Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Qadınlar nəyi istəyir?

Qadın beyni kişi beynindən tamamən fərqli çalışan bir sistemə malikdir. Bir qadın dəyərləndirilməyi və xüsusi olduğunu hiss etməyi həmişə şiddətlə istəyir. Bu istək hərədə bir cür ortaya qoyulur. Kimisi özəl hədiyyələr, kimisi xüsusi sözlər, kimisi özəl bir baxışla bunu hiss etməyi istər. Amma böyük ehtimallarda özəl sözün yerini bir qadın üçün heç nə dəyişmir. Hər qadın tərifi haqq edir. Hansı məshəbə, hansı cəmiyyətə, hansı əxlaqa malik olmasından asılı olaraq, Hər qadının daxilindəki uşaq özəl olduğu bir dünyanın arzusu ilə böyüyür. Amma kimisi bu arzunu gerçəkləşdirir, kimisi qarşısındakı sədləri keçə bilmir. Buna görə heç bir qadını heç vaxt həyatına görə günahlandıra bilmirəm. İstənilən halda ana olmağı dadan qadının daxilində o standart hiss ortalığa çıxır. Qoruyuculuq duyğusu. Buna görə də analar başımızın tacıdır.


Davamı →

Qadına hər yaşda lazım olan vitaminlər

Gözəl və sağlam görünmək üçün vitamin şərtdir.

Çünki vitamin çatışmazlığı orqanizmin zəifləməsinə, xroniki xəstəliklərin yaranmasına, tez qocalmaya gətirib çıxarda bilər. Gözəl və gənc qalmaq orqanizmdən daha düzgün qayğı və qidalanma tələb edir.


Davamı →

Dikdaban ayaqqabıların 10 zərəri

Dikdaban ayaqqabı çox vaxt narahat və istifadəsi çətin olsa da, qadınların əvəzolunmaz geyim məhsuludur. Bir çox qadın gözəl görünmək üçün dikdaban ayaqqabı geyinir.

Qadınlar dikdaban ayaqqabılarla daha inamlı və cəsarətli olurlar. Ddikdaban ayaqqabılar təkcə qadınların ayaqlarında deyil, həm də bədənlərində bir çox narahatlıqlara səbəb olur. Ara-sıra geyinmək böyük problemlər yaratmasa da, hər gün uzun saatlar ərzində dikdaban ayaqqabı geyinmək müəyyən problemlər yarada bilər.


Davamı →

Dərin məsamələrə son!

Məsamələri təmizləyib sıxlaşdıran maska: 1 yemək qaşığı bal, 1 yumurta, 1 çay qaşığı xırdalanaraq qurudulmuş çobanyastığı (aptek) və 1 çay qaşığı xırda doğranmış təzə nanə ilə qarışdıraraq üzünüzə sürtün. 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.
Davamı →

Üz tüklərindən qurtulmağın yolları

Bir çox qadınlar üzlərindəki tüklərə görə kompleksə girir və müxtəlif üsullarla onlardan qurtulmağa çalışırlar.
Üzdəki tüklənmənin ciddi bir sağlamlıq problemi olmadığı bilinir, ancaq bəzən hormonal dəyişikliklər də buna səbəb ola bilir. Ailem.az üzdəki arzuolunmaz tüklərdən təbii yollarla qurtulmaq üçün reseptlər təqdim edir.
Davamı →

Gözaltı ləkələrdən qurtulmağın yolları

Gözaltı ləkələrinin həlli yolları
Heç nə bizi göz altı qara ləkələrdən daha çox məyus etmir. Hətta ən yaxşı kosmetika karandaşının qatları və kosmetik markerdən sonra belə bəzi qara dairələr yoxa çıxmır. Biz makiyaj etməyi nə qədər seviriksə, problemin üstünü örtmək ondan həqiqətən yaxa qurtarmağa kömək etmir (kosmetika karandaşı əsasən kipriklərin altındakı qara ləkələri gizlədir.
Davamı →

Ailə birliyini möhkəmləndirən məqamlar

Evliliyi yavaş-yavaş öldürən bir çox səbəb ola bilər. Bunlar arasında uşaq sahibi ola bilməmə, maddi problemlər, müxtəlif mövzularda bir-birlərinə yalan danışma və haqqında az və ya çox danışılan məsələlər var.
Psixoloqlar evliliyi möhkəmləndirən məqamları bu cür sıralayır:
Davamı →

Qadın və onun üçün yaradılan maneələr

Adətlər və qadın
Azərbaycan cəmiyyətində baş verən proseslər, ictimai dəyişikliklər insani münasibətlərdə də müəyyən dəyişikliklərə yol açmışdır.
Adətlər, yüz illərə dayanan ənənələr, dinin də müəyyən dərəcədə adətlərə uyğunlaşdırılması, kişilərin üstün haqlara malik olduğu bir cəmiyyətdə qadınların kimliyi, yaşam tərzi, eyni zamanda özlərinin-özlərinə münasibəti onların daima əzilməsinə, sanki ikinci dərəcəli insan müamiləsini hər an hiss etməsinə yol açır. Qadınların bütün Şərqdə olduğu kimi Azərbaycanda da əzilməsi başqa Şərq ölkələrindən fərqli olaraq zahirdə o qədər də nəzərə çarpmır, belə ki, qadınlar işləyir, təhsil alır, istədiyi şəxslə ailə qura bilir və s. Amma bu dediklərimiz zahiridir, çünki qadınların bu haqlara sahiblənməsi göründüyü qədər də asan deyil, hər tində tabular, qadağalarla rastlaşan qadın son nəticədə ya sınıb barışır, hamı kimi yaşamaq yolunu tutur, ya da tək-tənha ömrünü başa vurur. Tək qalan qadınlarımızın əksəriyyətini elm və ictimai işlərlə məşğul olan qadınlar təşkil edir, regionlarda isə bu daha cox sosial məsələ kimi dəyərləndirilməlidir, çünki iş dalınca başqa ölkələrə getmiş oğlanların bir daha geri dönməməsi, yaxud da geri döndükdə də geridə qalmış hesab etdiyi qızlarla ailə qurmaması bu kimi hallara yol açır. Ümumiyyətlə, Azərbaycanda qadınlarımızın problemlərini şərti olaraq belə bir sıralama ilə dəyərləndirmək olar:

Davamı →