Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Papaqçıya ərə gedən Xan qızı

Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan оlub.
Mehdiqulu xan ona ona anasının adını vermişdi. Mehdiqulu xanın yeganə övladı olduğu üçün onu “Dürrü yeкta” (Təк inci), el arasında isə “Xan qızı” çağırmışlar.

Davamı →

Mizogeniya nədir

Mizogeniya sözünün mənası qadın əleyhdarlığı – nifrətidir. Mizandriya kişi əleyhdarlığı – nifrəti, filogeniya qadın tərəfdarlığı – sevgisi, filoandriya isə kişi tərəfdarlığı – sevgisi deməkdir. Feminizmin populyarlığı, maskulinizmin isə çox az insanın iştirak etdiyi hərəkat olması kimi, qadın nifrəti də kişiyə nifrətdən daha populyar məsələdir.
Mizogeniya qadın əleyhdarlığı, nifrəti, qadına qarşı qısqanclıqdır. Onun nəticələri arasında ictimai mühitdən təcrid edilmə, cinsi ayrıseçkilik, düşmənçilik, ailə başçısının qadın olmaması, qadına qarşı şiddət, qadını cinsi obyekt olaraq görmək kimi hərəkətlər yer alır.

Davamı →

Şiraz stadionunda dar ağacından asılan qadınlar

Bəhai ailəsində dünyaya göz açmışdı. Adı Mona, soyadı Mahmudnizad idi. Şiraz şəhərinin Mərkəzi stadionunda camaat qarşısında boynuna kəndir keçiriləndə 18 yaşı hələ tamam olmamışdı. Rəfiqələri deyir ki, ona bu yaşı da vermək olmazdı. Gülərüz və olduqca mehriban idi, mənsum baxışları var idi. Güləndə yanaqlarında oyuqlar əmələ gələrdi. Onda daha çox uşağa oxşayardı. Hamının sevimlisi idi. Uşaqları çox sevirdi.

Davamı →

70-ci illərin gözəllik və müasirlik rəmzi olan azərbaycanlının həyat hekayəsi

  • Qadın
Əslən azərbaycanlı olan bu xanım həyatının ən gözəl günlərini elə gəncliyində yaşadı. Tale onu imtahana çəkirdi; həyatının ən uzun gecələri başlayırdı artıq...
1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsindən başladı «fərari mələk» Ququşun ilk uzun gecəsi. Kasıb bir məhəllədə, yoxsul ailədə dünyaya gözlərini açdı. Valideynləri Azərbaycandan idi, əvvəlcə Gəncədən Bakıya, daha sonra isə Bakıdan İrana köçmüşdülər.

Davamı →

Katolik kilsəsinin qaranlıq üzq

  • Qadın
Kilsə xadimləri ilə bağlı seksual cinayətlər zaman-zaman mətbuatın gündəminə gəlir. Bu mövzuda çəkilən ifşaedici filmlərin də sayı az deyil. Belə ittihamlarla üzləşən din xadimləri arasında vəzifəsindən uzaqlaşdırılanı da olub, azadlıqdan məhrum ediləni də. Lakin çox vaxt qurbanlar cinsi təcavüzə yol verən kilsə xadimlərinin məsuliyyətdən kənarda qalmasından gileylənirlər. Onların fikrincə, əksər hallarda kilsənin də, təcavüzçünü mühakimə etməli olan orqanın da mövqeyi qurbanların lehinə olmur.

Davamı →

Qadınları təhsilə cəlb edən bəy qızı - Tanımadığımız Nigar

  • Qadın
Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.

Davamı →

Nərimanovun Stalindən gizlədiyi azərbaycanlı alim

  • Qadın
Sara Balabəy qızı Aşurbəyova 1906-cı il yanvarın 27-dә Bakıda anadan olub. Onlar ailədə dörd bacı, bir qardaş olublar. Sara «Müqәddәs Nina» qızlar mәktәbindә tәһsil alıb. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra atası Balabəy dövrün digər ziyalıları kimi həbs olunub.
Lakin Nəriman Nərimanovun köməkliyi ilə ailə 1918-ci ildə İstanbula mühacirət edir. Sara İstanbulda “Janna Dark” adına kollecdə təhsil alır.

Davamı →

Tanınmış xanımlar qadın zorakılığından danışdılar

Brilliant Dadaşova
Xalq artisti

Mənə belə gəlir ki, qadın ilk dəfə şiddət görən andan qarşı tərəflə münasibəti bitirməlidir. Əlbəttə, bu, çox çətindir. Bəzən qadınlar böyük məhəbbətlə sevirlər və sevdikləri insana inanıb güvənirlər. Bu inamla da ümid edirlər ki, hər şeyin dəyişəcəyi gün gəlib çatacaq. Biz həmişə dədə-babadan da belə eşitmişik, deyiblər, gün gələr, düzələr. Ancaq həmin gün gəlmir. Əksinə, günlər gedir və bu günlər həyatdan, ömürdən, sağlamlıqdan gedir.

Davamı →

Gözünün ağında qəlpə gəzdirən Xalq artisti

Bərdə şəhərində anadan olsa da hamı onu şuşalı kimi tanıyır. Özü bu haqda belə deyir: “Mən Şuşanı ən az orda doğulan insanlar qədər sevirəm. Şuşaya ilk dəfə gələndə o yerlərə aşiq olmuşdum. Şuşa mənim taleyimdir.”
Uşaqlıqdan aktrisa olmaq istəyib. Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq istəsə də, illərlə bu istəyinə çata bilmir. Şuşa Mədəni-Maarif Texnikumunun dram fakültəsinə qəbul olunur. Oxuduğum müddətdə Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradovla tanış olur və Xalq teatrındakı tamaşalara dəvət alır.

Davamı →