Рейтинг
+104.97

Psixologiya

111 üzv, 652 topik

Uşaqlarda heyvan qorxusu

Qorxu insanın  həyatını davam etdirə bilməsi üçün lazımlı duyğulardan biridir. Lakin, hər bir qorxu məntiq çərçivəsində nəzarət altına alınmalıdır. Normal inkişafını davam etdirən bir uşaq üçün alışılmamış olan hər şey kimi heyvanlarla da ilk qarşılaşma narahatlıq verici ola bilər.

Burada  uşaq üçün valideynin yeni olan varlıqlarla qarşılaşdıqlarında verdiyi  reaksiya vacibdir. Bir çox valideynlər  uşağının özünə güvənmədiyindən, müəyyən qorxuları olduğundan  şikayətlənir. Ancaq ana və atalar, nənələr, babalar, xalalar, bibilər bir intizam vasitəsi olaraq uşaqları  heyvanlarla qorxutma üsukundan  bol-bol istifadə edirlər.

 “Hav-hav gəlir “,” dinc dayanmasan  səni aslanlara verərəm “, ” şkafları qarışdırma böcək var dişləyər “kimi tez-tez müraciət edilən tərbiyə etmə üsulu doğru deyil. Əslində burada  böyüklər artıq öz qorxuları ilə  uşaqlara  örnək olurlar.

Uşaqlardakı qorxuları aradan qaldırmaq üçün  ilk  əvvəl ailələr öz qorxularının  öhdəsindən gəlməlidirlər. Heç bir heyvan növü özünə qarşı yönəlmiş və ya yönələ biləcək bir təhdid hiss etmədiyi müddətcə insana zərər verməz. Təbiətdə min bir heyvan olduğu üçün də bir uşağın bir heyvanla qarşılaşmamaq şansı yox kimidir.


Ardı →

Üzük və xarakter

Əgər barmağa üzük taxılıbsa, bu insanın xarakter  və  xüsusiyyətlərindən xəbər verə bilər.

Əgər insan hər hansisa barmağa üzük taxirsa, bu ondan xəbər verir ki, həmin şəxs xarakter  xüsusiyyətlərini gücləndirmək istəyir, hansi,ki onda həmin xüsusiyyətlər yoxdur.

XIV əsrdən bizə indiyə qədər gəlib çatan bəzi məlumatlara nəzər salaq. O zamanlar adətən həkimlər üzüyü böyük barmağa, tacir və işbazlar isə baş barmağa taxırdılar. Orta barmağa üzük taxanlar kasıb intelligentlikdən xəbər verirdi. Tələbələr üzüyü III barmağa taxırdılar.

IV barmaq isə məhəbbətin rəmzidir. I Georginin dövründə nişan üzükləri ağır olub, baş barmağa taxılırdı.


Ardı →

Hobbi- yaxşı yoxsa zərərli vərdişdır?

Psixoloq Elnur Rüstəmov: “Ümumiyyətlə hobbiləri olan insanlar sakit insanlar olurlar”                      

Hobbi insanın boş zamanlarında  məşğul olduğu, bəzi vaxtlar “vaxtını öldürdüyü”, çox vaxt isə həzz aldığı məşğuliyyət növüdür. Alimlərin araşdırmalarına görə bədbəxt insanların 38 faizinin heç bir hobbisinin olmadığı üzə çıxıb. İnsanların bir-birindən müxtəlif hobbiləri var. Müxtəlif kolleksiyalardan tutmuş, insan öldürməyi özünə hobbi seçən insanların yaşadığı bir dünyada yaşayırıq.
Bəs görəsən hobbilərimiz psixologiyamızın nə dərəcədə göstəricisidir? Bu sualla Psixologiya və Konsultasiya Mərkəzinin ( PCC) psixoloqu Elnur Rüstəmova müraciət etdik. Psixoloq hobbilərin insana rahatlıq gətirdiyini söyləyib: “Ümumiyyətlə hobbiləri olan insanlar sakit insanlar olurlar.


Ardı →

Əsla deməli olmadığınız kəlmələr

Əsla deməli olmadığınız kəlmələr və əvəzində söyləyə biləcəyiniz  nələrdir?

“Yorğun görünürsünüz. Yaxşı görsənmirsiniz”- bu cür ifadələri işlətməyin. Əvəzində “hr şey yaxşıdı?’’deyə soruşa bilərsiniz. Çünki, “yorğun” kəlməsi insana neqativlik verir və qarşımızdakı insanı nəyin yorduğunu bilə bilmərik.

“Vay canına, 1 ton arıqlamısan” deməyin. Çünki təzəcə arıqlamış birinə əvvəllər çox pis göründüyünü xatırlada bilərsiniz. Bunun əvəzində “gözəl görünürsən’’ deyə bilərsiniz.

“Yaşına görə yaxşısan”- bu cür sərt kəlmədən heç kimin xoşu gəlməz.


Ardı →

Necə sosiallaşaq?

Əgər təkbaşına olmağı, hər işinizi tək görməyi xoşlayırsınızsa, cəmiyyət içərisində rahat olmursunuzsa və ya insanların toplu şəkildə olduğu yerlərdən uzaq durursunuzsa, sosial cəhətdən aktiv olmaq bir qədər çətin ola bilər.

İlk öncə sizin sosiallaşmağınıza əngəl olan amilləri müəyyənləşdirin. Daha sonra isə bu maneələri dəf etməyə çalışın. Gündəlik həyatınızda çox insanla ünsiyyət qurun. Salamlaşdıqdan sonra hal-əhval tutaraq, iş, hətta hava və ya digər mövzular barədə danışmaq olar. Nəticədə ünsiyyətdə olduğunuz insan ona diqqət göstərdiyinizin fərqində olacaq, həmçinin nəticədə söhbət də uzana bilər. İnsanlarla daha çox üzbəüz ünsiyyətə üstünlük verin. Çünki bu yolla bədən hərəkətləri və ya mimika, jestlərdən necə istifadə etməyi də öyrənə bilərsiniz.

İctimai yerlərdə, yığıncaqlarda olun. Qəzetlərdə və ya internetdə sosial tədbirlərin elanlarını izləyin, həmin tədbirlərdə iştirak etməyə çalışın. Bu yolla həm utancaqlığı bir kənara qoya, həm də yeni dostlar, yeni ideyalar qazana bilərsiniz. Bu cür tədbirlərə gedərkən kimisə sizinlə getməsi üçün dəvət edə bilərsiniz. Bu cür sosial tədbirlərdə iştirak edənlərlə söhbət edin və ortaq maraqlarınızı müzakirə edin. Məsələn, tanış olduğunuz biri əgər velosiped sürməyi xoşlayırsa və bu da sizin hobbinizdirsə və ya siz də bacarırsınızsa, onu hansısa başqa bir gün velosiped sürməyə və ya başqa bir tədbirdə sizinlə bərabər iştirak etməyə dəvət edə bilərsiniz.
Ardı →

“Patoloji qısqanclıq” və ya “Otello sindromu”

Qısqanclıq insanlıq tarixi qədər çox qədim məsələdir və bir çox insanların münasibətlərinə dərindən təsir edərək, ciddi problemlərə yol açır.

Birinin sevdiyi insana qarşı bu hissi yaşaması və həddini aşması “patoloji qısqanclıq” və ya “Otello sindromu” adlanır.

Bir çox qadın və kişilər qısqanclığı sevginin ifadəsi kimi qəbul edirlər. Əslində, bu, yalnış düşüncədir. Sevdiyinə sevgini ifadə etmənin başqa normal yolları da var.

Özünə güvənən insanlar qarşısındakı insanı xəstəlikli formada qısqanmırlar. İnsanlardan niyə qısqandıqlarını soruşanda “çünki onu itirməkdən qorxuram” cavabıyla tez-tez rastlaşırıq. Qadınların əksəriyyəti çox qısqanılmaqdan sıxıldığı halda, bəziləri bunu sevir. Onlar düşünür ki, əgər kişi qısqanırsa, deməli sevir. Ən çox qısqanılan tərəf də hər zaman qadın olub.


Ardı →

Doğum tarixinə əsasən Auranızın rəngi

Məsələn: Doğum tarixi 06.05.1999.

Hesablama aparaq:
0+6+0+5+1+9+9+9=39. 3+9=12. 1+2=3

Cədvələ əsasən 3 rəqəmi Narıncı rəngini simvolizə edir.

11 və 22 rəqəmlərinin ədədləri cəmlənmir.

1-Qırmızı
2-Sarı
3-Narıncı
4-Yaşıl
5-Mavi
6-Tünd göy
7-Bənövşəyi
8-Çəhrayı
9-Bürünc
11-Gümüşü
22-Qızılı


Ardı →

Katatonik sindromlar

Katatonik oyanma sindromu, səbəbsiz, məntiqsiz və pərakəndə (bəzən stereotip) formada meydana çıxan, təhrif olunmuş hərəkətlərlə ifadə olunan oyanma halına deyilir. Xəstənin xarici görünüşü qeyri-təbii, yöndəmsiz, nitqi isə anlaşılmaz olur. Hər şeyi əksinə etmək-neqativlik qeyd olunur. Məsələn: xəstəyə üst paltarlarını geyinməyi təklif etdikdə alt paltarlarını soyunur, utancaqlıq hissi itmiş olur. Hamının gözü qarşısında çılpaq dayanır.

Oyanma halı bir sıra hallarda güclənərək impulisiv (qəflətən və mənasız) hərəkətlər şəklində təzahür edir. Bəzən isə yersiz və gülünc formada meydana çıxır. Buna kataton-hebefrenik oyanma deyilir. Xəstələr mənasız gülür, sifətlərini gülünc vəziyyətə salırlar. Yaxud da ətrafdakı adamlara hücum edirlər. Belə xəstələr cəmiyyətdən təcrid olunmalı və nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə ətrafdakılara xəsarət yetirər, qapı-pəncərəni sındıra bilərlər.


Ardı →

Bədən dili

Biz danşmasaq da, bədənimiz danışacaqdır! İnsan həyatı boyunca hər gün hamı ilə özü də fərqində olmadan bədən dilini istifadə edir. Bədənimiz hadisələrə və vəziyyətlərə daha çox özbaşına reaksiyalar verir.
 «Bədən dili”ndə ən vacib nöqtə məlumat axınının davamlılığıdır. İki ya da daha çox insan bir yerə yığıldığı zaman „bədən dili” hərəkətə keçər. Bu mesajlar qarşılıqlı olaraq göndərilər və qəbul edilər. Göndərdiyimiz mesajlar fasiləsiz olaraq qarşıdakı insana çatmaqda və haqqımızda qənaət meydana gəlməkdədir. Eyni zamanda biz də qarşıdan davamlı mesaj alaraq qiymətləndiririk.
Davamı →

Xroniki yuxusuzluq və gənclər

xroniki yuxusuzluq2008-ci ilin iyul ayında Teksas Universitetinin Elm Mərkəzi “Gənclərin Sağlamlığı Jurnalı”-da nəşr olunan araşdırmaya əsasən, şəxsi problemləri olan gənclər arasında xroniki yuxusuzluq 2-5 dəfə daha çoxdur.

Hyustonda 11-17 yaş arası 3134 gənc arasında aparılan müsahibələr göstərdi ki, onların 25 faizində yuxusuzluğun bir və ya daha çox əlaməti mövcuddur və onların təxminən yarısının uzun müddətdir ki, problemləri var.

Baş tədqiqatçı Robert E. Robertz məsələni belə izah etdi:
“Yuxusuzluq yeniyetmələr arasında həm çox ümumi, həm də xroniki bir hal almışdır. Araşdırma göstərir ki, yuxusuzluğun əlamətləri digər psixiatrik xəstəliklərin əlamətləri ilə müqayisəolunandır. Xroniki yuxusuzluq gələcək sağlamlığa və yeniyetmələrin fəaliyyətinə kəskin surətdə təsir göstərir.”

Yeniyetmələr arasında aparılan 12 aylıq tədqiqatın nəticəsi olaraq fərdi sağlamlığın 14 aspektini nəzərdən keçirməklə xroniki insomniadan əziyyət çəkən gənclərin depressiya, həmçinin təhsillə bağlı problemləri olduğu müəyyən olunmuşdur.

Robert E. Robertz bildirir ki, ilkin müayinə zamanı yuxusuzluğun bir və ya daha çox əlamətinə sahib olan gənclərin bir il sonra da həmin problemdən əziyyət çəkdiyi müşahidə olunmuşdur. Onların 24 faizində özünü göstərən əlamətlər Amerika Psixiatriya Assosiasiyasının yuxusuzluğa dair müəyyən etdiyi əlamətlərlə uyğunluq təşkil edir.

Tədqiqat ilkin müayinə zamanı yeniyetmələrin 27 faizində yuxusuzluğun bir əlaməti olduğu halda, 7 faizinin bütün gün yuxulu və yorğun halda olduğunu göstərir.
Davamı →