz həyatını təsəvvür etməyən insanları anlamaq elə də çətin deyil. Hətta gedəcəyi yeri tapmaq üçün yoldan keçən birinə deyil, dərhal telefona müraciət edənlərin sayı da az deyil.
Davamı →

Səhvlərinizi qəbul etmək

Bu məqalənin mövzusu bizi irəli addımlamağa imkan verməyən və fərdi inkşafın ən böyük maneəsi- “mən həmişə düzəm” ifadəsi haqdadır.“

...yenə də mən düzəm” bir çox konfliktlərin, əsəb pozğunluqlarının və buna bənzər bir çox negativ halların səbəbidir. Bir insan belə bir fikir söyləmişdi: “Həqiqət mübahisə zamanı tapılır” mən bu fikirlə tam razı ola bilmərəm, çünki mübahisə zamanı iki tərəfin yalnız öz mövqeyini hər cür yolarla sübut etməsi nəticəsində heç bir həqiqət ortaya çıxmır. Amma əgər hər iki tərəf həqiqət axtarışında olsalar və bir-birini dinləyərək ortaq məxrəcə gələ bilsələr, onlar istədiyi nəticəyə əldə edə  bilərlər.

Bir çox insanlar mübahisə etdiyi zaman öz mövqeyini səhv olduğunu anlamağına baxmayaraq, “mən məğlub ola bilmərəm” düşüncəsi ilə yenə öz mövqeyinin düzgün olduğunu yeritmək istəyirlər.

Bu prinsiplə yaşayan insanlar sadəcə bir şey anlamalıdırlar: səhvi qəbul etdiyiniz zaman siz zəifliyinizi göstərmirsiniz, tam tərsi, siz daxili gücünüzü və müdrikliyinizi nümayiş edirsiniz. O qədər də  önəmli deyil, sən səhvsən yoxsa düz, əsas odur ki, sən düzgün yolu tapdın.Səhv olduğunuzu nə vaxt qəbul etməlisiniz? ( ya da ən az öz mövqeyinizi sübut etməkdən vaz geçməlisiniz)

1. Əgər sizin səhv olduğunuza dair faktlar gətirirlərsə
Bu halda inadçılıq edib özünüzü gülünc vəziyətə qoymayın.
Ardı →