Рейтинг
+104.97

Psixologiya

111 üzv, 652 topik

Yazılarda aqressiyanın müəyyən edilməsi

Aqressiyanın müxtəlif növləri və dərəcələri vardır. Kimdə isə bu özünə olan sonsuz inamsızlıqdan formalaşır, insanın ətrafdakılara münasibətində, sərt davranışlarda, kimdə isə bu laqeyd davranışında ifadə oluna bilinər. Bu halda insanda aqressiya gizli olaraq, “sakit” formada keçir. Kimdə isə bu ana südü ilə verilib, həyata baxışı “yalnız güclülər haqlıdır”, “güc qalibdir” kəlmələri çərçivəsindən qaynaqlanır. Kimdə isə bu yeganə ünsiyyət vasitəsidir. O, özünü ifadə etmək üçün, diqqətə alınmaq üçün, tanınmaq üçün aqressiv davranışlardan, fiziki üstünlüklərindən istifadə edir.

Hər bir halda aqressiya boş yerdə yaranmır. Bu bir növ dərin travmadan qaçmaq üçün müdafiə olunma mexanızmlərindən biridir. Onlar başqa cür davrana bilmirlər. Aqressiyanın əsasında təmin olunmamaq, uğursuzluq, təəssüfkeşlik, ümidsizlik, həyata etiraz durur. Çox vaxt aqressiya uşaqlıqda gərəkli şəkildə alınmayan, verilməyən sevginin boşluğunda cücərməyə başlayır. Zaman-zaman bunu cəmiyyətdəki laqeydlik, qəbuledilməzlik daha da qüvvətləndirir.

Yazıda aqressiyanın əlamətləri aşağıdakılardır:
İlkin olaraq yazının sahədə mövqeyinə nəzər salmaq lazımdır. Əgər yazı dar, bir sıx kütlə təəssüratı verirsə, sanki bir yumyuqdur, bu aqressiyanın ilk əlaməti sayılacaq. Bu zaman sətrlər və sözlər arasındakı məsafələr az, ya da heç olmayacaq. Sətrlər və hərflər bir-birinə qarışmış olacaq.
Ardı →

Evlilik qorxusu

evlilik“Evlənməkdən qorxuram. Evləndikdən sonra evimi təmin edə bilməyəcəyimdən narahatam. Nə edə bilərəm?”

Hər qorxunun arxasında qorxuya səbəb olan, onu oyandıran səbəblər var. Qorxu yaradan səbəblər əgər tapılsa, onun neqativtəsirlərindən də qurtulmaq olar. Müalicədən əvvəl xəstəliyin səbəbini araşdırmaq nə qədər önəmlidirsə, qorxunun aradan qaldırılmasında da qorxunu meydana gətirən səbəblərin, fikirlərin tapılması o qədər önəmlidir.

Evlilikdəki qorxulardan bir neçəsini saymaq lazımdırsa “dolanışıq” qorxusu, “Xoşbəxt ola bilmərəm, sevilmərəm” qorxusu başda gəlir. Bir insanın evliliklə bağlı qorxuları eyni zamanda onun evliliyə baxış tərzindən də asılıdır.

Məsələn deyək ki, bir insanda evliliklə bağlı dolanışıq qorxusu var. “Evlənsəm, ailəmi dolandıra bilərəmmi?“ Belə bir vəziyyətdə bu insan evlənəcəyi insanın gözləntilərinə diqqət yetirməlidir. Əgər evlənəcəyi insanın gözləntiləri çox yüksəkdirsə, məsələn, Londondan ətir gətirtdirən biridirsə təbii ki, bu qorxunun olması normaldır. Maddi gücü çox yaxşı olmayan birisinin belə bir evlilik nəticəsində dolanışıq problemi yaşayacağı açıqca görülən bir gerçəklikdir.
Ardı →

Subliminal mesajlar

Görmədiyimiz kadrlar
Şüuraltı sözünü, yəqin ki, bir çoxlarınız eşitmisiniz. Şüuraltına təsir, şüuraltı fikir və s. Bəs nədir şüuraltı? O heç vaxt yatmır. Hətta biz yuxudaykən belə. O həmişə fəaliyyətdədir. O, gün ərzində gördüklərimizin, eşitdiklərimizin yığıldığı bir “evdir”. Gün ərzində siz avtobusa minirsiniz, yemək yeyirsiniz, müxtəlif insanlarla və hadisələrlə qarşılaşırsınız. Ancaq siz bunların bir çoxunu günün sonunda xatırlamırsınız. Ancaq şüuraltımız bunların hər birini qeyd edir. Siz istəsəniz də, istəməsəniz də. Uşaq yaşlarınızdan indiyə qədər yaşadığınız, yaddaşınızda olan və olmayan hər şey oradadır. Amma bəzən görmədiklərimiz də şüuraltına yazıla bilir. Necə? 25-ci kadr və ya digər adıyla subliminal mesaj vasitəsilə.


Ardı →

Ailə münasibətlərinin pozulmasının uşaq psixikasına təsiri

Bir çox hallarda ailədə münaqişəli vəziyyət yaranır, bir-birini sevən iki insan müəyyən bir məqamda əks mövqelərdə olurlar. Bəzən bu məqamlar artmağa başlayır və nəticədə daimi xarakter alır. Bunları nə ilə izah etmək olar? Ailədə ixtilafların olması zəruridirmi? Görəsən elə ailə varmı, orada ixtilaf olmasın?

Birgə ailə həyatı zamanı fərqli ziddiyyətlər və ya problemlər yarana bilər. Bunlar iki fərqli insanların xarakterləri arasında formalaşan uyuşma üçün normal vəziyyətdir. Adətən belə hallar geyim tərzinin seçilməsində, ayrı mənzildə yaşamaq qərarında, uşağın təlim-tərbiyəsi zamanı, xanımın işə düzəlməsi istəyi ilə əlaqədar yaranır və onların həlli müəyyən ixtilaflarla bitir. Bu mənada el-oba içərisində deyirlər ki, söz- söhbətsiz ev olmaz.

Məsələnin psixoloji tərəfi ixtilafın mənəvi məzmunundadır. İxtilaf ailədə ünsiyyətin təzadlı tərəfi kimi meydana çıxır. Ərin, yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək istəyi, həyat yoldaşına təsir etmək, hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi qarşı tərəfin müqaviməti ilə qarşılaşdıqda ünsiyyət ixtilaf kimi görünməyə başlayır. Ailənin formalaşdığı ilk mərhələdə açıq və ya gizli ixtilafların müşahidə olunması da məhz bununla bağlıdır.
Ardı →

Kəskin yorğunluq sindromu

İstənilən insan bu sindromu özündə aşkar edə bilər. Bunun üçün aşağıdakı əlamətlərin ən azı dördünün olması kifayətdir:
1. Qeyri-stabil emosionallıq səbəbsiz əsəbilikdə və kobudluqlarda ifadə olunursa.

2. Tez hiss edilən baş ağrıları və ya baş gicələnmələri;

3. Yuxunun pozulması və ya tez-tez qəfil oyanmalar;

4. Gözlərdə ikili görmə və ya gidişmə halları;

5. Ürək döyüntürinin artması, taxikardiya halları;

6. Əllərdə barmaqların keyiməsi və ya donması halları.

İkinci dərəcəli əlamətlər isə:
1. boyun əzələlərinin sərtləşməsi,

2. kürək nahiyədə ağrılar,
Ardı →

Ünsiyyət- bacarıq, yoxsa qabiliyyətdir?

İnsanı sosiallaşdıran başlıca amil ünsiyyətdir. İlk baxışdan sadə görünən bu qavram əslində incəliklərlə dolu çox çətin bir bacarıqdır. Ünsiyyət təlabatı bütün canlılarda – heyvan, bitki və insanlarda mövcuddur. Amma bizi digər canlılardan fəqləndirən ən mühüm xüsusiyyət ünsiyyəti şüurumuzla mükəmməl şəkildə ifadə etməyimizdir.

Sual olunur; Ümumiyyətlə ünsiyyət deyəndə nə başa düşürük? Gəlin bu məsələyə birlikdə aydınlıq gətirək. İnsan bir fikri başqasına çatdırmaq, hər hansı bir fikrə münasibət bildirmək və ya münasibəti öyrənmək üçün ünsiyyətə girir. Dolayısı ilə özünü ifadə etməyə, aktuallaşdırmağa çalışır. Bu səbəbdən də ünsiyyət bizim cəmiyyətdə mövqemizi təyin edən ən mühüm faktordur. İnsan ifadə edilə bildiyi qədər insandır. Çünki bu keyffiyəti ilə o, gözəl valideyn və dost, yaxşı işçi və ya heç kim tərəfindən sevilməyən bir şəxs ola bilər.

Psixologiyada ünsiyyət hər zaman aktual olan bir problem olmuşdur. Bütün psixoloji məktəblər zaman-zaman problemə diqqət ayırmışlar. Bu məktəblərdən biri də keçən əsrin 70-ci illərində yaranmış NLP (Neyro Linqvistik Proqramlama)-dir. Bu istiqamətin nümayəndələri ünsiyyət prosesini geniş şəkildə izah edirdilər. Onlar ünsiyyəti sözlü (nitq) və sözsüz (bədən dili – jest və mimikalar) deyə 2 növə ayırırdılar.
Ardı →

Daxilə baxış

Hələ qədim Yunanıstanın Delfi məbədinin giriş qapısında “Özünü dərk et! Onda allahları da, bütün kainatı da dərk etmiş olarsan” sözləri yazılmışdı.
Bir sıra məlumatlara görə qədim yunanlar da bu fikri qədim Şərq xalqlarının fəlsəfəsindən əğz etmişlər.

daxilə səyahətBir neçə min il bundan əvvəl söylənmiş bu aforizmin əsas hikməti ondan ibarətdir ki, insanla kainat bir tamlıq təşkil edib, belə ki insanın özünü dərk etməsi onun kainatı dərk etməsi ilə bağlıdır. Digər tərəfdən əsrlərin dərinliyindən qaynaqlanan bu sözlər bir daha təsdiq edir ki, qərinələr dolanıb, zamanlar keçsə də özünü dərketmə problemi heç vaxt aktuallığını itirmir. Hər bir insan hər dövrdə bu problemi özü üçün öz həyat şəraitinə uyğun olaraq yenidən həll etməli olur. Çünki şəxsiyyətin ən mühüm ölçülərindən biri olan özünü dərketmə nə irsən keçə bilər, nə də insana kənardan təlqin oluna bilər.

Biliyi bir başdan digərinə ötürmək mümkün olmadığı kimi, özünü dərketmə də ətrafdan bizə ötürülə bilməz. Özünü dərketmək özünü tərbiyə etmək deməkdir. Hamı sərkərdə, dövlət başçısı, qəhrəman ola bilməz ancaq hamı özünü tərbiyə edə bilər. Hər bir insanın özünü tərbiyə etməsi üçün ilkin addım özünə müraciət etməsidir. Özünü tərbiyə özünə müraciət edib, öz hərəkət və davranışlarına nəzarət etmək, özünə bir növ hesabat verib, təhlil etməkdir.


Ardı →

Duyğular və qavrayışlar

Sensor -perseptiv proseslər
1.         Duyğular haqqında ümumi məlumat.
2.         Duyğuların növləri və onların xarakteristikası.
3.         Duyğuların ümumi qanunauyğunluqları.
4.         Qavrayış haqqında ümumi məlumat.
5.         Qavrayışın xüsusiyyətləri.
6.         Qavrayışın növləri.
Davamı →

Tiklər

Tiklər uşaqlarda tez-tez rast gəlinən nevroloji dəyişikliklərdən biri olub, mürəkkəb hərəki pozğunluqları özündə birləşdirir və çox vaxt psixi xəstəliklə birlikdə  rast gəlinir. Xarici ədəbiyyatda bütün təkrarlanan stereotip vərdişlər tikə aid olunur. Yerli nevrologiya və psixiatriyada isə stereotiplər tiklə əlaqəli olmayaraq ayrı qiymətləndirilir və hərəki pozğunluq hesab olunur.

Tiklər təkrar miqrasiyalı hərəkət olub aqonist və antoqanist eninəzolaqlı əzələlərin eyni vaxtda aktivləşməsi ilə təzahür edən qeyri-iradi, qəfləti xarakterli, variasiyalı hərəkətlərdir. Tikin qarşısının şüurlu surətdə alınması pis hissiyat yaradır və onun daha da sürətlənməsinə səbəb olur. Tik haqqında ilk tibbi təsvir XIX əsrin əvvəlinə aiddir. Belə ki bu vaxt Bouteille “üz qrimasları”nı xoreyadan ayırmış və onları “yalançı xoreya” adlandırmışdır. Qədim alman dilində “tiklər” qəfləti qeyri-adi möcüzə mənasını verir. Tikin öyrənilməsində əsas mərhələ sindrom de la Tourettanın təsviri ilə başlamışdır və haloperidolun terapevtik effektinin kəşf olunması ilə başa çatmışdır.


Ardı →

Altı əlsıxma nəzəriyyəsi

Altı əlsıxma nəzəriyyəsi – dünyada istənilən iki şəxsin öz ətrafındakı təqribi 5 insan vasitəsilə tanış olduğu barədə nəzəriyyədir.

Nəzəriyyə 1969-cu ildə amerikan psixoloqlar Stenli Milqrem və Ceffri Travers tərəfindən irəli sürülmüşdür. Onlar tərəfindən təklif edilən hipotez ondan ibarətdir ki, istənilən insan öz tanışı vasitəsilə planetin hər hansı bir yerindəki bir insanla tanışdır. Ümumilikdə bu tanış əhatəsi 5 insandan ibarət olur.

Milqremin araşdırması iki amerikan şəhərini əhatə edirdi. Bir şəhərin sakininə digər bir şəhərdə yaşayan müəyyən bir insanlara çatdırmaq üçün 300 zərf verilir. Bu şəxs zərfləri digər şəhərdəki insanlara öz tanışları və qohumları vasitəsilə çatdırmalı idi. Bostona 60 zərf gəlib çatır. Milqrem hesablamalar apararkən müəyyən edir ki, orta hesabla hər bir zərf 5 insandan keçərək öz sahibinə çatmışdır. Və beləliklə də, “altı əlsıxma nəzəriyyəsi” yaranmışdır.
Ardı →