Рейтинг
+104.97

Psixologiya

111 üzv, 652 topik

Ətrafınızdakılara zaman tanıyın

Düşünün ki, önünüzdə bir şkaf var. 
Bu şkafda 4 hissə var. Hər hissədə qutular(daxıllar, siyirmələr). Bu qutuların içində sevginiz və nifrətiniz var. 
Ən üst hissədəki qutularda ‘ən cox sevdiklərinizi' saxlayırsınız. 
İkinci hissədə ‘Sevirəm, amma çox da güvənmirəm' dediklərinizi. 
Üçüncü hissədə ‘hər kəs kimi biridir mənim üçün' dediklərinizi. 
Və ən altda da ‘nifrət edirəm və ya qəti güvənmirəm' deyə adlandırdıqlarınızı.
Siz heç ən üst hissəyə qoyduğunuz birini, bir sözünə görə, ən alt hissədəki qutulara qatdınızmı? Dəyərindən çox dəyər verdinizmi birinə? Ya nifrət edirəm dediyiniz birini zaman keçdikcə sevdinizmi? Siz heç yanıldınızmı? Utandınızmı o bir zamanlar arxasından qeybət etdiyiniz adamın indi ən yaxın dostunuz olduğu üçün? Heç etiraf etdinizmi ‘səni heç sevməzdim' deyə? Ya da heç əsəbləşdinizmi ‘nə çox güvənmişəm sənə' deyə? İnsan heç ‘bir söz' ilə ən sevdiyini ən nifrət etdiyi insanların arasına qata bilərmi? Doğrudurmu bu? 
Bir zamanlar göylərə çıxartdığınızı yerə vurmaq asandırmı? Yaraşarmı sizə? 
Halbuki bir zamanlar aranızdan su keçməzdi. Yeri gələndə, çörəyi belə paylaşardınız, qaldı ki, düşüncələriniz, duyğularınız. Bu qədər çox şeyi paylaşdığın birini tanımamazlıqdan gələ bilərsənmi? 
Sizə tövsiyə… 
Heç bir zaman ilk gördüyünüz birini ‘sevmədim' deyərək, şkafınızdakı ən alt hissədəki qutulara atmayın. Zaman verin, səbr edin. Lazım olsa qutulara yerləşdirməyin, şkafın qarşısında gözləsin. Zamanı gəldiyində o adam onsuz da şkafınızda bir hissəni özü seçəcək.
Davamı →

Gülüşümüz xarakterimizi göstərir

Dahi filosof Aristotel hesab edirdi ki, insanın xarakterini təkcə üzünə görə yox, həm də gülüşünə görə müəyyən etmək olar. Qoy sizin də kiminsə gülüş tərzini müşahidəniz onu daha yaxşı anlamağa və xarakterini öyrənməyinizə kömək etsin. Bir qayda olaraq, gülüşün səsi və tembri sait səslərlə müəyyən edilir. Demə,bizim bütün «hi-hi-hi» və «ha-ha-ha»larımızı gülüşümüzdə hansı saitin çoxluğundan asılı olaraq  rahatca açmaq olar.  Psixoloqlar təsdiq edirlər ki, bu üsulla insanın emosiyaları, onun səmimiyyəti barədə çox şey öyrənmək mümkünür.

«A» saitli (ha-ha) gülüş açıq, loyal, fəal, bəzən isə qeyri-sabit insanlara məxsusdur. Ürəkdən gələn bu gülüş coşqun sevinci ifadə edir, səsi kənara yayır. Şənlənən və nə özünə, nə də ətrafdakılara nəyi isə sübüt etmək istəməyən adamlar bu sayaq gülürlər. «A» saitli gülüş ən səmimi gülüş  hesab edilir.


Ardı →

Xarakterlə bağlı xəstəliklər

Aqressivlər
Əsəbləri ilə bacara bilməyən aqressiv adamlar həyatları boyu ciddi ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Aqressiv adamlar psixi xəstəliklərə də meyillidirlər.

Utancaqlar
İctimai yerlərdə özlərini rahat hiss edə bilməyən utancaq adamlar viruslara daha tez yoluxurlar. Bu cür adamların bakteriya və viruslara qarşı müqavimətləri də az olur.

Optimistlər (nikbinlər)
Nikbinlik ömrü uzadır. Qarşılaşdığı bütün problemlərə baxmayaraq, hadisələrə həmişə nikbin nəzərlərlə baxmağı bacaran adamlar bədbin adamlardan təqribən 7,5 il çox yaşayırlar.
Ardı →

Sevdiyin meyvə və xarakter

Sevdiyimiz meyvələr insanın xarakteri barədə məlumatlar verir. Əgər ən çox sevdiyiniz meyvə:

Portağal olarsa…

  • Sonsuz səbr və iradəyə sahibsiniz.
  • İşlərinizi yavaş-yavaş ancaq dərindən araşdırandan sonra edirsiniz.
  • Çox işləməkdən əsla yorulmursunuz.
  • Etibarlı və özü-sözü bir dostsunuz.
  • Anlaşılmazlıqları nəyin bahasına olur-olsun aradan qaldırırsınız.

Ardı →

Məktəbə hazırlıq

Məktəb həyatına yenicə başlayacaq  kiçikyaşlı uşaqların bəziləri məktəb anlarını həvəslə, bəziləri isə qorxu ilə gözləyir. Bəs uşaqları məktəb qorxusundan, dərs həyəcanından necə xilas etmək olar? Ya da, daha doğrusu, onları məktəbə hazırlamaq üçün nə etmək lazımdır? Məlumdur ki, məktəb uşağın zehni, fiziki inkişafında əsas rol oynayan əhəmiyyətli mərhələlərdən biridir.

Uşaq bu yolla ictimai mühitlə ünsiyyət qurur və bir fərd kimi cəmiyyətdə iştirak edir. Digər tərəfdən, məktəb uşağın dünyagörüşünün artmasında da mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, məktəbə alışma dövrü təqribən iki-üç həftə çəkir. Bu dövrün sağlam şəkildə keçməsi isə uşağın məktəbə hazırlıqlı olması ilə bağlıdır.
Davamı →

İnsanı sərxoş, ya da vəzifədə olanda tanıyın

İnsan özünü mükəmməl göstərməyə çalışsa da bəzi anlar olur ki, içindəkini tam olaraq büruzə verir. Bir insanı ən yaxşı bu hallarda tanıya bilərsiniz:

İçmişəm çaxır...
Bəzi insanların sərxoşluğu çəkilməz olur. Sevdiyiniz insandırsa, hardasa dözmək olar. Bir qurtum içən kimi insanın bütün kompleksləri dağılır, o vaxt da tanımağa başlaya bilərsiniz...

Mənə bir çay gətir!
Bir insanın ofisiant, qapıçı və digər işçilərlə danışma tərzindən hər şey məlum olur. Alçaldıcı tərzdə ofisianta: “Get filan şey gətir, filan şeyi niyə belə etdin?”, — deyirsə, ən yaxşısı uzaqlaşmaqdı... 

Daxilən irqçi
Dostunuz normal adamdır, bir sıra məsələlərə eyni cür yanaşdığınızı  düşünürsünüz. Ancaq birdən elə bir söz deyir ki, adam donub qalır. Etnik, cinsi, dini ayrı-seçkiliyini göstərən zarafat da etdimi, o insanı tanıdınız deməkdir.  


Ardı →

Tənhalıq

tənhalıqElm adamları asılılığın yeni növünü aşkarlayıblar – tənhalıqdan asılılıq.
Çoxsaylı əlaqələr (əlaqədə olduğu insanlar) insanı tədricən daha çox ətraf mühitdən izolyasiya olmağa sürükləyir.

Müasir insan – qəribə varlıqdır: eyni zamanda, həm sosial, həm də özünə qapanan. O, özünə bənzərlərə can atır, sonra isə onlardan yorulur. Tək qalıb dincəlmək eşqi ilə yanır, amma az bir müddət sonra bu vəziyyətə görə depressiyaya düşür.
Bizim əcdadlarımızda vəziyyət tamamilə fərqli idi. Onların əksəri öz doğma və yaxın insanlarının əhatəsində həm yaşayır, həm də işləyirdilər. Bir təsəvvür edin, əgər siz gün ərzində bir neçə dəfə öz iş yoldaşlarınızla qucaqlaşıb, hal-əhval tutsanız necə olar?! İndi biz ətrafdakı insanlarla aramızda məsafə saxlamağa çalışırıq. Müasir texnologiyalar isə artıq daha sıx-sıx bizi ətraf mühitdən izolyasiya olmağa sürükləyir: internet bütün dünya ilə əlaqədə olma, televizor isə sanki biz bütün talk-show və xəbərlərin aparıcılarını öz qohum və dostlarımız kimi tanıma illuziyası yaradır.

Tək qalma paradoksu
Bu gün insan ünsiyyətdən və gördüyü insanlardan yorulur. Alimlər hesablayırlar ki, gündə 2 saat ictimai nəqliyyatdan istifadə edən insan ucqar bir yerdə yaşayan kəndlinin bütün ömrü boyunca görə biləcəyindən daha çox insan görür. Ofisdə otura-otura o (yəni insan) dünya ilə 4 kanalla əlaqə qurur: elektron poçt, İCQ, mobil və ofis telefonu. Həftə sonuna qədər o ünsiyyətdən və əlaqədə olduğu insanlardan o qədər yorulur ki, tək qalmaq onun üçün ən böyük mükafata çevrilir: dostlarının evlərinə qonaq getmək istəmir, qohumalarına baş çəkmək istəmir, kafe və teatra getməyə isə tənbəllik edir.


Ardı →

Xarakter haqqında

Xarakterin tərifi.İnsanları bir-birlərindən fərqləndirən şəxsiyyətin davamlı fərdi psixi xassələrindən biri də xarak­terdir. Adətən, insanları bir-birlərindən fərqləndirərkən  onların xasiyyətini, xarakterini ön plana  çəkirlər. Bu baxımdan yunanca “xarakter” “möhür”, “naxış” mənasini bildirir. Xarakter bir növ insanın  yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür  xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin  məcmuunu özündə əks etdirir.  Digər tərəfdən  xarakteri bir psixi fenomen kimi fərq­ləndirən başlıca cəhət ondan  ibarətdir ki, o həmişə fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür edir. Xarakter həyatda  qaza­nılmış davranış formasıdır. Heç kim anadan  tənbəl və ya işgüzar, gobud və ya mehriban, qəddar və ya humanist, səliqəli və ya pinti, təvazökar və ya xüdbin doğulmur. Bu kimi keyfiyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbi­yəsinin təsiri altında əldə edir. Həmin əlamətlər həmin insanın  xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır.


Ardı →

Özlərinə aşiq insanlar: narsistlər

Davamlı bir grandiozite (böyüklük və əhəmiyyətlilik) meyli (fantaziya və ya davranış səviyyəsində), empati əksikliyi, tənqidlərə qarşı həddindən artıq həssaslıq və reaksiya şəklində erkən yetişkənlikdən etibarən ortaya çıxan mənzərədir.

DSM IV görə diaqnoz üçün aşağıdakı maddələrdən beş və ya çoxunun uygunluğuna ehtiyac vardır.

1. Özünü çox xüsusi və əhəmiyyətli görər, müvəffəqiyyət və qabiliyyətlərini şişirdər

2. Limitsiz müvəffəqiyyət, güc, gözqamaşdırıcı xüsusiyyətlər, ideal eşq və gözəllik ilə əlaqədar məşğuliyyətlər və fantaziyalar inkişaf etdirər

3. Şəxsi və bənzərsiz olduğu üçün özünün ancaq özü kimi xüsusi və ya yüksək statuslu insanlarla münasibət yaradacağını düşünər

4. Həddindən artıq diqqət, heyranlıq, iltifat gözləyər.

5. Prioritet imtiyazlı olduğuna inanaraq, normal kəslərlə eyni səviyyədə iştirak etməyi rədd edir. Gözləntilərinin dilə gətirilmədən özbaşına başa düşülməsini və qarşılanmasını, standartların üzərində xidmət almağı gözləyər.


Ardı →