Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Gəlinlərin 10 sualı

???Gəlinliklə bağlı sualları Türkiyəli modelyer Sezanur Akar cavablandırıb. 

Gəlinlik libasını hansı tərəf almalıdır? 
Adət-ənənələr görə gəlinlik libasını oğlan tərəf alır. Bu həm bir jest, həm də ailə üzvlərinin bir-birini tanıması üçün yaxşı fürsətdir. Ancaq bəzən gəlinlə bəy aralarında məsləhətəşib gəlinliyi və bəylik geyimini özləri alır. Belə bir arzunuz varsa, qarşı tərəfə əvvəlcədən deyin. 

Gəlinlik seçməyə qaynana ilə getmək şərtdirmi? 
Əgər gəlinliyi oğlan evi alırsa, bəli. Gəlinlik seçimində qaynananız da ananız kimi çox həyəcanlanacaq və gəlinlik almağa gedərkən sizin yanınızda olacaq.
Gəlinlər qayananları ilə ilk davalaranı və mübahisələrini gəlinlik almağa gedərkən yaşayır. Qaynananı bundan kənarlaşdırmaq və uzaq saxlamaq isə başqa problemlər yarada bilər. Ən yaxşısı orta yolu tapın. Ürəyinizdən keçən seçimi edərkən yaxınlarınızın da fikrini nəzərə alın. 

Gəlinliyi toy gününə qədər necə saxlamaq lazımdır? 
Gəlinliyi toyun gününə qədər əmanət edəcəyiniz ən güvənli yer, aldığınız moda evinin özüdür. Ancaq belə bir şansınız yoxdursa, gəlinliyinizin təmiz qalması və qırışmaması üçün ona uyğun geyim qılıfının içində asılı biçimdə qala ya da düz yerdə saxlaya bilərsiniz.
Ardı →

Qadın tipləri

qadin tipləri1. Bəxtsizlər – bu kimi qadınlar adətən universiteti fərqlənmə ilə bitirir və siqaret çəkirlər. Söhbət zamanı danışıqlarına və işlətdiyi ifadələrə diqqət edirlər. Başlarına nə gəlməsindən asılı olmayaraq, hər şeydən nəticə çıxarmağı bacarırlar. Onlar makiyaj etməyi sevmir. Çox zaman kişilər tərəfindən tərk edilirlər. Buna görə də spritli içkilərə düşkün olurlar. 

2. Gülən üzlü xanımlar – həyatın hər bir anında gülməyə və hər bir şeydən zövq alamağa çalışırlar. Eyni zamanda çox duyğusal olurlar. Ən adi hadisələrdən belə kövrəlib ağlayırlar və hələ də nağıllara inanırlar desək, yanılmarıq. Bu tip qadınlar kişilər tərəfindən asanlıqla güldürülə bilir. Bundan başqa serial həvəskarı olurlar. 
Davamı →

Tarixin ilk qadınları

Gender probleminin ən çox müzakirə edildiyi bir dövrdə yaşayırıq. Hər gün qadınlarla kişilərin müxtəlif aspektlərdən qarşılaşdırılmasını, müqayisəsini və çək-çevirini görürük. Əbədi olaraq bir-birinə yoldaş, dost olan bu iki varlıq həm də əbədi rəqiblərdir. Halbuki həm elmi, həm dini baxımdan qadın və kişi anlayışı bir mahiyyətdə birləşir. 
Bəs niyə bəzi cəmiyyətlərdə qadın hər zaman kişidən bir addım geridə görülür? 
Ardı →

Dodaq boyasının rəngi nədən xəbər verir?

Diqqət çəkən qırmızı və ya göz qamaşdıran çəhrayı...
dodaq boyalarıDodaqlarında fərqli rəngləri təcrübədən keçirməyi xoşlayan qadınlar var. Lakin qadınların kişilər üçün də bəzəndiyini unutmaq lazım deyil. Bunu nəzərə alıb kişilərin sevdiyi pomada rəngləri öyrənək.

Taylor Swiftin klassik qırmızı pomadası  – Bu, “Mənə baxın rəngidir”. Bütün diqqətləri üzərimdə hiss etmək istəyirəm deməkdir. Rəfiqələrinizlə bir yerdə oturub və kimləsə tanış olmaq istəyirsinizsə, əsl qırmızı axtardığınız rəngdir. 

Blake Livelynin odlu çəhrayı pomadası – Bu rəng klassik və romantik çəhrayı tonlarına daxil deyil. Bu rəngdə daha çox punk, rok ulduzu və məcara axtaran insanların ruhu var. Bu sizin fərqli olmaqdan qorxmadığınızı əks edən rəngdir. Bu rəng pomada çəkən qızlar yaxşı musiqi dinləyir və romantik şahzadə deyil.

Ronney Maranın tünd bənövşəyi pomadası – Bu riskli olmaqdan qorxmuran deyən cəsur qadınların rəngdir. Bir az fərq yaradan qadınlardan olduğunu göstərir. Qaranlıq və ikinci mənası yoxdur. Sadəcə fərqliliyi sevənlər üçün idealdır. 

Jennifer Lopezin təbii dodaq boyaları – Dəri ilə eyni rəngdə pomada çəksəniz, uzun müddət soyuq yerdə qalmış bir adama ya da cəsədə bənzəyəcəksiniz. Bu rəng çox sıxıcıdır. Neytral rəngli dodaqlar qadınları gözəl göstərmir. 

Kristen Dunstın açıq narıncıı pomadası – Bu, “Fanta istəyirsən?”  sualını xatırladır. Yəni, bu rəngdə pomada çəkən qızların fərqli və əyləncəli xarakterə malik olduğu anlaşılır. Həmçinin özünə güvənin də yüksək olduğu düşünülür. Yeni şeyləri təcrübədən keçirməyi xoşlayaırlar. 

Lady Gaganın metalik pomadası  – Bu gənc qızlara aid pomadadır. Yəni, yetkin yaşda və ciddi həyatı olan bir qadının bu pomadadan istifadə etməsi düzgün deyil və onları bəsit göstərir.
Davamı →

Qadınlara xas 12 əlamət

  • Qadın

Sosioloqlar apardıqları araşdırmalar zamanı qadınlara xas olan 12 əlaməti müəyyənləşdiriblər. 

1. Qadınlar heç vaxt köynəklərini kürəkdən çıxarmırlar. 
2. Qadınlar əsnəyərkən ağızlarını yumruqla deyil, ovucları ilə tuturlar
3. Qadınlar adətən stuldan duranda paltarlarını düzəldirlər
4. Qadınlar əl edərkən adətən əllərini arxaya tərəf aparırlar. 
Ardı →

Hamiləlik zamanı dəridə yaranan çatlardan necə xilas olmaq olar?

  • Qadın
Hamiləlikdə, yaxud kökəlib arıqladıqda dəridə çatlarla rastlaşırıq. Bəzi dərilər elastik olur, bu tip dərilər çatlamır. Dərinin çatlamaması, gözəl olması üçün gündəlik 2.5-3 litr su və duş qəbul edilməlidir. Dəri çatlarına əsasən hamiləlik zamanı rastlaşılır. Belə olduqda hər zaman istifadə etdiyimiz kimi dərinin elastikliyini qorumaq üçün kimyəvi qatqılı kremlərdən yox, təbii yağlardan istifadə etmək lazımdı.

Ardı →

Üzdəki qara nöqtələr və ləkələrin çarəsi

Qara nöqtələr və üz bölgəsində yaranan ləkələrdən qurtulmaq üçün təbii mənşəli maskalar öyrənmək istəyirsinizsə, xəbərin ardını oxuyun…
Üzümüzdəki məsamələrdə yaranan qara nöqtə və ləkələr tamamilə təbii üsullarla hazırlayacağınız üzə qulluq maskası ilə yox olacaq. Üz bölgəsində yaranan qara nöqtə və ya ləkələr üçün hazırlaya biləcəyiniz təbii maska reseptini təqdim edirəm:
Bir çay qaşığı qatığa 8-10 damcı limon sıxıb, bu qarışığı üzünüzə maska kimi sürtün. 1-2 saata qədər üzünüzdə qatığın qurumasını gözləyin və qatıqlı maska üzünüzdə quruduqdan sonra ilıq suyla üzünüzü durulayın. 

Bu qarışıq həm qara nöqtələr üçün, həm də ləkələr üçün çox təsirli və tamamilə təbii bir vasitədir.


Ardı →

Geyiminiz nədən xəbər verir?

Dekoltelər qadınların şirfəsini açır. Qadınların geyimlərindəki dekoltelər onların daxili dünyanın izah edir.

ABŞ-ın klinik psixoloqu Dr.Jennifer Baugmgartner qadınların daxilində gizlənən arzu və ehtiraslarını geyindikləri geyimdə bəlli olduğunu yeni kitabında izah edib.

Dr. Baumgartner’a görə geyimlərində sinə dekoltəsinə üstünlük verən qadınlar, həyatlarında onları kontrol edən güc axtarışında olur.

Dr. Baumgartner geyimlərini həddindən artıq aksessuarlarla bəzəyən qadınların özünə inam əskikliyi olduğu deyir. Onlar zinət əşyaları ilə özünə diqqət çəkməyə çalışır. “Geyindiklərimiz daxili dünyamızda olan hər şeyi xaricə yansıdan güzgü kimidir. Duyğular və düşüncələr yataq otağındakı dolabda gizli qala bilər. Sadəcə, hiss etdiklərinizi geyimlərinizə gətirməlisiniz”.
Ardı →

Hamiləlik zamanı idmanın faydaları

Hamiləykən məşq etmək əhəmiyyətlidir. Hamiləlik müddətində edilən idman qadınla bərabər körpə üçün də çox faydalıdır. Məşğul olduğunuz idman növünə diqqət edin.

Yoga
Yogadaki bəzi mövqelər hamiləlikdə qətiyyən edilməməlidir. Bu səbəblə dərsləri yalnız hamilələrə xüsusi yoga dərsləri verən təcrübəli müəllimlərdən götürməlisiniz. Bu dərsləri hər yerdə çox asanca tapa bilərsiniz. 
Ardı →

Kişilərin heyran olduğu qadınlar

Şirin qızlar: Həmişə pozitiv düşünən, şən görünən qızlar şirin və ağıllı olur. Hər zaman xoşbəxt göründüyü üçün kişilər onlarla ciddi gələcək haqqında düşünməyə başlayır. Adətən gözəl olmasalar da, şirinlikləri ilə baş döndürürlər. 

Bərabərhüquqlu: Bu qadınlar əsl feministdilər. Bu qadınlar kişilərlə eyni hüquqa malikik və eyni maaşı alırıq lakin hesabı hər zaman mütləq kişilər ödəməlidir deyə düşünür.  Bu qadınlar kişilərlə eyni cərgədə durmaq üçün heç bir fürsəti əldən vermir və ağılları ilə kişiləri özünə cəzb edir. Münasibətlərdə məsuliyyətin 50 fazinin öz üzərinə düşdüyünü fikirləşirlər. 
Davamı →