Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Xoşbəxt olmaq hər bir qadının haqqıdır.

  • Qadın

Bir həyat yoldaşım olsun istədim… Sadəcə ona aid olum, onun üçün döyünsün ürəyim, çırpınsın varlığım.


İşdən gəlməyini səbirsizliklə gözləyim, saata həsrətlə baxım, ətirlənib, bəzənim, qapının zəngi çalınanda ürəyim çarpınsın, qaçıb qabağına sarılıb ona… Hər gün ilk və son dəfə gəlirmiş kimi…
Ardı →

Qadınları əsəbləşdirən 21 söz

1. “Kökəlmisən”
2. “Bütün günü evdəsən nə iş görmüsən ki, belə yorulmusan?!”
3.”Otur evdə işivi gör!”
4. “5-6 manat pul qazanırsan onu da təpəmizə vurma”
5. “Bu evdə yalnız mənim dediyim olmalıdır! Vəssəlam!”
6. “Bayram tətilində gedib ancaq bizimkilərə baş çəkəcəyik”
7. “Mən kişiyəm, sən mənim istədiyimi eləmək məcburiyyətindəsən”
8. “Sən kişi işinə qarışma!”
9. “Sən qadınsan, otur oturduğun yerdə”
10. “Bunları kim soxub sənin beynivə?”
11. “Qadınlardan idarəçi çıxmaz”
12. “Qadınlardan sürücü olmaz”
13. “Qadınlar futbol nədir başa düşməzlər”
14. “İşləmək sənin nəyivə lazımdır?”
15. “Bütün qadınlar eynidir.”
16. “Heç kim anam kimi gözəl yemək bişirə bilmir”
17.”Sən nə başa düşürsən ki?!”
18. “Anam gəlir. Xəbərin olsun”
19. “Baxarıq”
20. “Sən bacarmazsan ver mən eləyim”
21. “Mən demişdim axı” 
Davamı →

Qadın və Beyin

Qadın: İlahi, o gedir, gedir, məni atır (ağlayır)
Beyin: Yaxşı ki gedir...
Qadın: Bunun nəyi xeyirdi? Əclaf əşyalarını yığışdırır...
Beyin: Sızıldama, sevin. Dəyirman kimi əl-qolunu yelləmə, gülümsə...
Qadın: Əclaf! Çamadanı doldurur. Özünə hörmət edən kişi təkcə ayaqqabı və corabını götürər. Bu əclaf maykalarını da götürür… (ağlayır)
Ardı →

Sarışın və qaraşın qızlar

  • Qadın

Sarışın qızlar...
Sarışınlar güclü, orijinal fikirli, dəyişikliyi sevən, qeyri adi qabiliyyətə sahib olan insanlardır.
Sarışınlar çox zaman yaxşılıqları qiymətləndirməyi bacarmırlar.
Hansısa bir işi nadir hallarda sona çatdırırlar.
Bir işi başa vurmamış digərinə əl atırlar.
Səbirsizdirlər.
Özlərindən tez çıxırlar.


Ardı →

Qadın susmağı öyrənir...

  • Qadın
Qadın çıxır başqa qadının bətninindən;
Həyata ilk qışqırığını edir;
Səssizliyi eşidir…
Atasının gözlərindəki məyusluq;
İlk yaşadığı qarışıqlıq olur.
'Səssizlik oldusa qız doğulub' sözünü öyrənir.
Susur!




Qadın uşaq olur;
Gülməsi, oynaması,
Ordan-bura qaçması xor görülür;
Əngəllənir…
'Qız xeylağı ciddi olmalıdı' sözünü öyrənir.
Susur!  

Qadın məktəbə gedir;
Oxuma yazma öyrənəcəyi qədər,
Qadın olmasına çatacaq qədər.
Səbəbini anlaya bilmir;
'Oxuyub  nə olacaqsanki, oxumuş ev qadını?' sözünü öyrənir.
Susur!

Qadın gənc olur;
Gəzməsi, getməsi, danışılır.
Söz gəlməsin deyə, şüşədən çölə baxmaz.
'Pis qadın' nə deməkdi öyrənir.
Susur!

Qadın evlənəcək yaşa gəlir;
Ər seçməz;
Seçilir.
'Qız xeylağını  boş buraxsan ya halvaçıya ya zurnaçıya gedər sözünü' öyrənir.
Susur!

Qadın evlənir,
Evdə xidmətçi,
Mətbəxdə aşbaz,
Ərinin yanında qulluqçu olur.
'Yuvanı dişi quş qurar' sözünü öyrənir…
Susur!    

Qadın aşağılanır, sözü dinlənilmir,
'Ərin vurduğu yerdə, gül bitər' sözünü öyrənir
Susur!


Qadın ana olur,
'Ərinin uşağının anası olur.
Oğlan doğmasa
Nə qadınlığını, nə analığını isbatlayır.
Oğlan doğur,
İlk dəfə alqışlanır… ki;
Yenə də ər öyülür.
'Kişi adamın kişi uşağı olur'sözünü öyrənir;
Susur!

Qadın yaşlanır 'ana' olur;
Hörməti o yaşda görür.
Danışmaq istəyir;
Vaxt gecikiir ..
Köçür gedir…
Nəhayət;
Qadın doğulur,
Böyüyür,
Yaşayır,
Ölür,

Susur ..


Tərcümə etdi:Musalı Azər



Mətndən istifadə edərkən (saytlarda,facebook səhifələrində və s.) istinad etmək (saytın adı kayzen.az) mütləqdir,əks halda halal edilmir.
Davamı →

Qadınların ilk 10 fantaziyası

  • Qadın
Kişimi qadınmı daha çox fantaziya qurur? Cavabını hələ dəqiq bilmirik, ancaq bildiyimiz şey budur ki, qadınların fantaziya dünyası ən az kişilərinki qədər zəngindir !

1.Xəyallarımdakı əcnəbi
Bir çox qadın tanımadıqları bir xariciylə ehtiraslı bir cinsi əlaqədə olmağın xəyallarını qurur

2. Paylaşılmamaq

Bir çox qadın ona eyni zamanda çoxlu kişinin aşiq olmasını xəyal edər. Bu kişilər heç cür onu paylaşa bilməz və dəlicəsinə rəqabət yaşanar.

3. Müdir mənəm

Qadınlar bir kişinin ona yalvardığını və ona hökm etdiyini xəyal edər. Bu cür fantaziyalar, ümumiyyətlə, təəssüf ki, gerçəkdə belə olmayan qadınların xəyalıdır.
Ardı →

Bir gün kimya dərsində

Məkan: Kimya Laboratoriyası
Fənn: Kimya
Dərs: Kimyəvi Elementlər

Element: Qadın
Simvolu: WOO
Atom çəkisi: 53,6 kq olaraq qəbul edilmişdir, ancaq 40 kq-dan 200kq-a qədər müxtəlif növləri vardır.
Tapıldığı yerlər: Planetdə insan ayağı dəymiş hər yer
Ardı →

Ideal qadın

  • Qadın
Kişilərin gözü ilə ideal qadın necə olmalıdır ?
İdeal bir qadının oxuma vərdişi olmalı. Kişilər qəzetlərin yalnız ilk və son səhifələrini oxuyan və gündəmi izləməyən qadınları söhbət yoldaşı olaraq görmürlər.
  • Telefonla lazım olduğu qədər danışmalı. Qadınların telefon danışmalarını saatlarla uzatmaları kişilərin sinirlərini pozur.
  • Ağır makiyaj etməkdən, həddindən artıq ətir və çox nəzərə çarpan laklar istifadə etməkdən qaçmalı. Belə görünən qadınlar daha çox diqqəti cəlb etsə də kişilərin seçimi təbii və günahsız gözəllikdən yana olur.
  • Televiziya seriallarına asılı olmamalı. Həyatını bu seriallara görə programlayan və bu saatlarda dünyadan qopan qadınları anlaya bilməyən kişilər, təbii olaraq onlardan uzaqlaşırlar.

Davamı →

Gözəl qadınlar bəxtsiz olur

  • Qadın
Qadın diqqət göstərilməsini istər...
Qadın ana olmaq istər... 
Qadın gözəl olmaq istəyir... 
Qadın gözəl olması üçün hər şeyi edər... 
Həyatda çox şey qadının gözəl olması üçün vardır...
Gözəl olan qadın sevilir... 
Bütün baxışlar gözəl olan qadına  çevrilir. 
Gözəl olan qadın tez razılıq alır..

Ardı →