Рейтинг
+120.59

Romantika və düşüncələr

79 üzv, 67 topik

Söylə Yadındamı?..

Söylə yadındamı o axşam çağı?..
Dinməyən mən oldum, dinən sən oldun.
İlk eşqin ocağı alovlanmamış
Sönməyən mən oldum, sönən sən oldun

Doymamış sabahın tər nəfəsindən,
Sevdalı quşların təranəsindən,
Sözündən, əhdindən, iradəsindən
Dönməyən mən oldum, dönən sən oldun.

Pozuldu ilqarın, dəyişdi andın,
Torpaqda alışıb havada yandın.
Axır gözlərinlə görüb inandın
Enməyən mən oldum, enən sən oldun.

Hüseyn Arif
Davamı →

Nöqtə, Nöqtə və Nöqtə

Özünü nöqtə qədər əhəmiyyətsiz hiss etdiyində, dönüb arxana bax; bəlkə çox əhəmiyyətli bir cümlənin sonundasan.

Çox dəyər verdiyim bu ifadə ilə başlamaq istədim sözlərimə. Hər zaman cümləyə dəyər verib sonundakı nöqtəyə fikir vermədiyimiz üçün .

Nöqtələr bizim fikirləşdiyimiz kimi adi bir duröu işarəsi deyil əslində. Onların da özlərinə xas dilləri var. Onlar da öz dillərində danışır. Bəzən bir sözdən və ya cümlədən də daha çox şey ifadə edər nöqtələr anlayana.


Ardı →

Bəzən...

Bəzən ən doğru seçim-sadəcə geriyə baxmadan getməkdir...
Bəzən ən böyük acı-dönməyəcəyini bilə-bilə dəyər verdiyin birini yola salmaqdır...
Bəzən bütün arzuların bir uğursuzluğa görə puç olur...
Bəzən uğursuzluğun ən böyük səbəbi rəqib seçimində yanılmaq olur...
Bəzən anlayırsan ki, sən artıq unudulmusan...
Bəzən biri səni səndən xəbərsiz gözləyir...
Bəzən xoşbəxtlik elə vaxtda gəlib çıxır ki, sənin artıq ona ehtiyacın olmur...
Bəzən xəyallarının şəhzadəsi bir gün qapının zəngini çalır, tərslikdən həmin gün siz evdə olmursunuz...
Bəzən ən böyük təsəllin səninlə eyni problemləri yaşayanların səninlə dərdləşməsi olur...
Bəzən ən uzun məsafəni ölçmək üçün kilometrlərlə məsafə qət etməyə ehtiyac olmur.Ayrılmış iki insan arasındakı məsafəni ölç, yetər...

Davamı →

Sənsiz...

Sənsizliyimə baxdım… Heç yanımda olmadın, amma səni yanımda duya bildim. Səni heç görmədim, lakin, hər istədiyimdə gözlərimi yummaq kifayət edir ki, səni qarşımda görüm.


Sənsizliyimə baxdım… Sənsiz göründüm, amma heç sənsiz olmadım, hər an xəyallarımda yaşadın. Bunları düşünərək, sənsiz olmadığıma inanmaq istədim, amma… sənsizəm axı...


Hər səhər oyandığımda ilk düşündüyüm sənsən. Gecələr də hər zaman səni düşünərək yuxuya gedirəm. Hər an ağlımda sən olduğun üçün oyanır oyanmaz qaldığı yerdən davam edər düşüncələrim.


Sən ürəyimdə yaşadığım ən xoş hissən. Sən xəyallarımın ən sevimli sakinisən. Sən sanki, ruhuma hopmuş kimisən, sənsiz olsam belə, səni


Ardı →

Payızın məndəki yeri

Payızdan xoşum gəlir.
Bədənləri yorğun ruhların fəslidir payız.
Payız mənim fəslimdir.
Bu fəsildə doğulmadım deyəmənimdir payız.
Buludlar da ağladığı üçün məndəndir payız.
Sakitlik çökür payızda küçələrə, sakitlik çökürdərdli qəlblərə.
Ardı →

Mehriban düşmən.

Sən mənim sevdiyimsən.Bir tək sevdiyim.


Qəlbim,ruhum,duyğularım bir tək sənindir.


Mənim olan bir cismim var,onu da sənin uğrunda qurban verməyə hazıram.


Səni bütün varlığımla sevirəm.


Ancaq,sənə nifrət də edirəm.Bu iki hiss qarşısında aciz qalmışam.


Ardı →