Рейтинг
+104.97

Psixologiya

111 üzv, 652 topik

İnsan psixologiyasına aid maraqlı faktlar

1. Biz adətən öz valideynlərimizə oxşayan adamlara vuruluruq. Uşaqlıqdan valideynlərimizlə aramızda olan problemləri vurulduğumuz adamla həll etmək, çatışmazlıqları onda tapmağa çalışırıq.

2. Hətta müsbət hadisələr belə — universiteti bitirmək, evlənmək və ya yeni işə başlamaq, depressiyaya gətirib çıxara bilir.

3. Psixologiyada belə prinsip var: bir hadisədən nə qədər çox şey gözləyirsənsə, o qədər də çox məyusluq yaşayırsan. Çox gözləyirsən – az əldə edirsən, az gözləyirsən, çox əldə edirsən. Bu dəmir prinsipdir, heç bir istisna yoxdur.

4. İnsanlar tanış olmayan yerə gedib çıxanda adətən sağ tərəfdən geriyə dönürlər. Bunu bilməyin faydası: siz qələbəlik arasına düşmək istəmirsiniz, yaxud növbədə çox qalmaq istəmirsinizsə, sol tərəfə meyllənin.

5. Qıza deyin ki, ona hədiyyə almısınız və nə olduğunu tapmağını istəyirsiniz. O, istəklərini deyəcək.

6. Əgər gecələr sizə qarabasmalar əzab verirsə, böyük ehtimalla yuxuda donursunuz. Elmi faktdır – yataq nə qədər soyuq olarsa, o qədər çox  qorxulu yuxular görəcəksiniz.

7. Mütəxəssislərin müşahidələrinə görə mavi gözlü adamlar bir neçə dəqiqə ərzində aşiq ola bilərlər, qonur gözlü insanlar isə eyni zamanda iki nəfəri sevə bilərlər. Yaşıl gözlü adamların aşiq olması üçün uzun müddət lazımdır, hətta bir ilə yaxın. Yerdə qalanlar üçünsə bir saat bəs edir.


Ardı →

Sözdə yox, əməldə!

məsləhət verməkSəhvini anlayan kimi üzr istəmək insanlıqdır. Övladınızın ədalətli və təvazökar olmasını istəyirsinizsə, lazım gələrsə, onun özündən belə üzr istəməkdən çəkinməyin.
Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının gözəl tərbiyə ilə sağlam yetişməsini arzu edirlər.
Biz insanıq və xətalardan, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərək xətalar edirik. Xətamızı anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol, ən xeyirli seçim də budur.

Siz ailə başçısısınız və övladlarınız sizin hər əməlinizə göz qoyur, sizdən öyrənirlər. Sınanmış bir gerçək var ki, uşaq eşitdiyini yox, gördüyünü götürür. Əgər siz övladınıza söz verib yerinə yetirməmisinizsə, onunla dürüstlükdən, mərdlikdən, ədalətli olmaqdan danışmağınız əbəsdir. Çünki uşaq o yalanınızı üzə vurmasa da, ürəyində söylədiklərinizə yox, elədiklərinizə görə sizə dəyər verəcək. Valideyn üçün də bu çox ağır fəlakətdir ki, övladı ona inanmır, sözünə etimad etmir, amma bunu üzə vurub onu məyus etmir, sadəcə olaraq, ağır yük kimi ürəyinin bir tərəfində saxlayır.


Ardı →

Oxuduğunu bil, bildiyini anla, anladığını yaşa...

Hələ uşaqlıq illərindən bəri həmişə bir şeyi müşahidə eləmişəm ki, biz ya hansısa imtahan üçün oxuyuruq, ya da elə-belə vaxt öldürmək üçün.

Ona görə də çox zaman oxuduqlarımızı elə çöldən alıb, çöldən də yola salırıq. Bəlkə də, bəzi kitabları bizə tələbəlik illərində məcburi oxutduqları üçün bizdə oxu, oyrən, dərk et belə vərdiş yaranır. Amma iş orasındadır ki, Şərqin tanınmış mütəfəkkirlərini də elə həmin münasibətlə, həmin düşüncə ilə vərəqləyirik. Aşura günü baş yarmaq, zəncir vurmaq çoxumuz üçün adi haldır. Hamımız da özümüzü İmam Hüseyn aşiqi hesab eləyirik. Amma həyatımıza baxanda tamam fərqli mənzərə görürük. Çünki insan sevdiyinə bənzəməyə çalışar, sevdiyini də gərək yaxşı tanıyasan. Biz isə ya tanıya bilmirik, sevə bilmirik, ya da bənzəmək istəmirik. İmam Hüseyn aşiqi olan gərək yalan danışmasın, yaltaqlanmasın, haqsızın önünə keçib yolunu kəssin, xeyirxahlıqdan, yaxşılıqdan başqa bir şey düşünməsin, ədaləti bərpa eləmək üçün başından keçə bilsin… Bütün bunları düşünəndə özümdən utanıram. onu da etiraf edək ki, ümumiyyətlə klassik ədəbiyyatımız bizə doğru-düzgün tədris və təbliğ edilməyib. Sovet təbliğatı aparatından keçirilərək sosialist realizmi yağında qovrulan mütəfəkkirlərimizin döş cibinə partiya bileti olmasa da ən azı komsomol bileti soxublar. Üstəlik də, Nizami, Xaqani kimi sənətkarların əsərləri dilimizə çevrilərkən çox ciddi xətalara yol verilib, Füzuli haqqında bu zamana qədər qəbul olunmuş tezislər gerçəyi əks etdirmir. Etiraf edək ki, bu gün ölkəmizdə Nizamini, Füzulini tam demirəm, əslinə yaxın bilənləri barmaqla saymaq olar. 
Bir məsələni unuduruq ki, oxumaqda əsas məqsəd mənən zənginləşmək olmalıdır, istər şeir oxuyaq, istər həndəsə. Amma iş orasındadır ki, bəzən nəyi və niyə oxuduğumuzu da bilmirik. Nə isə…


Ardı →

Duyğular

Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin, hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır. Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər  vasitəsi ilə beynə nəql olunur və nəticədə biz cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s. keyfiyyətini hiss edirik.
Beləliklə də duyğular obyektiv reallığın hissi inikası olub, hal — hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları xarakterizə edən əsas cəhət onun predmet və hadisələrin ayrı- ayrı əlamətlərinin inikasından ibarət olmasıdır.
Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun uçuşu zamanı çıxar­dığı səsi, əlimizin ağrısını, arının rəngini əks etdiririk. Duyğunun fizioloji əsasını, akademik İ.P.Pavlovun dediyi kimi, kompleks anatomik strukturdan ibarət olan analizatorlar təşkil edir. Ona görə də İ.P.Pavlov analizatorları duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur:


Ardı →

Qrafologiya

Qrafologiya sözü iki yunan sözünün: “gropho”- yazıram və “logos”- öyrənirəm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qrafologiya kəlməsini termin kimi ΧΙΧ əsrdə fransız abbat Mişon işlətmişdir.

Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik bir elm sahəsidir. Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Ona görə də qrafoloji analiz kompyuterləşdirilməmışdir. Yazının analizi müxtəlif metodlarla aparılsa da burda qrafoloqun həssaslığı çox vacibdir.

Qrafoloji analizdə insanın temperamenti, xarakteri, yazı yazdığı zaman psixo-fizioloji vəziyyəti haqqında, sosial mövqeyi haqqında və yazdığına münasibəti haqqında məlumatları əldə etmək olar.

Qrofoloji analiz bizə imkan verir ki, tədqiq olunanla ünsiyyətdə olmadan onun psixoloji portretini verək. Eyni zamanda qrafoloji analiz bizə imkan verir ki, tədqiq olunana gərəkli məlumatlar və məsləhətlər verək.


Ardı →

Xarakterizmizi əks etdirən yatmaq pozası

Yatmaq şəklimiz bizim ətraf aləmə olan münasibətimizi əks etdirir. Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir. Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız. Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar. Professor Robert Fillipsin sözlərinə görə, 6 əsas yuxu pozası var. Onlardan ən çox yayılan embrion formasıdır.

a) Embrion
Ana bətnindəki kimi qıvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Belə yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar. Araşdırmalarda iştirak edən 1000 nəfərdən 41% bu şəkildə yatıb. Bu pozisiyada xüsusilə qadınlar daha çox yatırlar.

b) Dik yatış
Sol böyrü üstündə qollar yanda yatış formasıdır. Belə yatanlar rahat, qələbəliyə alışan, yadlara tez güvənən, sosial insanlar olurlar. Bütün bunlara baxmayaraq bəzən tez aldana bilirlər.


Ardı →

Toy psixologiyası

Yəqinki çoxlarınız bu cür mövzulara kifayət qədər maraqla yanaşırsınız, hətta bu ola bilsin ki, özünüzdən də asılı deyil. Adamlıq dinində insanların həyatlarında çox əhəmiyyət verdikləri müəyyən dönüş nöqtələri vardır. Bunlardan biri də toylarıdır. Toy xüsusilə qadınlar üçün o qədər əhəmiyyətlidir ki, o gün gəldiyi zaman hər şeyin dəyişəcəyini, bütün xəyallarının reallaşacağını düşünürlər. Lakin çoxları üçün toy günü həyatlarının ən çətin və ən gərgin keçən günüdür. Bunun səbəblərindən bəziləri bunlardır: Toyda gəlin, kürəkən və ailələri müəyyən mənfəət güdərkən, qonaqların da özlərinə xas ayrı mənfəətləri vardır. Nişan və toy qonaq-ailələrin uşaqlarına yaxşı namizəd tapmaları üçün ideal yerlərdir.
Ardı →

Ziqmund Freyd və onun dinin yaranması barədə görüşləri

Freyd (1856 -1939) avstryalı psixiatr, psixoloq və psixoanalizmin banisidir. Freydin din barədəki fikirləri onun psixoloji görüşlərindən təsirlənmişdir. O,dinin mənşəyini insanın psixi ehtiyaclarında görür. Freyd üç müxtəlif yolla sübut etməyə çalışır ki, insanların psixikasındakı problemlər bir sıra hadisələrin, o cümlədən, din və dini meyllərin yaranmasının əsas səbəbidir. Bunlardan birində o öz psixoanalist gorüşlərindən istifadə edir, digərində ibtidai insanların tarixinə üz tutur, üçüncü mərhələdə isə yəhudilik və xristianlıq dinlərini araşdırır, dinin mənşəyi barədə fikirlərini açıqlayır.

Freyd dinin mənşəyini psixoanalizm baxımından belə izah edir: İnsanda müxtəlif meyllər mövcuddur. Bu meyllərin kökündə şəhvani meyl (Freyd bunu “libido” adlandırır) dayanır. Şəhvani meyl tam şəkildə ödənilməlidir.
Ardı →

Test- Mən qorxağam, yoxsa cəsarətli ?

Hər kəs üçün xasiyyəti maraqlıdır. «Mən qorxağam, yoxsa cəsarətli və hünərliyəm?» Bu suala cavab tapmaq istəyirsinizsə, sizə təqdim etdiyim testi sınaqdan keçirə bilərsiniz.

1. Axşam qaranlıq küçədə arxanızca kiminsə gəldiyini hiss edirsiniz. Sizin ilkin reaksiyanız necə olacaq?
a) Boş şeydir, yol hamı üçündür — 1
b) Küçənin o biri tərəfinə keçərəm — 5
c) Tez uzaqlaşmağa çalışıram — 10


Ardı →

Xəyanət haqda ən məşhur 10 fikir

xəyanət
1.
 Kişi və qadın arasında dostluq həmişə eşqlə bitir
Burada yanlış fikir ondadır ki, qadınlar elə düşünürlər, kişilər dostluğu sevgi hisslərinə çevirmək istəyir. Amma psixoloqlara görə, məhz qadınlar dost münasibətlərini fərqli tərəfə çəkirlər. Çünki qadınlar daha emosionaldırlar və özlərinə potensial sevgilini dostlarının arasından axtarırlar. Bu, qadın üçün daha təhlükəsiz variantdır. 

2. Kişilər nikahda xoşbəxt olmadıqlarına görə xəyanət edirlər
Kişilər üçün bu əsas səbəb olmaya da bilər. Bir çox xoşbəxt ailələrdə kişi kənarda eşq macərası yaşamaqdan imtina etmir, əgər düşünürsə ki, bu haqda heç kim bilməyəcək. Son sorğuların nəticələrinə görə, həyat yoldaşına xəyanət edən kişilərin 56%-i ailə həyatında çox xoşbəxt olanlardır.


Ardı →