Рейтинг
+104.97

Psixologiya

111 üzv, 652 topik

Xəyanətlə qarşılaşmısınızsa bunlari bilməlisiniz

Xəyanət-odlu silahdan açılan bir güllədir. Fərq ondadır ki, açılan güllə canlını öldürər, amma qarşılaşdığımız xəyanət-illərlə içimizdə yaşayıb bizi dəlik-deşik edər, qəlb yandırar, əzab verər, amma öldürməz. Xəyanətlə qarşılaşmısınızsa, amma onu sizə yaşadanı sevirsiniz və ayrılmaq istəmirsinizsə, aşağıdakılara diqqət edin.

Davamı →

Pedofilləri necə tanıyaq

Xəbər saytlarında tez-tez adı çəkilən, cəmiyyətdə insanların ən çox çəkindiyi, qorxduğu, uşaq manyakı kimi tanıdığı pedofillər kimlərdir? Onların uşaqlara qarşı bu münasibətinin əsas səbəbi nədir? Pedofilləri necə tanımalı, uşaqları onlardan necə qorumalı?
Daha çox uşaq bağçası, məktəblər, uşaq və yeniyetmələr çox olan yerlərin həndəvərində hərlənən pedofillərdən qorumaq üçün valideynlər, bu barədə düzgün məlumata malik olmalı və uşaqlarla da bu barədə etik çərçivədə, qorxutmadan, psixoloji diskomfort yaratmadan söhbət etməlidirlər.

Davamı →

Sosial əlillik

Özümü, niyyətimi izah edə bilmirəm insanlara! Bağışlayın, salam vermədən başladım elə. Amma çox əsəbiyəm. Deməli, mən hər daxil olduğum yeni mühitdə bir də özümü-niyhətimi-məramımı yenidən izah etməliyəm ki, üslubum anlaşılsın..?! Onlar məni anlamağa cəhd eləməsələr də, mən mütəmadi bir özünüizah çabasındayam. Bu məni yorur. Və bu yorğunluğun qarşılığında mənəvi və ya maddi heç bir qazancım olmur. Boşuna çabalamış, səy göstərmiş oluram.

Davamı →

Uşaqlarda solaxaylıq

Solaxay uşaqları sağ əllərindən istifadə etməyə məcbur etmək onların öyrənmə çətinliklərinə səbəb ola bilər. Əksinə, uşağın həyatını asanlaşdırmağa çalışmaq lazımdır. Bəs, bir körpənin solaxay olduğu və solaxay uşaqlara necə kömək ediləcəyi nə vaxt məlum olur? Gəlin başlayaq!
Solaxaylıq genetikdirmi?

Davamı →

Uşağım niyə danışa bilmir?

Bəzi uşaqlar yaşıdlarına nisbətən gec danışmağa başlayırlar. Bəzən uşaqların hansı yaşlarda necə danışdığını bilməyimiz onlarda nitqindəki geriliyişləri aşkar etməyə imkan verir.
Uşaqlar əsasən 6-cı aydan etibarən səslər çıxarmağa (ma-ma, ba-ba-ba və s.), 1 yaşdan müəyyən sözləri söyləməyə, 1 yaş 6 ayından sadə cümlələr qurmağa başlayırlar. Əgər övladınızda bu dövrlərdə geriləmə hiss edirsinizsə, bu zaman mütləq mütəxəssisə müraciət etməlisiniz. Əks təqdirdə uşağın zehni və psixi inkişafında ciddi geriləmələr peyda olacaqdır. Uşağın gec danışmasına və ya heç nə danışmamasına bir neçə amil təsir göstərir. Bunlar:

Davamı →

Uşağı danışmağa öyrədirik

Nitqin inkişafında müxtəlif pozulmaları olan uşaqların sayı ildən ilə artır.
Bu məqalədə mütəxəssis defektoloqlar və loqopedlərin uşağın nitqinin inkişafına yönəlmiş sadə məsləhətləri toplanıb.
Beləliklə,
— Əgər siz uşağın nitqinin normal inkişafını istəyirsinizsə, körpə vaxtından uşaqla danışın, ona mağnılar, laylalar, uşaq şeirləri oxuyun. Bu çox vacibdir! Uşağı yedizdirdikdə, geyindirdikdə və s. bütün hərəkətlərinizi sözlərlə müşayiət edin.

Davamı →

Süddən çıxmış ağ qaşıqlar

Dəvətsiz məsləhətçilər… Süddən çıxmış ağ qaşıqlar… Ya da psixologiya termini ilə desək, “ağ palto” fenomeni… Onların uşaqları həmişə tərtəmiz və çalışqandılar; onların tərəzisi həmişə ideal rəqəmi göstərir; onlar kliniki depressiyanı idmanla, kök ləklərini alaq etməklə sağaldırlar.
Sosial şəbəkələrdə, elə real həyatda da hər birimiz mütəmadi olaraq bu fenomenlə qarşılaşırıq. Bu mem sovet dissidenti, publisist və siyasətçi, “Demokratik ittifaq” partiyasının təsisçisi (1988-ci ildə) Valeriya Novodvorskayanın internetdə yayılmış bir fotosundan sonra geniş istifadə olunmağa başlayıb. Həmin fotoda V.Novodvorskayanın boynundan asdığı plakatda “Siz hamınız axmaqsınız, heç müalicə də olunmursunuz! Bircə mən ağıllıyam, ağ paltomda gözəl-göyçək dayanmışam! («Вы все дураки и не лечитесь! Одна я умная в белом пальто стою красивая!») yazılmışdı. Foto internetə düşəndən sonra plakatda yazılmış cümlə xalq arasında geniş yayılır və özünəməxsus davranış diaqnozuna çevrilir.

Davamı →

Ağıllı və layiqli olmağın resepti

“Ağıllı” ol
Ata döyə, söyə, bir yerini sındıra, təhdid edə, qısnaya hətta təcavüz də edə bilər. O, evin kişisi və sənin sahibindir. Qardaş da ata kimi, sənin ikinci sahibindir. Atan ipini buraxanda o tutur.
Ana döyə, təhqir edə, aşağılaya, bütün etdiklərini boşa çıxara, yarım qalan xəyallarının, əzablarının hirsini sənin üstünə tökə bilər. Çünki ana müqəddəsidir. Çünki ananın vurduğu yerdə gül bitər. Çünki ana nə deyirsə, düz deyir.

Davamı →

Hərislik öz yerində, amma biz dürüstük

Nəhayət ki, insana güvənmək üçün «ciddi səbəb» tapılıb. Demək olar ki, dünyanın hər yerində itmiş pulqabını sahibinə qaytarırlar, özü də içindəki pul nə qədər çoxdursa, pulqabının qayıtma ehtimalı da bir o qədər yüksəkdir», bu haqda Science jurnalı yazır.
Miçiqan (ABŞ) və Sürix Universitetlərində (İsveçrə) aparılan araşdırmalar, insanlıq haqdakı bədbin təsəvvürləri inkar edir. Müxtəlif kontinentlərdə, dünyanın 40 ölkəsində, 355 şəhərdə aparılan araşdırmalar belə düşünməyə əsas verir. Araşdırma müəlliflərinin məqsədi, vətəndaş dürüstlüyünün səviyyəsini ölçmək olub. Bunun üçün onlar, «şeytani» bir ssenari qurublar.

Davamı →

Əslində qadına şiddət ana bətnindən başlayır

“Təəsüflər olsun ki, bu gün qadının zorakılığa məruz qalması ilə bağlı yayılan xəbərin mahiyyətində namus və əxlaq məsələləri qabardılır. Bu da hadisənin cinayət faktı kimi qiymətləndirilməsinə əngəllər yaradır. Sosial şəbəkələrdə əksər hallarda birmənalı şəkildə zorakılığa məruz qalan qadının günahını daha çox qabardırlar. Bununla da cinayət dərəcəsini azaldırlar. Yəni cəmiyyət bu cür cinayətlərə bəraət qazandırmaqda sanki maraqlıdır və bunu dəstəkləyir”.

Davamı →