Рейтинг
+104.97

Psixologiya

111 üzv, 652 topik

Özünə inamı artırmağın 10 yolu

Psixoloqların fikrincə, potensialını dəyərləndirə bilməyən insanlar özlərini  bədbəxt hiss edirlər. İnsan özünün nəyə qadir olduğunu anladığı vaxtdan etibarən özünə inam yaranır. Bəzən isə elə hadisələrlə qarşılaşır ki, inam formalaşmağa macal tapmadan məhv olur. Bax, bunu özünüzə rəva görməyin. Əgər inamınızı itirmisinizsə, sizə verəcəyimiz məsləhətlərdən faydalanın.


Ardı →

Uşaqlarla necə davranmalı?

Uşaqlar həyatımızın ən böyük sevinci olmaqla bərabər, narahatlığımızın, qorxularımızın da ən böyük səbəbidir.
Ona görədə onlara qarşı diqqətli olmalı, qayğı göstərməli, ən başlıcası sevməliyik və sevgimizi hər zaman göstərməliyik.
Çünki onlar  göstərmədiyimiz hissləri anlaya bilmirlər. Uşaqlarınızı hər zaman sevin, öpün, oxşayın. Bu onlara özünə güvən duyğusunu aşılayır.

Bəzən uşaqlar səbəbsiz inadlaşır. Uşağın inadlaşarkən göstərdiyi hərəkətlər də hər yaşa görə fərqli olur.

1 yaşında uşaq yeriməyə başlayır, yerimək, bədəninə  sahib ola bilmək onu sevindirir. Artıq böyüklərə bağlı deyil. Yeni təcrübələr qazanmağa başlayır. Amma, hər təcrübənin də riski var. Uşaqlar bunu anlamır. Onların əvəzinə bu hissi valideyn yaşayır.
Ardı →

Şəxsiyyətin iradi keyfiyyətləri

Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər – mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:
1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik.
2. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.
3. Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.


Ardı →

“17 -ci yer”

Həyat və insan. İnsan və psixologiya. Psixologiya “cədvəli»ndə insanlar 3 qrupa ayrılır: pessimist, optimist, realist. Pessimist adamlarda nikbinlikdən əsər-əlamət olmur. Onlar, adətən, hər hansı işin həllinə inanmır, elə düşünürlər ki, həmin məsələnin başa gəlməsi mümkün deyil — bu barədə heç “söhbət gedə bilməz”. Belə anlarda onlar uzun-uzadı fikir-xəyal edirlər. Xəyallar isə, əlbəttə, vəziyyətdən çıxmaqda insana əl vermir, əksinə, qarşıda duran problemi daha da əlçatmaz edir. Bütün bunlar haqda real həyatda nümunələr çoxdur, hər birimiz saysız faktlarla rastlaşmışıq, lakin aydın olsun deyə hamımız üçün ortaq nümunələri xatırlatmaq istərdim.
Ardı →

Psixoloji test: xarakterinizi öyrənin

Test sizi maraqlandıran insanların şəxsiyyətini tez bir zamanda öyrənməyə imkan verir.
Təlimat: Verilmiş 5 fiqura baxın.Bu fiqurları üstünlük verdiyiniz ardıcıllıqla düzün. 1-ci yerə seçdiyiniz fiqur sizin xüsusuyyətlərinizi və üstünlük təşkil edən xarakterinizi bildirir. 5-ci yəni sonuncu yerə qoyduğunuz fiqur sizin üçün qarşılıqlı münasibətlərdə çətinlik çəkdiyiniz adamları bildirir.
İndi isə seçin.Seçıb qurtarmayınca mətni oxumayın!
xarakteri seçməyə kömək edən test
Ardı →

Temperament, temperamentin növləri

1. Temperament haqqında anlayış.
2. Temperament haqqında təlimlər tarixindən.
3. Temperamentin xassələri və tipləri.

1-ci sual. Temperament sözünün latın dilində hərfi tərcüməsi «hisslərin lazımi qarşılıqlı nisbəti» deməkdir.Yunan həkimi Hippokrat (V-IV əsr) tətbiq etmişdir. Temperament dedikdə o insanın həm fərdi anatomik-fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə tutmuşdur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, xolerik, fleqmatik və melanxolik adları müasir psixologiya indi də işlənilməkdədir.


Ardı →

Ana və qız arasında konflikt: necə davranmalı?

Təəssüf ki, çox ailələrdə ana və qız arasında münasibətlər düzgün qurulmur. Mənim fikrimcə, bunun ən əsas səbəblərindən biri hər iki tərəfin bir-birinin mövqeyini başa düşməməsidir.

Ana düşünür ki, onun çox böyuk həyat təcrübəsi vardır və qızına nə lazım olduğunu o, daha yaxşı bilir. Qız isə kifayət qədər boyüdüyünü və necə hərəkət edəcəyini hamıdan yaxşı bildiyini düşünür.

O ailələrdə ki, ana qızının hər atdığı addımı onunla məsləhətləşmək məcburiyyətində olmadığını başa düşür, qız isə ananın narahatçılıq keçirdiyini və onun üçün hər şeyin ən yaxşısını istədiyini anlayır.

Ananın məsləhətlərinə qulaq asmaq lazım olduğuna inanır, bu ailədə qarşılıqlı anlaşmanın olduğunu iddia etmək mümkündür. Elə çalışmaq lazımdır ki, münasibətlərin bu cür qurulması təmin edilsin.

Ailədə ana və qız arasında baş verən münaqişələrin ən geniş yayılmış səbəbləri aşağıdakılardır:


Ardı →

Uşaqlar niyə yalan danışır?

Uşağa yalan danışmağı qadağa qoymaq, yalan danışdığı üçün döymək, cəzalandırmaq heç bir effekt verməyəcək

Hesab olunur ki, uşaqlar saf olduğundan hər şeyin düzünü deyir. Amma onlar da tez-tez yalan danışırlar. Mütəxəssislər bildirir ki, yalan danışmaq uşağın təxəyyül dünyası ilə bağlı olsa da, psixoloji problemlər üzündən də olur.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, bəzi valideynlərin uşaqları o qədər yalan danışırlar ki, ətrafdakılar bu haqda bilirlər: «Valideynlər övladlarının bu cür hərəkətinə görə çox utanırlar. Onlar əksər hallarda uşağın niyə yalan danışdığını başa düşmürlər. Bəzi valideynlər isə uşağın nə vaxt yalan, nə vaxt düz danışdığını anlaya bilmirlər. Səbəbindən asılı olmayaraq, valideynlər uşaqların yalan danışmağına mənfi baxırlar».

A.Qurbanova bildirib ki, övladına diqqətli olan valideyn hər cür uşağını yalan danışmaqdan tərgitməyə çalışır: «Elə də olur ki, valideyn hər cür üsula əl atsa da, uşaq yenə də yalan danışır. Elə təəssürat yaranır ki, uşaq yalan danışmasa, yaşaya bilmir. Nə cəzalar, nə söhbət uşağın yalan danışmağının qarşısını alır».

Uşağa səmimi olmağa kömək etmək üçün nə üçün yalan danışdığını başa düşmək lazımdır. Uşağın yalan danışması onun problem yaşamasına da işarə edir. Uşaqlar arasında yalanın ən geniş yayılmış səbəblərindən biri cəzalanmadan qorxmaqdır. Uşaq düzünü dedikdə döyüləcəyindən, cəza alacağından və ya sevgidən məhrum olacağından qorxduğu üçün yalan danışmağa başlayır. Misal üçün, uşaq yeni oyuncağını qırıb. Cəzalanacağından qorxduğu üçün oyuncağı gizlədir.
Ardı →

Ünsiyyət- bacarıq, yoxsa qabiliyyətdir?

İnsanı sosiallaşdıran başlıca amil ünsiyyətdir. İlk baxışdan sadə görünən bu qavram əslində incəliklərlə dolu çox çətin bir bacarıqdır. Ünsiyyət təlabatı bütün canlılarda – heyvan, bitki və insanlarda mövcuddur. Amma bizi digər canlılardan fəqləndirən ən mühüm xüsusiyyət ünsiyyəti şüurumuzla mükəmməl şəkildə ifadə etməyimizdir.

Sual olunur; Ümumiyyətlə ünsiyyət deyəndə nə başa düşürük? Gəlin bu məsələyə birlikdə aydınlıq gətirək. İnsan bir fikri başqasına çatdırmaq, hər hansı bir fikrə münasibət bildirmək və ya münasibəti öyrənmək üçün ünsiyyətə girir. Dolayısı ilə özünü ifadə etməyə, aktuallaşdırmağa çalışır. Bu səbəbdən də ünsiyyət bizim cəmiyyətdə mövqemizi təyin edən ən mühüm faktordur. İnsan ifadə edilə bildiyi qədər insandır. Çünki bu keyffiyəti ilə o, gözəl valideyn və dost, yaxşı işçi və ya heç kim tərəfindən sevilməyən bir şəxs ola bilər.

Psixologiyada ünsiyyət hər zaman aktual olan bir problem olmuşdur. Bütün psixoloji məktəblər zaman-zaman problemə diqqət ayırmışlar. Bu məktəblərdən biri də keçən əsrin 70-ci illərində yaranmış NLP (Neyro Linqvistik Proqramlama)-dir. Bu istiqamətin nümayəndələri ünsiyyət prosesini geniş şəkildə izah edirdilər. Onlar ünsiyyəti sözlü (nitq) və sözsüz (bədən dili – jest və mimikalar) deyə 2 növə ayırırdılar.
Ardı →

Üz quruluşu ilə insan psixologiyası arasındakı əlaqə

Uzun illər insanlar, xüsusilə də, çinlilər bədən quruluşu ilə insan psixologiyası arasındakı əlaqəni araşdırmağa çalışıblar. Nəticədə, onlar üz oxuma sənəti olan “fizionomiya” nı yaradıblar. Burada alın, burun, çənə, qaş, göz və dodaqlar əsas alınaraq müəyyən nəticələr çıxarılır.

Alın — insanın düşüncələri haqqında məlumatı verir.

Böyük alın güclü xəyal gücü və intellektuallığı göstərir. Dar alın isə insanın diqqətli, zamana önəm verən, riyazi qabiliyyətinin yüksək olduğuna işarə edir.

Gözlər - həyata baxışı və həyata davamlılığı göstərir.

Gözlər çuxur şəklində olan insanlar ciddi və sirli, gözləri bir-birinə yaxın olan insanlar səliqəli, qərarlı və detallara varmağı sevən, böyük gözləri olanlar açıq sözlü, nəzakətli və sözünə güvənilən, kiçik gözlərin sahibi isə asanlıqla diqqətini cəmləyən və özünə qapanıq olurlar.

Gözləri aşağı doğru meyilli olanlar həyata nikbin baxmağı bir o qədər də xoşlamırlar, qabarıq şəkilli gözləri olan insanlar isə həyata qarşı daha həvəsli və tez inciyən olurlar.

Burun - Bu bədən üzvü iş həyatını və pula baxışın rəmzi hesab edilir.
Ardı →